Sərt karantin rejimi avqustun 1-nə qədər uzadıla bilərmi? - Baş infeksionistdən AÇIQLAMA

Sərt karantin rejimi avqustun 1-nə qədər uzadıla bilərmi? - Baş infeksionistdən AÇIQLAMAXəbər verdiyimiz kimi Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb. Əgər yoluxma dinamikası azalmasa? sərt karantin rejimi avqustun 1-nə kimi uzadıla bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib ki, hər şey yoluxma dinamikasından asılı olacaq: "Bilirsiniz ki, növbəti iki həftədə karantin rejimi bir qədər də sərtləşdirildi. Artıq 5 nəfərin bir yerə toplaşması qadağan edildi. Nəhayət 5 nəfərin bir yerə toplaşmasına reaksiya verildi. Çünki insanlar bir yerə çox toplaşdıqda bir-birini yoluxdurma ehtimalı çoxalır. Qərara alındı ki, qoruyucu tibbi maskadan istifadəyə xüsusi nəzarət olunsun. Qərar verilir ki, maskadan istifadə olunsun, cərimələr təyin olunsun. Amma buna nəzarət edən yoxdur. Marketlərdə insanlar maskasız dolaşırlar. Düzdür, indi maskadan istifadə edənlər çoxdur. Təəssüf ki, istifadə etməyənlərin sayı da az deyil. Marketlərdə maskanın taxılmasına polis nəzarət etməli deyil. Marketin nəzarətçiləri insanları maskasız içəri buraxmasınlar. Hərdən nəzarətiçilər insanların yadına salsın ki, maskadan istifadə eləmək lazımdır. Tək biz deməklə deyil.

Hətta mən təklif edərdim ki, market sahibləri maska alıb alıcılara pulsuz paylasın. Türkiyənin praktikasını da tədbiq etmək olar. Orada bir ara maskalar insanlara pulsuz paylanılırdı. Vətəndaşlara sms gəlirdi ki, gedib filan yerdən maskanı pulsuz götürsünlər. Ya da maskanın qiyməti ucuzlaşdırıla bilər. Sahibkarlarımız bir müddət öz gəlirlərindən imtina etib, qiyməti ucuzlaşdırsınlar. Bu cür insanlar maska taxmağa təşviq edilə bilər. Bu gün maskanın çox böyük əhəmiyyəti var. Ümumdünya Səhiyyə Təşkilatı tövsiyə edir ki, hər kəs maska taxsın. Çünki hamı maska taxanda yoluxma ehtimalı 95 faiz aşağı düşür. Amma onlar deyir cəmi 1 faiz yoluxma ehtimalı qalır. Mən də tövsiyə edirəm ki, hər kəs maskadan istifadə etsin. Bu dövrdə maskadan istifadə edək ki, xəstələrin sayı azalsın. İnsanlarımızı yerləşdirməyə xəstəxanalarda yerlər olsun. Süni tənəffüz aparatına qoşulan insanlarımız az olsun. Biz sosial məsuliyyətimizi dərk etməklə səhiyyənin yükünü də azaltmış olarıq. Həkimlərimizin arasına da koronavirusa yoluxanlar və ölənlər var. Bir sözlə insanlara xidmət edəcək tibbi personlımız olsun. Cavanların çoxu bu gün maskadan istifadə etmir. Ən çox qaydanı pozanlar da onlardır. Ola bilər ki, gəncdir. Vəziyyətin ciddiliyini anlamasın. Biz hamımız bu işdə hökümətin gördüyü işlərə dəstək olmalıyıq. Belə olan halda nə karantin rejiminin uzadılmasına ehtiyac qalar nə yoluxmanın sayı çoxalar. Qaldı ki, karantin rejiminin avqustin 1-ə kimi uzadılmasına, düşünürəm ki, bir az səbrli olub, növbəti 2 həftədə nələr olacağını gözləmək lazımdır. Təbii ki, hər şey yoluxma dinamikasının necə olmasından asılıdır".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 6424   Tarix: 03 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kreml NATO-ya xəbərdarlıq edib

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Qeyd edə

25 aprel
.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

25 aprel
.

Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub. -a istinadən xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib. İddiay

25 aprel
.

Bakıda mənzildə qadın meyiti aşkarlanıb

Bakıda qadının mənzildə meyiti aşkarlanıb. APA xəbər verir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayan, 1954-cü il təvəllüdlü Şəfəq Bağırova yaşadığı evdə ölü vəziyyətdə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Türkiyənin ilk astronavtı Azərbaycana gələcək

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq. report-a istinadən xəbər verir ki, bu barədə Ankarada keçirilən Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclasından sonra Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətini

24 aprel
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

25 aprel
.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24 aprel
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

25 aprel
.

Qalmaqala səbəb olan "23 aprel" şousu: Balaca uşaq Dilan Polat kimi hərəkətlər etdi - FOTO+VİDEO

Aprelin 23-də məktəb tədbirində balaca uşağa Dilan Polat təqlidini etdiriblər. türk mediasına istinadən xəbər verir ki, sözügedən tədbirdə azyaşlının çıxışı tənqidlərə səbəb olub. Belə ki, Uşaqların çıxış etdiyi şouda çəhrayı don geyinmiş, saçlarına saxta dollar taxmış balaca qız Dilan Polatın Enerc

25 aprel