Prezidentin xüsusi nümayəndəsi: "Azərbaycan Avropanın enerji təhlükəsizliyinə əsaslı töhfə verib"
"Azərbaycanın Avropa tərəfdaşları ilə münasibətlərinin ilk sütunu Bakının qitənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə verdiyi töhfədir".
Sonxeber.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyov Polşanın "TVP World" telekanalına verdiyi müsahibəsində bildirib.
"Hər şey xam neftin tədarükü ilə başladı, sonra - təbii qazla. Bu gün biz bərpaolunan enerji sahəsində genişmiqyaslı layihələri müzakirə edirik. Energetika əməkdaşlığımızın əsas sütunlarından biri olaraq qalır. Bununla yanaşı, Cənubi Qafqazdan keçən nəqliyyat marşrutları və Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub kəsişməsindəki mühüm geoiqtisadi və geosiyasi mövqeyi nəzərə alınaraq əlaqəlilik getdikcə daha böyük əhəmiyyət kəsb edir", - xüsusi nümayəndə vurğulayıb.
E.Əmirbəyov, həmçinin Bakı və Varşava arasındakı münasibətlərin səviyyəsinə toxunaraq, hazırkı səfərinin davamlı siyasi dialoqun inkişafına yönəldiyini qeyd edib.
"Mən Polşanı ilk dəfə ziyarət etmirəm, lakin bu səfərin məqsədi diplomatik münasibətlər çərçivəsində artıq 33 ildən çoxdur uğurla davam etdirdiyimiz müntəzəm siyasi dialoqa töhfə verməkdir. Polşa hər zaman bizim yaxın tərəfdaşımız olub, Avropa İttifaqı və NATO-da Azərbaycanın əsas tərəfdaşlarından biri olaraq qalır. Bu, ilin sonunda polyak həmkarlarımızla əməkdaşlığın gücləndirilməsi istiqamətində növbəti addımları müzakirə etmək və münasibətlərin cari mərhələsinin yekunlarını çıxarmaq üçün yaxşı fürsətdir", - o əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 564 Tarix: 13 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQuru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…
Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də
1 noyabrMəhkumlar nə vaxt həbsdən azad edilə bilər?
Azərbaycanda məhkumlar törətdikləri cinayətin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilmiş cəzanın müəyyən hissəsini çəkdikdən sonra məhkəmənin qərarı ilə cəzalarının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilə bilərlər. Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirili
1 noyabrAzərbaycan lak-boya məmulatları istehsalını 31 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 39 min 678 ton lak-boya məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 380,2 ton hazır məhsul ehtiyatı olub. Xatırlada
1 noyabrMedia və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti
1 noyabrAzərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat
1 noyabr"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd
2 noyabr"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)
Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt
2 noyabr