Postlar ləğv edildi, bəs avtomobillərin hərəkəti necə tənzimlənəcək?

Postlar ləğv edildi, bəs avtomobillərin hərəkəti necə tənzimlənəcək?İyulun 2-dən etibarən xüsusi karantin rejimi ilə əlaqədar Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla küçə və prospektlərdə quraşdırılmış xüsusi polis postları ləğv edilib.

Sonxeber.az-ın xəbərinə görə, Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, bundan sonra şəhərdəki bütün qapalı məkanlarda vətəndaşların karantin rejimindən irəli gələn tələblərə, xüsusilə tibbi maskadan istifadə və sosial məsafənin gözlənilməsinə mütləq qaydada riayət etmələrinə nəzarət daha da gücləndirilib.

Qeyd edilib ki, küçə və prospektlərdə, eləcə də şəhərdaxili məhəllələrdə piyada patrul naryadlarının sayı artırılıb, nəqliyyat vasitələrinin hərəkətinə müvafiq icazənin olub-olmaması isə videomüşahidə kameraları ilə müəyyən edilib.

Xüsusi polis postlarının ləğv edilməsindən sonra bir sıra suallar ortaya çıxışıb. Yollar necə tənzimlənəcək? SMS icazə əsasında şəxsi avtomobilində iki saatlıq çıxa bilən şəxs maşınını icazə portalında qeydiyyatdan keçirməyə ehtiyac varmı?

"Report""-un suallarını cavablandıran nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, SMS icazə əsasında şəxsi avtomobilində iki saatlıq çıxa bilən şəxs maşınını icazə portalında qeydiyyatdan keçirməyə heç bir ehtiyac yoxdur:

"Çünki əvvəldən də bu qayda belə müəyyənləşdirilib ki, şəxsi avtomobil olan şəxs SMS icazə və yaxud iş icazəsi əsasında həmin maşından istifadə edə bilər. Əslində buna təhlükəsizlik və məntiqi baxımından yanaşanda daha səmərəli variantdır. Nəinki həmin vətəndaşı məcbur eləyək ki, gedib avtobus və metrodan istifadə eləsin. Orada yoluxma riski daha yüksəkdir, şəxsi avtomobilində isə daha təhlükəsiz ola bilər. Bir sözlə, icazəsi olan şəxs şəxsi avtomobilindən istifadə edə bilər".

Məsələn, kimsə digər şəxsi avtomobilini 2 saatlıq etibarnamə ilə götürüb, idarə edir. Vaxtı bitdi, kameraya düşdü. Cərimə kimə yazılacaq? Kamera maşının kimin idarə etdiyini müəyyənləşdirir?

Ekspert deyib ki, hər bir şəxsin avtomobili idarə etməsi üçün hüquqi bir sənədi olmalıdır:

"Avtomobili idarə edən şəxsin adına ya qeydiyyat şəhadətnaməsi, ya da etibarnamə olur. Mülki və yaxud baş etibarnamə. Bu ikisindən biri yoxdursa, bunu hətta yol polisi də küçədə aşkarlasa, etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etməyə görə inzibati məsuliyyət nəzərdə tutulur, yəni cərimə tətbiq olunacaq. Lakin kimsə başqasının maşınını idarə edirsə, onu sistem necə müəyyənləşdirəcəksə, bunun tam təfərrüatı hələ bu gün də məlum deyil. Daxili İşlər Nazirliyi qeyd edir ki, kameralar vasitəsi ilə cərimələr tətbiq ediləcək. Kameralar vasitəsi ilə cərimələrin tətbiq edilməsi bugünkü gündə dünyanın tək-tük ölkələrində var. Hələ o da müəmmalı qalır ki, necə tətbiq edilə bilər? Sürücülərin əksəriyyəti arxa və yan şüşələrə plyonka vurur. Arxa oturacaqda da sərnişinləri əyləşdirib, daşıyır. Heç kəs də onu görmür, saxlamır. Kamera da bunu çəkə bilməz. İndi sükan arxasında olan sürücünün icazəsinin olub-olmaması məsələsinə baxılır. Deyək ki, sistemə vurulur, kamera maşının nömrəsini oxuyur. Sistemdə də göstərilir ki, bu maşın kimə məxsusdur. Həmin şəxsin adı da sistemdə dərhal çıxır ki, 2 saat ərzində icazə alıb, ya almayıb. Və yaxud da iş icazəsi var, ya yoxdur. Bunların heç biri yoxdursa, avtomotik həmin maşının hərəkəti ilə bağlı neçə etibarnamənin olduğuna baxılır. Məsələn, avtomobil bir nəfərin adınadırsa, onun da icazəsi yoxdursa, həmin maşın da küçədə hərəkət edirsə, onda həmin şəxsə dərhal protocol tərtib edilə bilər. Barəsində protokol tərtib edilən şəxs iddia edə bilər ki, həmin vaxt maşını qardaşı idarə edirdi. Bu zaman da həmin protokol həmin şəxsin özünə yox, qardaşına yönləndirilə bilər. Bu, qanunda da var. Lakin qardaşı da onu təsdiqləməlidir. Bu təxminən adi yol hərəkəti qaydaları pozulması zamanı üzə çıxan məsələlər kimidir.

