Karantin rejimi ilə bağlı sərt qərarların qəbulu vacib idi - RƏY

Karantin rejimi ilə bağlı sərt qərarların qəbulu vacib idi - RƏYAzərbaycan hökumətinin pandemiyanın ilk günlərindən qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün oldu. Məhz bu səbəbdən karantin rejimindən mərhələli çıxmaq planının həyata keçirilməsinə başlanıldı. Lakin əksər vətəndaşların son zamanlar karantin rejiminə əməl etməməsinə görə yoluxanlar və sağalanların sayı arasında ciddi fərq yarandı. Bu səbəbdən də hökumət karantin rejiminin yenidən sərtləşdirilməsi barədə qərar qəbul etdi.

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə "Report"a açıqlamasında bildirib ki, xəstəliyin yayılmasının qarşısının alınması üçün sərt qərarın qəbulu vacib idi: "Koronavirus pandemiyası dünyanı bürüyən bir bəladır. Bu xəstəlikdən çox sayda ölüm halları da var. Hökumət və müvafiq qurumlar əllərindən gələni etdilər ki, Azərbaycan xalqı bundan mümkün qədər az zərərlə çıxsın. Bununla bağlı müəyyən nəticələr də əldə edildi. Lakin bir balaca yumşalma olan kimi xəstəlik sayında artım müşahidə edildi. Çünki bir çox vətəndaşlarımız intizamsılıq nümayiş etdirərək müəyyən olunmuş qaydalara və qadağalara əməl etmədilər. İctimai yerlərdə maskadan istifadə edilməməsi, sosial məsafənin qorunmaması tətbiq edilən xüsusi karantin rejimi nəticəsində əldə edilən müsbət tendensiyanı mənfiyə doğru dəyişdi. Bu cür intizamsızlıq təkcə özünə qarşı deyil, həm də digərlərinə qarşı etinasızlıq və təhlükə yaratmaqdır"
Karantin rejimi ilə bağlı sərt qərarların qəbulu vacib idi - RƏYPartiya sədri bu kimi halların və xəstəliyin yayılmasının qarşısının alınması üçün xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsini dəstəkləyir: "Həftəsonları tam məhdudiyyət vətəndaşların sağlamlığını qorumaq məqsədi daşıyır. Məhdudiyyətin yalnız həftənin iki gününü əhatə etməsi, ölkədə kifayət qədər ərzaq ehtiyatının olması, həmçinin maskaların və tibbi spirtin Azərbaycan Respublikasında istehsalının təşkili vətəndaşlarımızın heç bir narahatçılığının olmamasını deməyə əsas verir. Əgər ehtiyac olarsa, sərtləşdirmə tədbirlərini pandemiya aradan qalxana qədər davam etdirmək lazımdır və hər kəs bu qərarlara məsuliyyətlə yanaşmalıdır. Təəssüflər olsun ki, koronavirusla mübarizədə müsbət tendensiyaya yalnız sərt qaydalar tətbiq etmək yolu ilə nail olmaq olur".

A.Əlizadə vurğulayıb ki, vətəndaşlar məsuliyyətli olmalı və qaydalara qeyd-şərtsiz əməl etməlidir: "Axı bu maskanı taxmaq çətin məsələ deyil. Hamı bilməlidir ki, həm özünün, həm də digərlərinin sağlamlığı üçün bunu etmək vacibdir. Şəxsən özüm həm maskadan, həm əlcəkdən istifadə edirəm, avtomobilimdə daim antiseptik vasitə saxlayıram. Tibb elminə böyük töhfələr vermiş Nikolay Semaşkonun dediyi kimi, "sanitariya mədəniyyəti olmadan heç bir mədəniyyətdən danışmaq olmaz".

ASDP qeyd edib ki, vətəndaşlar bu məsələdə prezidentdən nümunə götürməlidir: "Ötən gün dövlət başçısı belə rayonlara səfəri zamanı tibbi maskadan istifadə etdi. Əgər prezident bunu edirsə, adi vətəndaşlar niyə etməsinlər?"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 5747   Tarix: 04 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda bu məşhur zavod bağlanır

"Qazax Konserv Zavodu" ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. İqtisadiyyat.az xəbər verir ki, yığıncağın iyunun 10-da keçirilməsi planlaşdırılıb. Səhmdarların ümumi yığıncağında aşağıdakı məsələlər müzakirə ediləcək:. 1) 31.12.2023-cü il tarixdə başa çatmış maliyyə ili üzr

26 aprel
.

Az qala ÖLƏCƏKDİ: Qadın kofe içən zaman qadın stəkanda ölü böcəklər gördü

İspaniyanın Mayorka adasındakı hava limanının kofe alan aviaşirkətin qadın əməkdaşı az qala öləcəkdi. xarici mənbəyə istinadən xəbər verir ki, 21 yaşlı qadın hava limanında aldığı kofenin qəribə dadı olduğunu hiss edib. Stəkanın içərisinə baxan zaman içərisində ölü həşəratların olduğunu görüb. Qadını

26 aprel
.

Övladlarını məktəbə göndərməyən valideynləri hansı cəza gözləyir?

Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər bir Azərbaycan vətəndaşının təhsil almaq hüququ var. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Ölkəmizdə I və IX siniflərdə təhsil almaq məcburi olsa da, bəzən təhsildən yayınan və ya yayındırılan şagirdlərə rast gəlinir. Bəzə

26 aprel
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25 aprel
.

İcra hakimiyyətləri prezidentin xüsusi nümayəndəliyi ilə əvəz OLUNUR?- AÇIQLAMA

Azərbaycanda keçirilən prezident seçkilərindən sonra idarəetmə sahəsində bir sıra dəyişikliklər həyata keçirildi. İlk olaraq bələdiyyələrin sayının azaldıması və birləşdirilməsi ilə bağlı qanun layihəsi hazırlandı. Eyni zamanda Qarabağda bir sıra ərazilərə prezidentin xüsusi nümayəndəsi təyin edildi

26 aprel
.

Şoyqu "Crocus"da törədilən terror aktının təfərrüatını açıqlayıb

"Bu ilin martında Moskva yaxınlığındakı Krasnoqorskda "Crocus City Hall" konsert zalında törədilən terror aktının izləri Ukraynaya aparır". Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Müdafiə Nazirliyi rəhbərlərinin görüşündə deyib

26 aprel
.

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Hərbi Prokurorluqda Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə 2023-cü ildə Respublikanın Hərbi Prokurorluq orqanlarında qeydə alınmış qəsdən ada

26 aprel
.

Yeddi kişini şantaja görə mühakimə olunacaq - İş məhkəmədə

Özünü Milli Fədailər Hərəkatının qurucusu kimi təqdim edən, 6 ay əvvəl isə şantaja görə tutulan Fuad Muradovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. "Qafqazinfo"nun məlumatına görə, iş üzrə toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib

26 aprel
.

Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü - Foto

Bakıda gənc qız dəm qazından boğulub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib. Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskv

26 aprel