"Sosial şəbəkələrdə əsasız yayılanlara və insanları təxribata yönəldənlərə ciddi reaksiya verilməlidir"- DEPUTAT

"Sosial şəbəkələrdə əsasız yayılanlara və insanları təxribata yönəldənlərə ciddi reaksiya verilməlidir"- DEPUTATXəbər verdiyimiz kimi Bakının ayrı-ayrı yerlərində, küçə və prospektlərində Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Əllərində Azərbaycan bayraqlarını tutmuş minlərlə insan küçələrə axışaraq "Qarabağ" şüarını səsləndiriblər.Əsasən gənclərin iştirak etdiyi aksiyada habelə hərbçilərə dəstək nümayiş etdirilib, şəhidlərin xatirəsi ehtiramla yad olunub. Aksiya Şəhidlər Xiyabanına yürüşlə davam edib. Lakin yürüş təxribatçılar tərəfindən pozulub. Onlar ayrı-ayrı şuarlar səsləndirərək yürüş itirakçılarını ixtişaşa səsləyiblər.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Fazil Mustafa bildirib ki, ermənilər təkcə cəbhədə deyil, həm də daxildə olan qüvvələrini təşviq edərək Azərbaycan dövlətinə qarşı təxribatlar törədirlər:

"Şəhidlərimizi qəmli şəkildə yola salmağa və onlara duyğularını ifadə etməyə çıxmış insanları bir qrup mobil təxribatçılar başqa istiqamətə apardı. Ali hakimiyyət binasına daxil oldular. Əlbəttə olduqca düşündürücü haldır. Bu göstərdi ki, hər hansı bir siyasi qüvvə prosesi idarə edəcək gücdə deyil. İstənilən şəkildə kənardan yönəltməklə Azərbaycanı dövlətinə qarşı istifadə edə bilərlər. Dövlətin başı ordunun güclənməsinə qarışıb. Bakıda da bir qurup təxribatçı səmimi şəkildə meydana çıxmış insanları tamamilə başqa istiqamətə yönəldə bildi. Deməli insanlarımız istəmədən də olsa təxribatçıların iradəsinə tabe oldular. Ona görə də insanlar bundan çəkinməlidir. Bu 1992-ci ilin Xocalı hadisəsini xatırlatdı. Diqqət edirsinizsə əsgərin və polisin şəkillərini ayrıca verərək fərqli münasibətin göstərilməsi də daxildə olan güvənsizliyi artırmaqdır. Ona görə də bu məsələdən ibrət götürülüb. Çox ciddi tədbirlər görülməlidir. Milli Məclisin binasına girənlərlə bağlı çox ciddi addımlar atılmalıdır. Bu məsələ cəmiyyətdə ictimai və siyasi qüvvələr tərəfindən ciddi müzakirə olunmalıdır. Çünki orduya dəstək verən insanlar bu cür addımlar atmırlar. İki gün öncə eyni şey Lökbatan dairəsində də təkrarlanmışdı. Səmimi şəkildə şəhidinə ağlayan, orduya dəstək verən insan seçilir. Başqa niyyətli insanlar öz fikirlərini ortaya qoydular. Çünki şəhidi üçün ağlayan oraya gələn və gəlməyən milyonlarla insanlarımız vardı. Amma bir qrup insan ölkədə sabitliyi pozmaq üçün təxribatlara əl atdılar. Ona görə də insanlarımız diqqətli olmalıdır. Sosial şəbəkələrdə yayılanlara və onları təxribata yönəldənlərə ciddi reaksiya verməlidir. Dünən polis maşınını dağıdanlar və hörmətsizlik edənlər də oldu. Polis xeyli nəzakətli davrandı. Bu gün polisi qınayan da utanmalıdır. Çünki gecə polis də vətəndaşın təhlükəsizliyini qoruyur. Sənin, mənim və başqalarının təhlükəsizliyi üçün polislər gecə oradaydı. Düşünürəm ki, bu çox ibrət götürüləsi hadisədir. Biz bu hadisəni çox ciddi şəkildə müzakirə edib, ona obyektiv qiymət verməliyik. Burada dövləti sevənlər və qarşı olanlar müəyyən edilməlidir".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2181   Tarix: 15 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü - Foto

Bakıda gənc qız dəm qazından boğulub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib. Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskv

26 aprel
.

