"İqtisadi böhran və koronavirusun cəngində qalan Paşinyan daxili gərginliyi azaltmaq üçün təxribata əl atır"-RƏY

"İqtisadi böhran və koronavirusun cəngində qalan Paşinyan daxili gərginliyi azaltmaq üçün təxribata əl atır"-RƏYErmənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Qeyd edilib ki, görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri otuzdurulub. Ermənistan tərəfinin törətdiyi təxribat nətıcəsındə Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu şəhid olub, 4 nəfər isə yaralanıb.

Paşinyan daxili gərginliyi azaltmaq üçün belə addım atır. Əlbəttə, ordumuz kifayət qədər güclüdür və düşmən qüvvələri qətiyyətlə geri otuzdurulub.

Bu barədə deputat Aydın Hüseynov Sonxeber.az-a açıqlama verib.

Deputat bildirib ki, Ermənistanı iqtisadi böhran bürüyüb və digər tərəfdən də koronavirus pandemiyası baş alıb gedir. Ona görə də daxili auditoriya üçün belə bir addım atır:

"Eyni zamanda Ermənistan dövlət sərhədini pozaraq Azərbaycanı təxribata çəkmək və kollektiv təhlükəsizlik iştirakçılarının diqqətini bu istiqamətə yönəltmək istəyir. Əlbəttə biz çox soyuqqanlı olmalıyıq. Ali Baş Komandamız cənab İlham Əliyev bütün situasiyanı düzgün şəkildə qiymətləndirir. Şəhidlərimizin qanı yerdə qalmayacaq. Sadəcə olaraq bu Paşinyanın daxili auditoriyada manevr etmək addımlarıdır. Eyni zamanda qeyd etdiyim kimi Azərbaycanı təxribata cəlb etmək istəyir.

Azərbaycan Ordusu bütövlükdə dünyanın ən güclü ordusu sırasındadır. Azərbaycan Ordusunun nəyə qadir olduğunu 2016-cı il aprel döyüşləri və 2018-ci ildə Naxçıvandakı əməliyyatda sübut edib. Eyni zamanda bütövlükdə orduda olan ruh yüksəkliyi və digər tərəfdən çox müasir silahlarla təchiz olunması baxımından Azərbaycan Ordusu çox qüdrətli ordudur. Lakin hər bir addımın öz məqamı var. Ali Baş Komandamız bütün addımları zərgər dəqiqliyi ilə ölçür-biçir. Hazırda soyuqqanlı yanaşmaq və düşmənə birdəfəlik sarsıdıcı zərbə vurmaq məqamını düşünmək lazımdır".

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1505   Tarix: 13 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Gəncədə əməliyyat keçirildi: 364 min manatlıq mənimsəmə üzə çıxdı

"Gəncə Şəhər Birləşmiş Xəstəxanası" publik hüquqi şəxsin vəzifəli şəxsləri Hüseynov Vidadi Qaçay oğlu, Abdullayev Məhəbbət Əliş oğlu və digərlərinin qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Ba

3 may
.

Bu gün bəzi ərazilərdə qaz olmayacaq

Bu gün Bakının bəzi ərazilərində qaz olmayacaq. Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, "Nardaran QPS" ölçü qovşağından qidalanan "Hacı Seyfəl" orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasını

3 may
.

Kəlbəcərdə ağır qəza: Ölən və xəsarət alan hərbçilərimizin ADLARI

Kəlbəcər rayonunda bir nəfərin ölümü, dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsində zərərçəkənlərin kimliyi müəyyənləşib. "Report"un məlumatına görə, adları qeyd olunan hərbi qulluqçular qəza nəticəsində xəsarət alıb:. Elvin İxtiyar oğlu Nəsibov. Xəzər Hilal oğlu Vəzirzadə

3 may
.

Bakı ilə bağlı HAVA XƏBƏRDARLIĞI - Mayın 5-i axşamdan 7-si səhərədək...

Bakıda və Abşeron yarımadasında mayın 5-i axşamdan 7-si səhərədək şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, 5-i axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Ölk

3 may
.

Amin əsir düşdüyü yerdə... - Video

Vətən müharibəsi qazisi Amin Musayev ilk dəfə ermənilərə əsir düşdüyü yerdə olub. "Qafqazinfo" xəbər verir ki, ikinci Qarabağ müharibəsinin qızğın döyüşlərindən birinin getdiyi Şuşa-Xankəndi istiqamətində ağır yaralanan Amin həmin anları xatırlayıb:. "Yerimi dəyişəndə güllə yarası aldım

3 may
.

Laçında püşkatmada vətəndaşa düşən ev başqasına verilib? - AÇIQLAMA

Laçında püşkatmada vətəndaşa düşən ev başqasına verilməsi ilə bağlı iddialar sosial şəbəkədə paylaşılıb. Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə sorğu ünvanladıq. -ın sorğusunu cavablandıran Komitə rəsmisi İbrahim Mirzəyev bildirib ki, birinci mərhələ üzrə püşkatmada

3 may
.

Azərbaycanda Analar Günü təsis oluna bilər

"Azərbaycanda Analar Gününün təsis olunması məsələsinə baxıla bilər". Bunu "Report"a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, belə günlər başqa ölkələrdə də qeyd edilir:. "Bizim də başqa ölkələrdə olmaya

3 may
.

Azərbaycanda pensiyalar bu yolla arta bilər - VACİB AÇIQLAMA

Azərbaycanda pensiyaların yenidən nə vaxt artrılacağı iən çox müzakirə olunan məsələlərdən biridir. xəbər verir ki, bu mövzu barədə həm rəsmi şəxslər, həm də ekspertlər müxtəlif fikirlər səsləndiriblər. Hələlik dövlət qurumlarından pensiyaların konkret artımı ilə bağlı rəsmi açıqlama verilməyib. Laki

3 may
.

Gömrük idarəsində ƏMƏLİYYAT: Cinayət işi açıldı - RƏSMİ AÇIQLAMA + YENİLƏNİB

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsi ilə bağlı məlumatlara aydınlıq gətirib. -in komitəyə istinadən verdiyi məlumata görə, bir sıra kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin müvafiq strukturları tərəfindən Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməs

3 may