"Liviya və Aralıq dənizində Ankaranın söz sahibi olması Qərbi narahat edir"-RƏY

"Liviya və Aralıq dənizində Ankaranın söz sahibi olması Qərbi narahat edir"-RƏYQərb erməni amilindən Türkiyəyə qarşı istifadə etməkdə davam edir. Bunu Ağ evin mətbuat katibinin "erməni soyqırımı" ifadəsinin işlətməsi və avroatlantik mərkəzlərin Türkiyə rəhbərliyinin İstanbuldakı Aya Sofya muzeyini yenidən məscidə çevirmək niyyətinin ifadə edilməsi fonunda erməni xristianlığını xatırlamaları təsdiq edir.

Türkiyənin son vaxtlar beynəlxalq səhnədəki mövqeyinin xeyli güclənməsi, Suriya və Liviya münaqişələrində, eləcə də Rusiya ilə münasibətlərin inkişaf etdirilməsində müstəqil siyasət həyata keçirməyindən ehtiyat edən və narahatlığını gizlətməyən ABŞ və Avropa İttifaqı Ankara qarşısında yenidən "erməni məsələsi"ni qabardır. Buna qarşı olaraq Türkiyənin adekvat cavabı şübhə doğurmur. Elə son günlər Türkiyə hökumətinin "erməni soyqırımı" ilə bağlı maraqlı dairələrin apardıqları təbliğatın qarşısının alınmasının müzakirəsi buna işarə edir.

Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Sonxeber.az-a açıqlama verib.

Politoloq bildirib ki, Türkiyə hazırda müxtəlif cəbhələrdə mübarizə aparır:

Liviya, Aralıq dənizi, Suriya, İraq və digər regionlarda Ankara mövqeyini möhkəmləndirir. Məhz Liviya və Aralıq dənizində Ankaranın söz sahibi olması Qərbdə bir neçə dövlətin hərəkət etməsinə gətirib çıxarır. Ən sadə təzyiq aləti kimi qondarma erməni soyqırımından istifadə edilir.

ABŞ və Avropanın bir neçə ölkəsində bu iddianın yenidən gündəmə gəlməsi təsadüfi deyil. Bir tərəfdən Aya Sofya ilə bağlı məsələnin ortaya çıxması müəyyən dairələri ciddi narahat edir. Bir məsələni qeyd edim ki, Aya Sofya xristian məbədidir və tarixi abidə kimi qalmalıdır. Onu məscidə çevirməklə Türkiyə əleyhinə yeni mərhələ başlanacaq. Bu məsələni siyasət üçün istifadə etmək lazım deyil.

Ona görə də qardaş Türkiyə rəhbərliyi Aya Sofya ilə bağlı bu kimi fikirdən çəkilməlidir. Qeyd edim ki, artıq Ankarada ermənilərin bu təbliğatına qarşı mərkəzləşdirilmiş şəkildə hərəkət keçir.Türkiyə prezidentinin başçılığı ilə yaradılan mərkəz bunun qarşısını alacaq. Bundan əlavə Türkiyənin hazırkı siyasətini Qərb durdura bilməyəcək".

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2027   Tarix: 09 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT + FOTO

Naxçıvan Muxtar Respublikasının (MR) baş naziri vəzifədən azad olunub. APA xəbər verir ki, Naxçıvan Ali Məclisinin qərarı ilə MR-in Baş naziri Səbuhi Məmmədov işdən azad edilib. Ali Məclisin digər qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov təyin olunub. Fotoda Ceyhun Cəlilov

25 aprel
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

25 aprel
.

İlham Əliyev: "COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək"

"Ümidvaram, bu beynəlxalq platforma (COP29 – red.) bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək, eyni zamanda, Avropa ölkələri ilə də əlaqələri uğurla inkişaf etdirək". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-d

26 aprel
.

Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE

Naxçıvan Ali Məclisinin qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov təyin olunub. yeni baş nazirin dosyesini təqdim edir:. Ceyhun Ramiz oğlu Cəlilov 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxal

25 aprel
.

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar. Bununla bağlı məlumat yayıb

25 aprel
.

General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı

Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib. xəbər verir ki, bu barədə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM

23 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. xəbər verir ki, dövlət başçılarına şəhərin Baş planı barədə məlumat verilib

25 aprel
.

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində SON DURUM

Ermənistanla Azərbaycan arasındakı şərti sərhədin Qazax istiqamətindən görüntülər yayılıb. Ermənistan mediasında yayılan kadrlarda hazırda işğal altında olan Bağanis Ayrım kəndində azərbaycanlılara məxsus viran qalmış evlər əks olunub. Həmçinin Ermənistan KİV-də bölgədə delimitasiya prosesinin aparılmasın

23 aprel
.

Prezident: "Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir"

"Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir. Məhz bu səbəbdən Avropa Komissiyasının sədri, ABŞ-nin Dövlət katibi və Ermənistanın baş nazirinin tarixdə görünməmiş Brüssel görüşündən narahatlığımızı bildirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezident

23 aprel