"Azərbaycanın qeyri-neft sektoru ilin sonuna qədər öz artım templərini qoruyub saxlayacaq"- RƏY

"Azərbaycanın qeyri-neft sektoru ilin sonuna qədər öz artım templərini qoruyub saxlayacaq"- RƏY2020-ci ilin birinci yarısı Azərbaycan iqtisadiyyatı üçün çətin oldu. Koronavirus pandemiyası və yaratdığı yan təsirlər (dünya neft bazarı, nəqliyyat daşınmaları, turizm sahəsi və s.) bir çox fəaliyyət sahəsinə, həm Azərbaycanın dövlət müəssisələrinə, həm də özəl sektor subyektlərinin işinə mənfi təsir göstərmişdir. Buna baxmayaraq, bir çox göstəricilərə görə, Azərbaycan ilin birinci yarısında artım nümayiş etdirə bilib.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Azər Badamov bildirib ki, 2020-ci il başlananda biz böyük ümüdlərlə baxırdıq:

"Proqnozlara görə ilin sonunda iqtisadi artım 3,6% olmalı idi. Amma sabah nə baş verəcəyi haqqında heç kim proqnoz verə bilmir. Keçən ilin sonundan dünya bazarlarında neftin qiymətinin aşağı düşməsinə baxmayaraq biz iqtisadiyyatımızı elə planlaşdırmışdıq ki, ilin sonuna qədər öz inkişaf tempini qoruya bilək. Amma dünyada sürətlə yayılmağa başlanmış COVİD-19 infeksiyası ÜST tərəfindən martın 11-dən qlobal pandemiya elan etməsi dünyada ölkələrarası və daxili yeni baxışlar formalaşdırmağı zəruri etdi. Sərhədlər bağlanıldı və ölkələr daxili sərt karantin tədbirləri həyata keçirəməyə başladı. O cümlədən, Azərbaycan da dünyanın bir parçası olaraq bu proseslərə birinci qoşulanların sırasına daxil oldu. Çünki ölkəmizdə insan amili hər şeydən üstündür. Tətbiq olunmuş sərt karantin bir çox sahələrin iş fəaliyyətinə məhdudiyyətlər qoyuldu, bəzilərində isə qadağalar tətbiq olundu. Təbii ki, bu ölkəmizin iqtisadi fəallığına öz mənfi təsirini göstərmiş oldu. Bu həm dövlət sektorunu, həm də qeyri-neft sektorunu əhatə etdi. Dövlət ölkədə iqtisadi fəallığının bərpası istiqamətində dövlət dəstəyi proqramları hazırlayaraq reallaşdırmağa başladı. Məhz pandemiyaya qədər olan dövrdə, həm də pandemiya dövründə atıldığı düşünülmüş addımların göstəricisidir ki, cari ilin 5 ayın makroiqtisadi göstəriciləri heç də dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə çox da aşağı olmadı. Bu inkişaf etmiş ölkələrdə 7-8% iqtisadi gerilənmə müşahidə olunduğu halda Azərbaycanda cəmi 1,7% oldu. Amma qeyri-neft sektorunda yenə artımlar əldə olundu. Məsələn qeyri-neft sənayesi 14% , kənd təsərrüfatı 3,6% artıb. Təbii ki, bu göstəricilər ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində dövlətimizin həyata keçirdiyi müxtəlif proqramlar sayəsində əldə olunub. Hələ də turizm sektorunun fəaliyyəti tam dayanıb. Amma buna baxmayaraq düşünürəm ki, Azərbaycanın qeyri-neft sektoru ilin sonuna qədər öz artım templərini qoruyub saxlayacaqdır".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2008   Tarix: 02 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Avropa Parlamentinin qəbul etdiyi qətnamə yalan üzərində qurulmuş ağlaşmadır" - DEPUTAT

"Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq qətnamə qəbul etməsini ölkəmizə qarşı qərəzin növbəti nümayişidir". Bunu -a danışan deputat Azər Badamov bildirib. Deputat qeyd edib ki, Avropa Parlamentinin Azərbaycana qarşı qətnamələri

26 aprel
.

Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO

Lənkəranda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüseyn oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı

25 aprel
.

İrəvan bundan imtina edir: Paşinyandan ermənilərə "soyqırımı" şilləsi

Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma "soyqırımı"nın ildönümü münasibətilə etdiyi çıxış erməniləri qəzəbləndirib. Buna səbəb Paşinyanın qondarma "soyqırımı" "böyük faciə" adlandırmasıdır. xəbər verir ki, Paşinyan çıxışında cəmi 3 dəfə "soyqırımı" ifadəsin

25 aprel
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25 aprel
.

Yeddi kişini şantaja görə mühakimə olunacaq - İş məhkəmədə

Özünü Milli Fədailər Hərəkatının qurucusu kimi təqdim edən, 6 ay əvvəl isə şantaja görə tutulan Fuad Muradovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. "Qafqazinfo"nun məlumatına görə, iş üzrə toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib

26 aprel
.

Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub. xəbər verir ki, bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, sözügedən məktəbin vakant olan direktor vəzifəsin

26 aprel
.

Polisin "saxla" əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO

Bakıda magistral yolda motosiklet sürücüsü Yol Patrul Xidmətinin "saxla" əmrinə tabe olmayıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Görüntülərdə YPX maşını motosiklet sürücüsünü saxlamağa cəhd etsə də sonuncunun hadisə yerindən qaçması öz əksini tapıb. Hadisə "Koroğlu" körpüsünü

26 aprel
.

"Qismət-M House" MMC-yə yazılan protokola baxılacaq tarix açıqlandı: Yüksək məbləğdə cərimə

"Qismət-M House" MMC barəsində tərtib olunan inzibati protokola baxılacaq tarix açıqlanıb. -ın xəbərinə görə, sənədə Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin sədrliyi ilə mayın 8-də baxılacaq. Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-c

26 aprel
.

Bakının bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissədə) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə "Azərbaycan Avtomobil Yolları Dövlə

26 aprel