Ekspert: "Fərqlənmə nişanının alınma qaydasını bir az da sadələşdirmək olar"

Ekspert: "Fərqlənmə nişanının alınma qaydasını bir az da sadələşdirmək olar"Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən taksi fəaliyyətinin tənzimlənməsi layihəsi çərçivəsində taksi fəaliyyəti ilə məşğul olan sürücülərin fərqlənmə nişanlarının alması üçün onlayn müraciət platforması hazırlanıb.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Sfera.az saytına verdiyi açıqlamada belə bir platformanın hazırlanmasını müsbət qiymətləndirdiyini bildirib:

"Bu platformanın yaradılması müasir texnologiyalardan istifadə etməklə insanların rahatlığının operativ təminatı üçün atılan bir addımdır. Bu addımı müsbət qiymətləndirirəm. Fərqlənmə nişanlarının verilməsi uzun müddətdir müzakirələrə səbəb olurdu və prosesi həll etmək üçün vətəndaşların çox əziyyət çəkməsi, vaxt itirməsi ilə bağlı böyük narazılıqlar var idi. Ortaya başqa bir problem də çıxırdı ki, bu da taksi sürücülərinin məsələyə qanundan kənar yanaşması idi. Onlar fərqlənmə nişanı olmadan fəaliyyət göstərməyə üstünlük verirdilər. Birinci sərt karantin rejimi tətbiq ediləndə həmin sürücülərin əksəriyyəti işə çıxa bilmədi. Çünki yalnız fərqlənmə nişanı olan şəxslər işə çıxa bilirdi. Daha sonra BNA fərqlənmə nişanlarını taksi şirkətlərinə verdi. Onlar da əməkdaşlıq etdikləri sürücülərə bu nişanları payladılar. Bu da öz effektini göstərmədi. Çünki o şirkətlər də bəzən neqativ əməllərə yol verirdilər. Bəzən taksi sürücüsü fərqlənmə nişanını aldığını bildirsə də, sistemdə belə bir qeydiyyatın olmadığı məlum olurdu və həmin sürücüyə cərimə tətbiq edilirdi. BNA-nın indi müsbət bir addım atır. İnsanlara şərait yaradılır ki, müasir texnologiyaların imkanlarından geniş istifadə etsinlər, onlayn qaydada müraciət edib fərqlənmə nişanı alsınlar".

Ekspert qeyd edib ki, fərqlənmə nişanının alınma qaydası bir az da sadələşdirilsə daha yaxşı olar: "Düşünürəm ki, sonradan gedib fərqlənmə nişanını götürmək məsələsini də həll etsələr daha yaxşı olar. Yəni onlayn qeydiyyatdan keçəndən sonra artıq BNA sistemdə bunu görür və məlumat dərhal Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi məlumat sisteminə inteqrasiya olunur. Beləliklə həmin sürücü artıq fərqlənmə nişanı almış sayılır. Dünyanın bir çox ölkələrində təcrübə təxminən bu cürdür. Artıq kağız vərəqə almağa ehtiyac qalmır. Yəni bu prosesi bir az da sadələşdirmək olar. Eyni zamanda, sürücüləri də məsuliyyətli olmağa çağırıram. Çünki karantin dövrü yumşaldılmağa doğru gedəndə sürücülər yenə də məsuliyyətsizlik edərək fərqlənmə nişanı almadılar. İkinci sərt karantin dövrü başlayanda məlum oldu ki, sürücülər bu səhvi yenə təkrar edirlər. Sürücülər taksi fəaliyyətini bir peşə kimi seçirlərsə, buna uyğun davranmalı, qaydaları pozmamalıdırlar".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1437   Tarix: 29 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021