E.Muradlı Daxili İşlər Nazirliyinin atdığı bu addımı təqdirəlayiq hesab edir:

"Çünki karantin postlarında çox sıxlıq olurdu. Nazirliyin atdığı bu addıma görə təşəkkür edirəm. İsti hava şəraitində orada xidmət aparan polis əməkdaşları da çox əziyyət çəkirdi. Kameralarla yanaşı adi halda da xidmət aparılacaq. Küçədə şübhə yarandığı maşın polis əməkdaşları tərəfindən saxlanılacaq. Saxlanılma səbəbi yol hərəkəti qaydaları ilə bağlı deyil. Sadəcə polis əməkdaşı özünü təqdim edib, sənədləri tələb edəcək. Polis həmin sürücü və sərnişinin icazəsinin olub-olmadığını yoxlayacaq. Vətəndaşlar bilsin ki, polisin artıq buna ixtiyarı var. Hər kəs öz məsuliyyətini dərk edəcək ki, icazəsiz küçəyə çıxsa, yaxalanacaq".

Məsələ ilə bağlı DİN-in Mətbuat xidməti hələ ki, açıqlama verməyib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2925   Tarix: 03 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur

Landmark" Biznes Mərkəzinin qanuni təmsilçisi Eran Muduroğlunun həyat yoldaşı Nərgiz Nəsrullayevanın Azərbaycandan getdiyi xəbərinin ardınca iş adamının çıxışına "stop" qoyulması gündəmə gəlib. Qaynarinfo xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlə

26 aprel
.

Çernobıl qəzasından 38 il ötür

Bəşəriyyət tarixində ən böyük qəzalardan hesab edilən Çernobıl faciəsindən 38 il ötür. 1986-cı ilin bu günü yəni, aprelin 26-da Ukraynanın Kiyev vilayətində yerləşən Çernobıl atom-elektrik stansiyasının dördüncü enerji blokunda yanğın baş verib. Alov genişlənərək üç bloku bürüyüb. Hadisədən sonra həya

26 aprel
.

Sabunçuda qaçırılan 16 yaşlı qızın atası DANIŞDI: "Hər ikisinin təhsili yoxdur" - VİDEO

Bakıda qaçırılan 16 yaşlı qızın atası danışıb. -ın məlumatına görə, hadisə aprelin 17-si Bakının Sabunçu rayonunun Sabunçu qəsəbəsində baş verib. 16 yaşlı qız kredit ödənişi üçün evdən çıxıb və geri qayıtmayıb. Məlumata görə, o, özündən bir yaş böyük oğlana qoşulub qaçıb. Yeniyetmə qızın atası bildiri

27 aprel
.

İcra hakimiyyətləri prezidentin xüsusi nümayəndəliyi ilə əvəz OLUNUR?- AÇIQLAMA

Azərbaycanda keçirilən prezident seçkilərindən sonra idarəetmə sahəsində bir sıra dəyişikliklər həyata keçirildi. İlk olaraq bələdiyyələrin sayının azaldıması və birləşdirilməsi ilə bağlı qanun layihəsi hazırlandı. Eyni zamanda Qarabağda bir sıra ərazilərə prezidentin xüsusi nümayəndəsi təyin edildi

26 aprel
.

Bakıda özəl klinikada əməliyyat olunan uşaq öldü

Bakıda özəl klinikada əməliyyat olunan uşaq ölüb. xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatdan sonra vəfa

26 aprel
.

Azərbaycanda bu məşhur zavod bağlanır

"Qazax Konserv Zavodu" ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. İqtisadiyyat.az xəbər verir ki, yığıncağın iyunun 10-da keçirilməsi planlaşdırılıb. Səhmdarların ümumi yığıncağında aşağıdakı məsələlər müzakirə ediləcək:. 1) 31.12.2023-cü il tarixdə başa çatmış maliyyə ili üzr

26 aprel
.

Al lalələri ilə görənləri heyran edən Xocalıdan - Fotolar

Respublikamızın dilbər guşələrindən olan Xocalı gözəl təbiət mənzərələri ilə fərqlənir. Qarabağ silsiləsində yerləşən rayon yaz aylarında bir başqa gözəllikdə olur. Aprel ayında Qaraqar çayı ətrafındakı nisbətən düzən ərazini bəzəyən al lalələr yoldan keçənləri özünə heyran edir. Təbiətin yaratdığı b

26 aprel
.

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Hərbi Prokurorluqda Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə 2023-cü ildə Respublikanın Hərbi Prokurorluq orqanlarında qeydə alınmış qəsdən ada

26 aprel
.

Az qala ÖLƏCƏKDİ: Qadın kofe içən zaman stəkanda ölü böcəklər gördü

İspaniyanın Mayorka adasındakı hava limanının kofe alan aviaşirkətin qadın əməkdaşı az qala öləcəkdi. xarici mənbəyə istinadən xəbər verir ki, 21 yaşlı qadın hava limanında aldığı kofenin qəribə dadı olduğunu hiss edib. Stəkanın içərisinə baxan zaman içərisində ölü həşəratların olduğunu görüb. Qadını

26 aprel