"Köçəryanın həbsdən çıxması ilə Ermənistanda siyasi durum çox mürəkkəbləşəcək"-RƏY

"Köçəryanın həbsdən çıxması ilə Ermənistanda siyasi durum çox mürəkkəbləşəcək"-RƏYErmənistanın eks-prezidenti Robert Köçəryan həbsdən çıxan kimi iki istiqamətdə fəaliyyətə başlayıb. Köçəryan ilk öncə "Qarabağ klanı"nın üzvləri ilə ayrılıqda görüşlərə başlayıb. O, bir müddətdir başsız qalan klanı yenidən Ermənistanda əsas siyasi qüvvələrdən birinə çevirməyə çalışacaq. Siyasətçi bu məqsədlə keçmiş həmkarı Serj Sərkisyanla görüşüb. Köçəryan buna paralel olaraq Rusiya ilə olan sıx əlaqələrini bərpa etməyə başlayıb.

Məsələ ilə bağlı "Atlas" Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu Sonxeber.az-a açıqlama verib.
Politoloq bildirib ki, hazırda "Qarabağ klanı" Ermənistan parlamentində təmsil olunmayıb. Onların Respublika Partiyası son parlament seçkisində məğlub olaraq sistemdənkənar müxalifətə çevrilib:

"Ermənistan vətəndaşları keçmiş hakimiyyətin cinayətlərini unutmayıblar. Ona görə də Köçəryanın yaxın müddətdə seçki yolu ilə hakimiyyətə gəlişi problematikdir. Bu vəziyyətdə Köçəryan seçkidən kənar yollara baş vura bilər. Ermənistanda hazırda ağır epidemioloji durum hökm sürür, virusa yoluxanların gündəlik sayı min nəfərə yaxınlaşır. Baş nazir Nikol Paşinyanın özü də durumu fəlakətli adlandırıb və epidemiyadan əvvəl də ağır vəziyyətdə olan iqtisadiyyatı necə bərpa edəcəyini təsəvvür etmir. Bu gedişat Ermənistanı sosial uçuruma sürükləyir. Köçəryan tərəfdarlarıyla məhz həmin günü gözləyirlər.

Buna baxmayaraq, Nikol Paşinyanın reytinqi hələ ona hakimiyyətdə qalmağa imkan verir. Ancaq Ermənistan Rusiyanın iqtisadi və hərbi dəstəyini almadan daha sürətlə çökə bilər. Köçəryanın hakimiyyətə qayıdış planını reallaşdırması üçün rusiyalı dostları ilə müzakirələrə başlayacağı gün uzaqda deyil.

Robert Köçəryan Rusiya prezidenti Vladimir Putinin ən yaxın dostlarından sayılır. Bunu Kreml sahibi bir neçə dəfə özü dilə gətirib. Putin erməni dostunu həbsdən çıxartmaq üçün əlindən gələni etdi. Putin hətta Avrasiya İqtisadi Birliyinin İrəvanda keçirilən zirvə toplantısından sonra Rusiyanın bu ölkədəki səfirliyinə gedərək Köçəryanın həyat yoldaşı ilə görüşdü.

Bu Putinin Köçəryanı həbsdən azad etmək istəməyən Paşinyana növbəti xəbərdarlığı idi.
Köçəryan həbsdən çıxan kimi elə ilk təbrik Rusiyadan gəldi. Rusiyada erməni ekspertlərdən və deputatlardan formalaşan "Lazarev klubu" ayrıca bəyanat yayaraq, Robert Köçəryanın azad edilməsini alqışladı. Bəyanatda Paşinyana xəbərdarlıq mahiyyətli cümlələr də var idi: "Biz Ermənistanda siyasi baxışlarına görə təqibi və məhkəmə orqanlarına təzyiqi pisləyirik.
Başqalarını mühakimə etməyin, çünki özünüz də mühakimə oluna bilərsiniz".

Növbəti addım Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkindən gəldi. O, son günlər Paşinyana müxalif olan qüvvələrlə görüşlərə başlayıb. Rusiyanın müxtəlif ölkələrdəki səfirləri adətən o zaman müxalifət nümayəndələri ilə görüşürlər ki, həmin ölkənin hakimiyyətinin siyasətini bəyənmirlər. Məsələn, elə Ermənistanda hakimiyyətdə Robert Köçəryan olanda Rusiyanın bu ölkədəki səfiri keçmiş eks-prezidentə müxalif olan kimsəylə görüşmürdü. Çünki Köçəryan Moskvanın adamı idi və Rusiyanın siyasətini Ermənistanda həyata keçirirdi. Moskvada Paşinyana münasibət fərqli olduğundan Kreml Ermənistandakı səfirinə müxalifət nümayəndələriylə görüşlərə başlamaq təlimatını verib. Bu gedişatla yaxın müddətdə Köçəryanın rusyalı dostu Putinlə də görüşü təşkil oluna bilər. Paşinyanın bu dostluğa mane olmaq üçün əlindən yeganə alət var idi – Köçəryanı həbsdə saxlamaq. Ancaq Paşinyan həmin aləti də itirdi".

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 4777   Tarix: 26 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Almaniyada iqlim dialoqunun ikinci günü başlayır: İlham Əliyev iştirak edəcək

XV Petersberq İqlim Dialoqunun ikinci günü başlayır. "Report" xəbər verir ki, Prezident İlham Əliyev Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə bu gün keçiriləcək XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edəcək. Prezident İlham Əliyevin Almaniya kansleri ilə həmi

26 aprel
.

İlham Əliyev: "Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq"

"İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusund

23 aprel
.

Azərbaycan-Qırğızıstan münasibətləri türk dünyasının birliyinə mühüm töhfələr verir

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə kəmiyyət və keyfiyyətcə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir və strateji xarakter alır. Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistanla münasibətlərimiz çoxşaxəli olmaql

24 aprel
.

İlham Əliyev: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

"Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib. "Üzləş

23 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezident

24 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qırğızıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbayca

24 aprel
.

Qırğızıstan prezidenti Ağdama gedəcək

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş birgə bəyannamə və bir sıra sazişlərin imzalanması planlaşdırılır. Bu barədə Qırğızıstan Prezidenti Administrasiyasını

23 aprel
.

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü olub. Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbua

22 aprel
.

Prezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"

"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd

23 aprel