"Prezidentin təşəbbüsü və iradəsi ilə Azərbaycanda artıq siyasi islahatların yeni mərhələsi başlanıb"- RƏY

"Prezidentin təşəbbüsü və iradəsi ilə Azərbaycanda artıq siyasi islahatların yeni mərhələsi başlanıb"- RƏYİyulun 7-də Milli Məclisdə təmsil olunan siyasi partiya rəsmiləri ilə parlament sədri və Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdirinin iştirakı ilə videokonfrans formatında görüş keçirilib.

Konfransda bildirilib ki, VI çağırış Milli Məclisdə rəhbər orqanların tam dəyişdirilib, ilk dəfə olaraq müxalifət nümayəndəsinin Milli Məclis Sədrinin müavini vəzifəsinə seçilib, bununla yanaşı, müxalifət nümayəndələrinin həm sədr, həm də müavin vəzifələrində parlamentin komitələrinə başçılıq edir.
Bundan başqa qeyd olunub ki, ölkə Prezidentinin təşəbbüsü və iradəsi ilə Azərbaycanda artıq siyasi islahatların yeni mərhələsi başlanıb, siyasi sistemin yeni konfiqurasiyası formalaşmaqdadır. Həmçinin qeyd olunub ki, bu günə qədər bir neçə dəfə PA şöbə müdirinin iştirakı ilə siyasi partiyalarla görüş və danışıqlar aparılıb.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, 6-cı çağırış Milli Məclisin rəhbər strukturlarının formalaşmasında, ənənəvi standartlardan kənar heç kimin gözləmədiyi halda müxalif siyasi partiyaların nümayəndələrinin təmsil olunması, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qanunvericilik orqanında apardığı köklü islahatların tərkib hissəsidir:

"Bu gün Parlamentdə 9 siyasi partiya fəaliyyət göstərir. Cəmiyyətin müxtəlif təbəqələrini özündə əks etdirən bu partiyaların bir biri ilə dialoqunu təşkil etmək, onların dövlət idarəetmə sisteminə cəlb olunması, əhalini narahat edən problemlərin həll və ümummilli məsələlərdə dövlət mənafeyindən çıxış edilməsi baxımından koordinasiya olunması olduqca əhəmiyyətlidir. Bu konteksdə Milli Məclisin sədri, hörmətli Sahibə xanım Qafarovanın və Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri hörmətli Ədalət Vəliyevin keçirdikləri videokonfransın əhəmiyyəti danılmazdır. Hər bir dövlətin inkişafının kökündə cəmiyyətin müxtəlif təbəqələri arasında formalaşdırılmış sivi dialoq mədəniyyəti durur. Təqdirəlayiq haldır ki, siyasi qüvvələr arasındakı dialoq mühiti təkcə qanunvericilik orqanda təmsil olunan partiyalarla deyil, parlamentdən kənar siyasi qüvvələrlə də aparılır. Bu da cəmiyyətin bütövləşməsinə, sosial gərginliyn aradan qaldırılmasına, vətəndaş cəmiyyəti institutlarının inkişafına xidmət edir. Bütün bunlar ölkəmizdə cənab Prezidentin əvvəlcədən elan etdiyi siyasi islahatlar kursunun davam etdirilməsinin nəticəsidir və demək olar ki, artıq siyasi sistemin yeni konfiqurasiyası formalaşmışdır. Koronovirus pandemiyasına görə, karantin rejiminin qaydalarına müvafiq olaraq, müəyyən məhdudlaşdırıcı şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, demək olar ki, yeni siyasi sistem özünü tam doğrultdu. Hesab edirəm ki, siyasi partiyalarla hakimiyyətin hər iki qolu arasında müzakirələr davamlı olmalı, sistemli xarakter daşımalıdır. Azərbaycan dövlətçiliyinin qorunması, əhalini narahat edən məsələlərin vaxtında müəyyənləşdirilməsi, ölkə Başçısının apardığı islahatların mahiyyətinin geniş kütlələrə çatdırılması baxımından da əhəmiyyətlidir".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1459   Tarix: 09 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021