Azərbaycan-İran sərhədində atışma oldu- ÖLƏN VAR
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.
Bu barədə Report-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bu tədbirlər nəticəsində 2020-ci ilin 29 iyun tarixində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
Qeyd olunub ki, həmin gün saat 23:50 radələrində DSX-nin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin Beyləqan rayonunun Aşağı Çəmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkar olunub.
"Sərhəd pozucularının silahlı olmaları, üzərilərində 2 ədəd kisədə yük olması müşahidə edilib. Sərhəd zastavası "Silaha" komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən "Dayan" əmri verilərək havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmamış, sərhəd naryadına qarşı odlu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd ediblər.
Sərhəd naryadı tərəfindən "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq silah tətbiq olunub, sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə yerində ölüb. Digər sərhəd pozucusu ərazinin sıx meşəlik, hava şəraitinin qaranlıq olmasından istifadə edərək geri qaçıb.
Əraziyə baxış zaman 1 ədəd lüləsi kəsilmiş tüfəng, 2 ədəd kisədə təxmini çəkisi 33 kq olan narkotikə bənzər maddə aşkar edilib.
Hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin görüşü keçirilib.
Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir", - məlumatda bildirilib.



Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Sosial Baxılıb: 1300 Tarix: 30 iyun 2020
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş
Unvan.az - elanlar sayti
Arıqlamaq istəyirsiniz?
MƏHSUL HAQDA ƏTRAFLI. . Diqqət BLACK LATEE - Arıqladıcı kofelər artıq Bakıda. Yetərincə tanınmiş məhsul.. hər səhər 1 stəkan içməklə gün ərzində sizi tox saxlayaraq, artıq çəkidən azad edəcək. Yağları parçalayır və enerjiyə çevirir. Bədəndən toksinləri xaric edir. İştahanı azaldır və enerji verir. Artı
15 avqust 2020Masallıda maskalılar evə basqın edib, ev sahibini yaraladılar
Masallı rayonunda mənzilə basqın edilib.. . Hadisə rayonun İsi kəndində baş verib. Kənd sakini, 1955-ci il təvəllüdlü Fəxrəddin Əhədov iyunun 29-da Masallı rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirib ki, həmin gün gecə saat 3 radələrində yaşadığı evə 3 nəfər maskalı şəxs daxil olaraq on
30 iyun 2020Kimə günəbaxan tumlarını yemək olmaz?
Günəbaxan tumları sağlamlıq üçün çox faydalı məhsuldur. Onların tərkibində müxtəlif vitamin və minerallar, yağlı turşular var.. . Lakin tumları qızardılmış deyil, çiy halda yemək lazımıdr. Qızardılmış tumların tərkibində faydalı maddələrin miqdarı kəskin azalır.. . Sonxeber.az saglamolun.az-a istinadə
29 iyun 2020Dəriyə mikroçiplər yerləşdirilir: Hər addımınız izlənəcək? - ARAŞDIRMA
Konavirusdan sonra gündəmin əsas mövzularından biri də insan bədəninə mikroçiplərin yerləşdirilməsi məsələsidir. İstər ətrafımızda, istər sosial şəbəkələrdə bununla bağlı xeyli müxtəlif fikirlər səsləndirilir. Bəziləri, "bizi idarə etmək üçün çip taxacaqlar" deyə hər yerdə danışır, yazır v
29 iyun 2020Azərbaycan Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin edilib
Müdafiə Nazirliyində yeni kadr təyinatı olub.. . Bununla bağlı müvafiq sərəncam imzalanıb. . . Sərəncama əsasən, kontr-admiral Sübhan Kamal oğlu Bəkirov Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edilib.. . O, bundan əvvəl Hərbi Dəniz Qüvvələri komandanının müavini vəzifəsində işləyib.. . Qey
29 iyun 2020Bu xəstəlik uşaqların həyatını riskə ata bilər - XƏBƏRDARLIQ
Uşaqlarda yaz ishalı isti havalarda tez-tez rast gəlinən sağlamlıq problemləri sırasında yer alır.. . Sonxeber.az xəbər verir ki, həkimlər ishalın uşaqlarda daxili suyun qurtarmasına səbəb olduğunu bildiriblər.. . İshaldan öncə halsızlıq, qusma və yüksək hərarət müşahidə edilir ki, bu halda valideynlə
29 iyun 2020Arvadının məzarının üstündə intihar etdi
Türkiyənin Aydın vilayətinin Efeler rayonunda bir kişi bir il əvvəl vəfat etmiş arvadının qəbrinin yaxınlığında başından güllələnmiş vəziyyətdə tapılıb.. . Sonxeber.az oxu.az-a istinadən bildirir ki, qəbiristanlıqda silah səsi eşidən şəxslər polisə xəbər veriblər.. . Hadisə yerinə gələn asayiş keşikçilər
29 iyun 2020