Bakı metrosunda elanları uşaqlar səsləndirdi
"Bakı Metropoliteni" QSC ənənəsinə sadiq qalaraq koronavirus ("COVID-19") pandemiyası ilə mübarizə şəraitində xüsusi karantin rejiminin tələbləri çərçivəsində uşaqlara həsr olunmuş fərqli layihələrini təqdim edib.
Bu barədə Sonxeber.az-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, budəfəki əsas mövzular günün tələbinə uyğun olaraq qurulub. Sosial məsafənin saxlanmasının aktual olduğu, kütləvi sosial-mədəni tədbirlərin məhdudlaşdırıldığı karantin rejimi dövründə festival ovqatlı tədbirləri bu dəfə fərqli layihələrlə uşaq səsləri əvəz edir.
Stansiyalarda xüsusi azyaşlı, məktəbəqədər və məktəbli uşaqların dili ilə maarifləndirici elanlar səsləndirilir. Uşaqların çağırışlarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin və qurumun yanında fəaliyyət göstərən Operativ Qərargahın qərarları, tövsiyələri və metodiki göstərişləri, eləcə də Səhiyyə Nazirliyi, TƏBİB və Ümumdünya Səhiyyə təşkilatının "COVID-19" virusundan sərnişinlərin qorunması üçün tövsiyələri xüsusi yer alır.
Əvvəlki iki ildə olduğu kimi, sərnişinlərin xüsusi rəğbətlə qarşıladığı uşaqların səsləndirdiyi elanlar stansiyalara daxil olan və oradan yola düşən qatarlarda sərnişinlərə yol yoldaşlığı edir.
"Bakı Metropoliteni" kollektivi bütün balaları 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edir, gələcəyimiz olan uşaqlara sağlam və xoşbəxt mühitdə şən və qayğısız günlər arzulayır", - qurum bəyan edib.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1052 Tarix: 01 iyun 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşMərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir
"Karvan İstehsalat Kommersiya Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib. Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində məhkəməyə Namiq Abdullayev Nurəddin oğlu müraciət edib. O, şirkət rəhbərliyi barəsində "Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ
26 aprelKreml NATO-ya xəbərdarlıq edib:Rusiya növbəti müharibəyə BAŞLAYIR? - ŞƏRH
Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Baş verənlər
25 aprelAzərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir
Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis
25 aprelElmira Süleymanovanın dəfn olunacağı yer BİLİNDİ - YENİLƏNİR
Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanovanın dəfn olunacağı yer bilinib. xəbər verir ki, E.Süleymanova İkinci Fəxri xiyabanda dəfn olunacaq. 14:27. Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova ilə vida mərasimi keçirilir. xəbər verir ki, mərasim Təzəpir məscidind
25 aprelMillət vəkilinə ağır itki
Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub
25 aprelŞuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək
Şuşada vokalçıların Bülbül adına IX beynəlxalq müsabiqəsi keçiriləcək. xəbər verir ki, müsabiqə 3-9 iyun tarixində, Şuşa şəhərində baş tutacaq. Müsabiqədə iştirak üçün heç bir ödəniş tələb olunmur. Müsabiqənin mükafatları:. Qran-pri (10 00 dollar ). I mükafat (7 00 dollar). II mükafat (5 00 dollar)
25 aprel