"Silk Way Holding"in əməkdaşları təltif edildi

"Silk Way Holding"in əməkdaşları təltif edildiAzərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda mülki aviasiya sahəsində səmərəli fəaliyyətinə görə bir sıra "Silk Way Holding" şirkətlər qrupunun əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Bildiyiniz kimi, hər il 2 iyun tarixində Azərbaycan Respublikası Prezidentinin 18 may 2006-cı il tarixli Fərmanı ilə təsis edilmiş mülki aviasiya işçilərinin peşə bayramı qeyd olunur. Bu gün mülki aviasiyanın inkişafında əməyi olan ən görkəmli mütəxəssislər dövlət mükafatlarına layiq görülürlər.

Hər il olduğu kimi, bu dəfə də 2 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Mülki Aviasiya işçilərinin təltif edilməsi haqqında sərəncam imzaladı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq "Silk Way Holding"-ın bir sıra işçiləri mülki aviasiya sahəsində səmərəli fəaliyyətlərinə görə mükafatlandırıldı.

Beləliklə, "SW Technics" şirkətinin uçuş məlumatının təhlili üzrə mühəndis-pilotu Tibilov Zaxar Konstantinoviç (aviasiyada 51 illik təcrübə) 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edildi. İL-76 tipli HG-nin təlimatçı kapitanı Knyazev Vitaliy Vitalyeviç (aviasiyada 35 illik təcrübə) "Tərəqqi" medalına layiq görüldü. "Əməkdar Mühəndis" fəxri adını "Silk Way Technics" şirkətinin baş direktoru Səfərov Emin Nadir oğlu (aviasiyada 22 illik təcrübə) alıb. "Əməkdar Pilot" fəxri adı "Silk Way Airlines" aviaşirkətinin Boeing 747-400 tipli HG-nin kapitanı Novruzov Əkbər Mühüddin oğluna (aviasiyada 39 illik) verilib.

Bundan əlavə, "Silk Way Holding" şirkətlər qrupunun işçiləri Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə mükafatlara layiq görüldülər. "Mülki aviasiya sahəsində xidmətlərə görə" medalı ilə aviasiyada 21 il iş təcrübəsi olan "Silk Way West Airlines" şirkətinin İstehsalat və korporativ əlaqələr üzrə icraçı vitse-prezidenti Kamran Qasımov və aviasiyada 20 illik iş təcrübəsinə sahib olan "Silk Way Technics" şirkətinin baş direktorun maliyyə məsələləri üzrə müavini Elçin Aydəmirov təltif edildi.

Qeyd edək ki, "Silk Way Holding"-in prezidenti Zaur Axundov holdinqin idarə heyətinin iclasında mükafatlara layiq görülən işçiləri peşə bayramları münasibətilə şəxsən təbrik etdi, onlara təntənəli şəkildə mükafatları təqdim etdi və işlərində uğurlar arzuladı. O, dedi: "Azərbaycanın mülki aviasiyasının bu qədər böyük uğurlara imza atmağı və həmkarlarımın peşəkar nailiyyətləri məndə böyük fəxr hissi doğurur. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mülki aviasiyaya daim diqqət və qayğı göstərməsinin nəticəsidir. Əziz həmkarlar, fədakar əməyinizə görə hamınıza dərin təşəkkürümü bildirirəm!"

"Silk Way Holding" aviadaşınma və təyyarələrin istismarı sahələrində müxtəlif xidmətlər göstərən şirkətlər qrupunu idarə və inkişaf etdirmək üçün 2006-cı ildə yaradılıb. Bu gün holdinqə 1400-dən çox yüksək ixtisaslı mütəxəssisin çalışdığı "Silk Way West Airlines", "Silk Way Airlines" və "Silk Way Technics" kimi şirkətlər daxildir.

