Azərbaycanın sülh yönümlü addımları hər dəfə erməni rəhbərliyi tərəfindən əngələnir-RƏY

Azərbaycanın sülh yönümlü addımları hər dəfə erməni rəhbərliyi tərəfindən əngələnir-RƏY26 iyun 2010-cu ildə ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri olan ABŞ, Rusiya və Fransa prezidentlərinin Kanadanın Muskok şəhərində qəbul etdikləri birgə bəyanatında ondan bir əvvəl açıqlanan Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsinə dair Madrid prinsipləri öz təsdiqini tapdı.

Madrid prinsiplərində əks olunan və Muskok bəyanatında öz təsdiqini tapan müddəalar münaqişənin Helsinki Yekun Aktının prinsipləri əsasında həll edilməsi zərurətini ortaya qoydu. Problemin, ilk növbədə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətrafında yerləşən rayonların erməni işğalından azad edilməsi, Dağlıq Qarabağa müvəqqəti statusun verilməsi və sonrakı mərhələdə onun hüquqi statusunun əhalinin iradəsinin ifadəsi əsasında müəyyənləşdirilməsi, qaçqınlar və məcburi köçkünlərin doğma yerlərinə qayıtması yolu ilə tənzimlənməsi məqsədəuyğun sayıldı.

Lakin Muskok bəyanatı və Madrid prinsiplərini təsdiq edən digər beynəlxalq sənədlərin qəbul edilməsinə baxmayaraq, Ermənistan Azərbaycanın işğal altında olan ərazilərindən öz silahlı qüvvələrini çıxarmaqdan imtina edərək Minsk qrupu həmsədrlərinin təklif etdikləri sülh planını faktik olaraq rədd etdi. Nəticədə münaqişənin tənzimlənmə prosesi dalana dirəndi. Münaqişənin sülh yolla həll edilməsi perspektivi tükəndikcə Azərbaycan dövləti ərazi bütövlüyünün bərpa edilməsi naminə istənilən üsullara əl atmağa hazır olduğunu nümayiş etdirir.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Ramil Həsən bildirib ki, 2010-ci ildə təsdiqini tapmış bu prinsiplərin əsas məqamı ondan ibarət idi ki, tərəflərin qarşılıqlı razılığa gəldiyi Helsinki Yekun Aktında nəzərdə tutulan müddəalar həyata keçirləcəkdi:

"Helsinki Yekun Aktında iki mühüm müddəa var. Dövlətlərin ərazi bütövlüyü çərçivəsində münaqişənin həlli və xalqların öz müqəddəratını təyin etmə hüququ. Son proseslər, Avropa Birliyinin yaydığı rəsmi bəyanatlar, qəbul etdiyi qətnamələr, beynəlxalq hüquq və norma çəçivəsində olan yanaşmalar açıq şəkildə Azərbaycanın mövqeyini ortaya qoymaqdadır. Bütün münaqişələr, baş verən problemlər və torpaq üzərində olan ziddiyətlərin hər biri dövlətlərin hər birinin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Önəmli olan məsələlərdən biri sərhədlərin toxunulmazlığıdır. Əslində bütün bunların hər biri Madrid prinsiplərində öz əksini tapmışdı. Həmin müəddəalara baxsaq görərik ki, Azərbaycan dövlətinin müvqeyi beynəlxalq hüquq normaları çəçivəsində tam qorunacaqdır. Çünki Madrid prinsiplərindəki maddələrə əsasən birinci növbədə Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon işğaldan azad edilməlidir. Ermənistan işğalçı qurupunun o torpaqlarını tərk etməsi, Azərbaycan icmasının öz yurduna qayıtdıqdan sonra referendum keçirilməsi və bu münvalla Dağlıq Qarabağa Azərbaycan tərkibində yüksək statusa sahib olan imkanların verilməsidir. Ermənistanın faşist idarəetmə mexanizmi və cinayətkar dəstələrdən ibarət olan rəhbərliyi Madrid prinsiplərininin real həyatda öz əksini tapmasını əngələr törətdi. Bu baş verən bir daha onu göstərdi ki, Azərbaycanın sülh yönümlü addımları hər dəfə erməni rəhbərliyi tərəfindən əngələnir. Ermənistan dövlətini idarə edən faşist yönümlü siyasət Azəbaycanın xoşməramlı diplomatik səylərinin müsbət nəticə verməsinin daim maneə olub. Bilirsiniz ki, 26 iyun Azərbaycan Respublikasının Milli Ordu günüdür. Dövlətimizin ordusu bu gün qüdrətli ordular sırasında öz yerini alıb. Bu proses uğurla davam etməkdədir. Azərbaycan dövlətinin hərbi sənayesinin daha da qüvvətlənməsi üçün bütün lazım olan addımları Ali Baş Komandan, cənab prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə atılmaqdadır. Biz bu gün ordumuzun gücü və imkanları ilə qürur duymaqda haqlıyıq. Əlbəttə ki, ölkə rəhbərimizin söylədiyi kimi, diplomatik səylər hələ tükənməyib. Diplomatik səylər tükənən zaman Azərbaycan beynəlxalq hüquq və normalar çərçivəsində öz ərazi bütövlüyünü bərpa etmək haqqına sahibdir. Azərbaycan erməni işğalçı qüvvələrini tarixi torpaqlarından çıxarma hüququna tam sahibdir. Əlbəttə xalqı və vətəndaşları Ali Baş Komandanın bununla bağlı verəcəyi əmri yerinə yetirməyə hazırdır. Ölkəmiz üçün Azərbaycan hər zaman güclüdür. Əminik ki, torpaqlarımız diplomatik və ya digər yollarla işğaldan azad ediləcəkdir".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1603   Tarix: 25 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nəsib Quliyev dəfn edildi - Fotolar

