"Uşaqlarımı atıb getdim xaricə" - Mətanət ağladı

"Uşaqlarımı atıb getdim xaricə" - Mətanət ağladı"İnsan hər şeyə dözür, təkcı vicdan əzabına yox. İnsanın içi göynəyir. Ən çox övladlarıma baxa bilmədiyimə görə vicdan əzabı çəkirəm. Uşağa ən çox balaca vaxtında ana lazım olur. Böyüyəndə özü gedir, gəzir. Uşaqlarımın balacalığından doymadım. Baxıram ki, artıq böyüyüb. Deyirəm, o balaca uşaqlar hara getdi?".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Ən yaxşısı" verilişində deyib. Müğənni övladları ilə bağlı etiraflar edərkən ağlayıb. O bildirib ki, uşaqlarına körpə vaxtı baxa bilməyib:

"Qaçdım çörək dalınca. Ülkərin 1 yaşı var idi, qoydum anamın yanına. Kərimə də 7 yaşından anam-bacım baxdı. Aylarla xaricdə olurdum. Uşaqlar elə bilirdi ki, anaları onları atıb. Onların mənə ehtiyacı olan vaxtda yanlarında olmadım. Ehtiyacdan... Ehtiyac səni elə çaşdırır ki, övlad yadına düşmür. Allah ananı yaradır, övlad verir ki, ona baxsın. Kişi işləyər, gətirər (ağlayır).

Gəlinimi evə gətirəndə dedim ki, sənə köməkçi tutacam. Gedib yemək bişirmə, paltar ütüləmə, uşaq da kənarda ağlaya-ağlaya qalmasın. Otur ancaq uşaqlara bax. İmkanım var, indi edirəm.

Kərim (oğlu red.) deyir ki, ana, səni heç vaxt bağışlamayacam. Bizi atıb getdin xaricə və 6 ay gəlmədin. O vaxt da telefon yox idi, hər dəqiqə əlaqə saxlaya bilmirdim. Kərim elə bilib ki, onları atıb getmişəm. O vaxt qadınlar uşaqlarını atıb, gedirdi Türkiyəyə. Balalarımı atmaram axı, özümü öldürərəm. Deyir, məni aldadırdılar ki, çıx anan gəldi. Çıxırdım ki, yalandır. Səhərə qədər ağlayırdım. İndi uşaqlarımı hər görəndə vicdan əzabı çəkirəm".


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 6295   Tarix: 19 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sevil və Sevincin biznesi batdı

Müğənnilər Sevil və Sevinc Səfərovalar bizneslərini bağlayıb. Bu barədə onlar "Qonaqcanlı"da danışıb. Bildirilib ki, mağaza və gözəllik salonlarının fəaliyyəti illər öncə dayandırılıb. Bacılar müəyyən bir məbləğ itirdiklərini də əlavə ediblər. (Bizim.Media)

19 dekabr
.

Rəqsanə boşanıb: "Hər şey bitib"

Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı Fazil Əmiraslanovla münasibətlərinin bitdiyini açıqlayıb. Qaynarinfo xəbər verir ki, bu haqda sənətçi ötən gün olan konsertində deyib. Onun "Sizi bilmirəm, mən sevməyə son qoymuşam. Fazillə hər şey bitib" sözləri diqqət çəkib. Qeyd edək ki, Rəqsanəni

17 dekabr
.

"Artıq hər şeyin gözəl olmasına çalışmıram"

Aparıcı Xoşqədəm Hidayətqızı bir müddət əvvəl vəfat edən valideynləri ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, valideynləri üçün darıxdığını, həftəsonu daha çox əziyyət çəkdiyini bildirib:. "Hər həftəsonu gələndə ürəyim atlanır. Elə bilirəm ki, yenə hər zaman olduğu kimi bütün övladlarını

13 dekabr
.

Leonardo DiCaprio-dan illər sonra "Titanik" etirafı

"Titanic" filmi ilə dünya şöhrəti qazanan, "Oskar" mükafatlı aktyor Leonardo DiCaprio sinema tarixinin ən ikonik ekran işlərindən biri ilə bağlı maraqlı açıqlama verib. Bu barədə xarici mediaya istinadən xəbər verir. Məşhur aktyor etiraf edib ki, karyerasının ən yaddaqalan filmlərində

19 dekabr
.

Məşhur fenomenin sürət qatarında etdikləri narazılıq doğurub - VİDEO

Sosial media fenomeni Mükremin Gezgin sürət qatarı ilə etdiyi səfər zamanı sərgilədiyi davranışla ictimaiyyətin narazılığına səbəb olub. türk mediasına istinadən xəbər verir ki, fenomen qatar vaqonunun ortasında yer süfrəsi açaraq yemək yediyi anları videoya çəkib. Digər sərnişinləri narahat edən b

16 dekabr
.

Röya Ayxan və Elçin Cəfərovdan yeni duet - "Can" klipi çəkildi

Xalq artisti Röya Ayxan müğənni Elçin Cəfərovla növbəti uğurlu yaradıcılıq layihəsində bir araya gəlib. İki sevilən sənətçi "Can" adlı mahnının klip çəkilişi üçün kameralar qarşısına keçərək tamaşaçılara duyğusal və yadda qalan ekran işi vəd ediblər. Mahnının söz və musiqisi Rafael Şabanova

19 dekabr
.

Rus kürüsü Trampa necə çatdı?

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiyanın Xabarovsk diyarına məxsus qırmızı kürünü Donald Trampa hədiyyə aparıb. xəbər verir ki, məlumata görə, Uitkoff kürünü Vladimir Putinlə görüşdən əvvəl Moskvada dadıb və təamdan çox təsirlənib. Görüş dekabrın 3-də baş tutub

18 dekabr
.

"Uşaq Avroviziyası"nda Azərbaycan özünə səs verə biləcək

2025-ci il "Uşaq Avroviziyası" Mahnı Müsabiqəsinin onlayn səsverməsi dekabrın 13-də rəsmi olaraq start götürür. Qaynarinfo xəbər verir ki, bu müsabiqədə tamaşaçılar öz ölkəsinə də səs verə biləcək. Bununla yanaşı, bütün dünya ölkələrinin nümayəndələri heç bir məhdudiyyət olmadan səsverməy

12 dekabr
.

Hadisədən "2025"ə vida RƏQSİ - VİDEO

Hadisə yeni paylaşımı ilə müzakirələrə səbəb olub. xəbər verir ki, türk pop musiqisinin məşhur siması Hadisə Açıqgöz sosial şəbəkədə etdiyi yeni paylaşım ilə diqqət mərkəzinə düşüb. Sənətçi "Gülə-gülə 2025" başlığı ilə ilin sonuna həsr etdiyi rəqs videosunu izləyiciləri ilə bölüşüb. Paylaşı

18 dekabr