"Düşmən əmin olsun ki, şəhidlərimizin qanı heç vaxt yerdə qalmayacaq"- Deputat

"Düşmən əmin olsun ki, şəhidlərimizin qanı heç vaxt yerdə qalmayacaq"- DeputatXəbər verdiyimiz kimi iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Düşmən layiqli cavabını alaraq çox itki ilə geri çəkilməyə məcbur edilib.Bundan əlavə Ermənistan hakimiyyəti məğlubiyyətlərini gizlətmək üçün Azərbaycanın daxilində sabitliyi pozub, insanlarımıza da ruh düşkünlüyü yaratmağa çalışırlar.

Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, 2016-cı ilin Aprel döyüşlərində olduğu kimi 12-iyuldan başlayan müharibədə də Azərbaycan ordusu möhtəşəm qələbə qazandı:

"Vətənimizin qəhrəman oğulları düşmənə ağır zərbələr endirərək çox itki ilə geri çəkilməyə məcbur etdi. Bu gün Nikol Paşinyan erməni camaatının daxili problemlərdən fikrini yayındırmaq üçün Dağlıq Qarabağ kartından istifadə edir. O, bu yolda hətta əsgərlərinin məğlub olacağını bilə-bilə ölümə göndərməkdən belə çəkinmir. Ermənistan hakimiyyəti həmişə olduğu kimi yenə də məğlub olduğunu qəbul etmir, müxtəlif yolarla verdiyi itkiləri gizlətlətməyə çalışırlar. Hətta Azərbaycanda yalançı panikalar yaradaraq insanlarımızda ruh düşkünlüyü yaratmağa çalışırlar. Amma unudurlar ki, Azərbaycan xalqı öz dövlətinə və torpağına bağlıdır. Azərbaycan qəhrəmanlar yurdudur. Bu gün gənclərimiz Ali Baş Komandanın döyüş əmrini gözləyir".

Deputat qeyd edib ki, Müdafiə Nazirliyinin yaydığı videolardan da aydın görünür ki, düşmən küncə sıxılıb: "Qaçış yeri kimi də Azərbaycanın daxilində çaxnaşma yaratmaq istəyir. Hətta bu yolda daxildə olan əlaltılarından da istifadə etməkdən belə çəkinmir. Bütün bu oyunlarının səbəbi isə Ermənistan rəhbərliyinin uğradığı biabırçı məğlubiyyətinin ört-basdır etmək istəyidir. Lakin düşmən heç vaxt öz çirkin niyyətlərini reallaşdıra bilməyəcək. Çünki bu gün Azərbaycan xalqı dövlətinə, ordusuna inanır və onunla qürur duyur. Hazırda Azərbaycan ordusu düşmənə layiqli cavab verərək onu geri çəkilməyə məcbur edir. Bu Müdafiə Nazirliyinin yaydığı videolarda da aydın görünür. Allahdan dövlətimizin ərazi bütövlüyü uğrunda şəhid olan oğullarımıza Allahdan rəhmət ailələrinə isə səbir diləyirəm. Düşmən əmin olsun ki, şəhidlərimizin qanı heç vaxt yerdə qalmayacaq. Qüdrətli ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə düşməni məğlub edərək, torpaqlarımızı işğaldan azad edəcək".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3766   Tarix: 14 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. -a istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub. Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəh

17 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021