Dodaqlarınız sağlamlığınız haqqında nə deyir?
Dodaqlarda 1 milyondan çox sinir ucları var. Xüsusi qayğıya ehtiyacı olan dodaqlar bəzən sağlamlığımızla əlaqədar bəzi problemlər barədə müəyyən mesajlar verir.
Sonxeber.az bu yazıda oxucuları dodaqların bədən sağlamlığı ilə əlaqəsini göstərən 8 işarə ilə tanış edir.
1. Dodaqlarda uçuq (Herpes)
Dodaqdakı uçuq ağrılı və ya narahatedicidir. Çox vaxt zərərsiz olan bu şişkinlik müalicəsiz yox ola bilər. Bunlar dodağınıza etdiyiniz estetik müdaxilələr və bədənin bəzi qidalara verdiyi reaksiya nəticəsində meydana gəlir. Ancaq başlıca səbəb herpes virus infeksiyasıdır.
2. Ağız küncündəki çatlar
Tüpürcəyin ağzınızın kənarlarına toxunması çat yarada bilər. Quru dodaqları tez-tez yalamaq əslində nəm infeksiyalar üçün mükəmməl mühit yaradır.
3. Quru və çatlamış dodaqlar
Dodaqlarınızdakı quruluq bədəninizdə nəm çatışmazlığını göstərə bilər. Nəm balansının pozulması qapalı məkanlarda çox olma, az maye qəbulu və ya stress sayəsində baş verə bilər. Qurumuş dodaqların digər səbəbi allergiyadır. Qaşıntı hiss edirsinizsə, mütəxəssis müayinəsindən keçin.
4. Dodağın ətrafındakı qırmızı halqa
Ağız ətrafındakı qırmızı halqanın ən çox görülən səbəblərindən biri yalama dermatidir. Dodaqları təkrar yalamaq onun ətrafındakı dəridə olan təbii yağları qurudur, nəticədə qırmızılıq və qaşıntı yaranır. Sadə nəmləndiricilərlə bu vərdişdən xilas ola bilərsiniz.
5. Üst dodaqdakı qırışlar
Üst dodağınızda qırışlar görməyə başlamısınızsa, bu həm fiziki, həm də emosional səbəblərdən dolayı baş verir. Stress səbəbilə çox siqaret çəkmək kimi pis vərdişinizə son qoyun.
6. Dodaqlarda rəng dəyişikliyi
Solğun dodaqlar qanda oksigenin zəif dövranını göstərir. Əl və ayaq barmaqlarında eyni hal ola bilər. Ağ və ya solğun rəngli dodaqlar da əslində tibbi müdaxilə tələb edən anemiyanın olduğuna dair işarədir. Qanda şəkər səviyyəsinin az olması, qan dövranı problemləri və ya vitamin çatışmazlığı da buna səbəb ola bilər.
7. Şişmiş dodaqlar
Şişkinlik allergik reaksiya əlaməti ola bilər. Kosmetik vasitələrdən istifadə edərkən dodaqlarınızın böyüdüyünü müşahidə etsəniz, onlardan mümkün qədər imtina edin. Dodağınız qısa müddət ərzində böyüsə, həkimlərdən kömək istəyin.
8. Dodaqlarda qara ləkələr
Dodaqlardakı qara ləkələrin səbəbi müxtəlifdir. Hiperpiqmentasiya qəhvəyi ləkələrə səbəb ola biləcək yayılmış vəziyyətdir. Bunu yalnız dodaqlarda deyil, yanaq, burun və alında da görə bilərsiniz. Günəş də ləkələrə səbəb ola bilər. Vücudunuzda lazım olduğundan daha çox dəmirin olması da digər səbəbdir. Odur ki, mütləq həkim müayinəsinə gedin. (publika.az)
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Koronavirusa qarşı kimin immuniteti daha güclüdür?
Çində koronavirusa yoluxmuş 70 min insanın analizləri əsasında araşdırma aparılıb. Məlum olub ki, bu xəstəliyin yalnız 1% -i uşaqlarda və yeniyetmələrdə olur. Ən az risk 0-19 yaş arasıdır. Həkimlər bunu yaşdan asılı olaraq orqanizmin qoruyucu funksiyalarının zəifləməsi ilə əlaqələndirirlər. Uşaqları
8 sentyabr 2021Son sutkada peyvənd olunanların sayı açıqlandı
Azərbaycanda son sutkada koronavirus əleyhinə 52 386 vaksin vurulub. Bu barədə -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 108, ikinci mərhələ üzrə 34 278 nəfərdir. Vaksinlərin ümumi sayı 7 609 940, birinci mərhələ üzrə vaksinasiy
12 sentyabr 2021Beyin üçün zərərli qidalar açıqlandı
Düzgün qidalanmamaq beyində iltihabı proseslərə, yaddaş pozulmasına və digər əqli problemlərə gətirib çıxara bilər. Buna yol verməmək üçün, ilk növbədə şəkər tərkibli məhsulların istifadəsini azaltmaq vacibdir. Lakin şəkərdən imtina etmək də olmaz. Belə ki, bu, əqli imkanların zəifləməsi və hətta qısamüddətl
17 sentyabr 2021Yuxusuzluq bu ağır pozulmaların riskini artırır
European Journal of Preventive Cardiology jurnalında dərc olunmuş araşdırmada göstərilib ki, yuxusuzluq ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı, infarkt və insultun riskini xeyli artırır. Yuxusuzluq metabolik proseslərə və endokrin sisteminin fəaliyyətinə təsir edir, simpatik sinir sistemini aktivləşdirir
15 sentyabr 2021Payız soyuqdəyməsindən bunlarla qorunun
Havaların get-gedə soyumağa başlaması ilə soyuqdəymə, qrip kimi xəstəliklər də çoxalır. İmmunitet getdikcə, düşür. Buna görə də ilk növbədə immuniteti yüksək saxlamaq üçün vasitələrə baş vurmaq lazımdır. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, immuniteti ən çox yüksəldən vasitə otlardan hazırlana
17 sentyabr 2021Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...
Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın
15 sentyabr 2021Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı
Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu
14 sentyabr 2021Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB
Bir smartfondan gələn radiasiya xərçəng xəstəliyi ilə təhdid edə bilər, buna görə də cihazı uzun müddət başınızın yanında saxlamayın. Bu barədə rusiyalı mütəxəssis Anton Yastrebtsev bildirib. Onun sözlərinə görə, telefonun orqanizmə təsiri mobil rabitənin baza stansiyasından olan məsafəyə mütənasib olara
17 sentyabr 2021Gizli başlayan pnevmoniyanın əlamətləri: 1 günə ağırlaşma...
Koronavirusun ağırlaşması olan atipik pnevmoniya nədir, niyə ölümcüldür?. Ağciyərlərin ağır iltihabı xəstəliklərindən olan pnevmoniya – yüksək hərarət, öskürək, xırıltı, titrətmə, tənəffüs boğulması kimi əlamətlərlə müşahidə olunur. Ağciyərləri tamam sıradan çıxarda biləcək pnevmoniya əlamətsiz, gizl
11 sentyabr 2021