Övladlarını məktəbə göndərməyən valideynləri hansı cəza gözləyir?

Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər bir Azərbaycan vətəndaşının təhsil almaq hüququ var. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Ölkəmizdə I və IX siniflərdə təhsil almaq məcburi olsa da, bəzən təhsildən yayınan və ya yayındırılan şagirdlərə rast gəlinir. Bəzə

26 aprel
.

Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edildi

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. Bir sıra ölkələrdə sosial media saytlarının xidmətlərini reklam edərək, 1445/2024-cü il üçün Həcc mərasimlərini yerin

26 aprel
.

Evlilik üçün ideal yaş fərqi neçə olmalıdır? - AÇIQLAMA

Bildiyimiz kimi, bu gün ölkəmizdə erkən yaşda qızların evləndirilməsi halları ilə tez-tez rastlaşırıq. Əlbəttə ki, bu nikahların baş tutması qəbulolunmazdır. Digər tərəfdən, Azərbaycanda 22 yaşlı oğlanın 40 yaşlı qadınla evlənməsi ilə bağlı hallarda mövcuddur. Araşdırmalar onu göstərir ki, tərəflər arasınd

26 aprel
.

Bəzi tikinti materialları BAHALAŞACAQ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi çoxtonnajlı avtomobillə yükdaşımaların tənzimləməsi üçün müvafiq qaydaların tətbiqinə başlayıb. Belə ki, ümumi istifadədə olan avtomobil yollarında hərəkət edən nəqliyyat vasitələrinin müxtəlif növləri üzrə onların icazə verilən ümumi kütləsi, qabarit parametrləri

26 aprel
.

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Hərbi Prokurorluqda Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə 2023-cü ildə Respublikanın Hərbi Prokurorluq orqanlarında qeydə alınmış qəsdən ada

26 aprel
.

"Avropa Parlamenti Azərbaycanla bağlı son qərəzli qətnaməni qəbul etməklə öz ikiüzlülüyünü bir daha nümayiş etdirdi" - DEPUTAT

"Avropa Parlamentində Ermənistan və erməni lobbisinin təsiri altında olan bir sıra dairələr tərəfindən irəlilədilən bu qətnamə bütün faktların saxtalaşdırıldığı Azərbaycana qarşı qarayaxma kampaniyasının tərkib hissəsidir". Bunu -a danışan deputat Müşfiq Cəfərov bildirib. Deputat qeyd edi

26 aprel
.

İcra hakimiyyətləri prezidentin xüsusi nümayəndəliyi ilə əvəz OLUNUR?- AÇIQLAMA

Azərbaycanda keçirilən prezident seçkilərindən sonra idarəetmə sahəsində bir sıra dəyişikliklər həyata keçirildi. İlk olaraq bələdiyyələrin sayının azaldıması və birləşdirilməsi ilə bağlı qanun layihəsi hazırlandı. Eyni zamanda Qarabağda bir sıra ərazilərə prezidentin xüsusi nümayəndəsi təyin edildi

26 aprel
.

11 gün əvvəl zəhərlənmişdi - Xəstəxanada öldü

Dünən gecə saatlarında Kliniki Tibbi Mərkəzdə ölüm hadisəsi qeydə alınıb. "Qafqazinfo"nun məlumatına görə, Zaqatala rayon Yuxarı Tala kənd sakini 62 yaşlı Murad Ramazanov sözügedən vəfat edib. M. Ramazanov təxminən 11 gün əvvəl pomidor turşusundan zəhərlənmişdi

26 aprel