Qeyd edək ki, "Silk Way Holding" şirkətlər qrupu tərəfindən COVİD-19 pandemiyası zamanı Azərbaycan Respublikası Hökumətinin həyata keçirdiyi uzaqgörən strategiya nəticəsində ölkə hava nəqliyyatı ilə digər ölkələrlə sabitlik təmin edilib. Karantin dövründə müxtəlif antiseptiklərin və xüsusi qoruyucu vasitələrin (maska, əlcək, kostyum, eynəklər) Mərkəzi Avropa ölkələrinə, ABŞ və Çinə çatdırılması ilə bağlı dövlət və özəl sektordan gələn müraciətlərə aid reyslər ardıcıl olaraq həyata keçirilib. Bu çətin dövrdə Azərbaycanın aviasiya sahəsində səmərəli hava nəqliyyatı sistemi uğurla qurulub, müvəqqəti çətinliklərin aradan qaldırılması üçün bütün tədbirlər görüldü.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1365   Tarix: 09 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Generala Müdafiə Nazirliyində yüksək vəzifə verildi

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyinat olub. -ın Qafqazinfo-ya istinadın məlumatına görə, bu barədə müvafiq əmr imzalanıb. Əmrə əsasən, general-mayor Elmir İbrahimov Baş Hərbi İnspeksiyanın rəisi təyin edilib. Qeyd edək ki, həmin vəzifədə əvvəlki rəis general-leytenenat Zakir Ağayev idi. O, ötə

13 dekabr
.

Baş həkimin ölkədən çıxışına qadağa qoyulub, keçmiş mühasib barəsində cinayət işi açılıb

Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Mərkəzi Xəstəxanasının direktoru və baş həkimi Mehriban Abdullayevanın ölkədən çıxışına müvəqqəti məhdudiyyət tətbiq edilib. Məlum olub ki, xəstəxanın keçmiş mühasibi barəsində də cinayət işi açılıb. Teleqraf xəbər verir ki, Abdullayeva Mehriban Kamal qızını

15 dekabr
.

21 ailə Cəbrayıla qayıdır - Fotolar

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. AZƏRTAC-a istinadən xəbər verir ki, bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndinə 21 ailə - 79 nəfər köçürülüb. Qeyd edək ki, Cəbrayıl rayonunun Horovlu kəndinə köç edənlər respublikanı

15 dekabr
.

XƏBƏRDARLIQ: Sabahın havası bu insanlar üçün əlverişsizdir

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, dekabrın 15-də Abşeron yarımadasında yağıntılı və küləkli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir

14 dekabr
.

Gəncədə qadın itkin düşdü

Gəncədə 38 yaşlı qadın itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, şəhər sakini Verdiyeva Samirə Murad qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. S. Verdiyevanın əlamətləri: boyu 157 sm, dolu bədən quruluşlu, saçları qara, gözlərinin rəngi qəhvəyidir. Şəkildə gördüyünüz şəxsi tanıyanlarda

13 dekabr
.

TƏCİLİ: Bu, baş versə pensiya yaşı 60-a endiriləcək

Azərbaycanda cəmiyyəti narahat edən əsas sosial məsələlərdən biri də pensiya yaşının ilbəil artmasıdır. Maraqlıdır, pensiya yaşı yenidən artırıla bilərmi?. Mövzu ilə bağlı -a açıqlama verən iqtisadçı Rəşad Həsənov bildirib ki, pensiya yaşının artırılması prosesi yeni deyil və buna 2017-ci ildə qanunvericiliy

14 dekabr
.

500 manat olan pensiyalar BU QƏDƏR ARTACAQ - AÇIQLAMA

"Azərbaycanda orta aylıq əməkhaqqındakı artım dinamikasını müşahidə edirik. Artıma ən çox təsir göstərən faktor 2025-ci ildə sosial paketin icra edilməsi ilə bağlıdır". -ə istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramo

14 dekabr
.

Yas mərasimində 23 qadın dəm qazından zəhərləndi - Yenilənib

Naxçıvanın Babək rayonunun Kültəpə kəndindən Yoluxucu Xəstəliklər Mərkəzinə ümumilikdə 23 nəfər qadın dəm qazı zəhərlənməsi şübhəsi ilə daxil olub. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Naxçıvan Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, aparılmış tibbi müayinələr nəticəsind

12 dekabr
.

Prezidentin xüsusi nümayəndəsi: "Azərbaycan Avropanın enerji təhlükəsizliyinə əsaslı töhfə verib"

"Azərbaycanın Avropa tərəfdaşları ilə münasibətlərinin ilk sütunu Bakının qitənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə verdiyi töhfədir". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyov Polşanı

13 dekabr