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

25 aprel
.

Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub. -a istinadən xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib. İddiay

25 aprel
.

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

"Böyük Qayıdış" proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir. xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə məlumatında bildirilir. Bildirilir ki

25 aprel
.

Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək

Şuşada vokalçıların Bülbül adına IX beynəlxalq müsabiqəsi keçiriləcək. xəbər verir ki, müsabiqə 3-9 iyun tarixində, Şuşa şəhərində baş tutacaq. Müsabiqədə iştirak üçün heç bir ödəniş tələb olunmur. Müsabiqənin mükafatları:. Qran-pri (10 00 dollar ). I mükafat (7 00 dollar). II mükafat (5 00 dollar)

25 aprel
.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

25 aprel
.

Bulaqlarda erməni saxtakarlığı: Naxış və nişan vuraraq... - VİDEO

Laçın şəhərində daha bir erməni saxtakarlığı üzə çıxıb. Belə ki, ermənilər işğal dövründə Laçın və ətrafında yerləşən bulaqlara naxış və nişan vuraraq özününküləşdirməyə çalışıblar. "Bu bulaqlara üzüm kimi şəkillər çəkərək özlərinin olduğunu göstərmək istəyiblər. Mənim 78 yaşım var, həmişə bu bulağ

25 aprel
.

Rusiyada silahlı insident: Yaralananlar var - ANBAAN VİDEO

Rusiyanın Primorye diyarının Dalneqorsk şəhərində silahlı insident yaşanıb. Primorye diyarının prokurorluğundan verilən məlumata görə, hadisə nəticəsində üç nəfər güllə yarası ilə xəstəxanaya çatdırılıb. Qeyd olunur ki, atəş açan bir neçə nəfər dərhal ərazidən uzaqlaşıblar. Hüquq-mühafizə orqanları onları

26 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib:Rusiya növbəti müharibəyə BAŞLAYIR? - ŞƏRH

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Baş verənlər

25 aprel
.

11 gün əvvəl zəhərlənmişdi - Xəstəxanada öldü

Dünən gecə saatlarında Kliniki Tibbi Mərkəzdə ölüm hadisəsi qeydə alınıb. "Qafqazinfo"nun məlumatına görə, Zaqatala rayon Yuxarı Tala kənd sakini 62 yaşlı Murad Ramazanov sözügedən vəfat edib. M. Ramazanov təxminən 11 gün əvvəl pomidor turşusundan zəhərlənmişdi

26 aprel