"Azərbaycan ordusu döyüşə yalnız sıravi əsgərlərlə deyil yüksək rütbəli hərbiçilərlə girib"- DEPUTAT

"Azərbaycan ordusu döyüşə yalnız sıravi əsgərlərlə deyil yüksək rütbəli hərbiçilərlə girib"- DEPUTATXəbər verdiyimiz kimi iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Bu gün Ermənistan dövləti cəbhə ilə yanaşı onlar ölkə daxilində də müxtəlif təxribatlar törədərək mövcud sabitliyi pozmağa çalışır. Onlar çirkin əməllərini reallaşdırmaq üçün ölkəmizdə olan əlaltılarından istifadə edirlər.

Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, iyulun 12-də başlayan Tovuz istiqamətində gedən döyüşlər ordumuzun gücünü və qüdrətini bir daha sübut etdi:

"Müharibə təəssüf ki, itkisiz olmur: "Son bir neçə gündə şəhid olan bütün hərbiçilərimizə və generalımıza Allahdan rəhmət diləyirəm.
Ermənistandan fərqli olaraq Azərbaycan ordusu döyüşə yalnız sıravi əsgərlərlə deyil yüksək rütbəli hərbiçilərlə girib. Mayor və generallarımız müstəqiliyimiz, ərazi bütövlüyümüz və əsgərlərimizi qorumaq üçün düşünmədən belə canlarını fəda etdilər.
Həqiqətən də bu kədərli olduğu kimi həm də qürurverici bir hadisədir. Azərbaycan qəhrəmanlar dövlətidir. Bizim Mübariz İbrahimov, Fərid Əhmədov, Murad Mirzəyev, Salatın Əsgərova, Gültəkin Əsgərova kimi qəhrəman oğul və qızlarımız var. İnsanların ordumuza dəstək olmaq və könüllü olaraq döyüşə getmək istəyi onların necə qeyrətli və vətəninə bağlı olduğunu bir daha sübut etdi.

"Azərbaycan ordusu döyüşə yalnız sıravi əsgərlərlə deyil yüksək rütbəli hərbiçilərlə girib"- DEPUTATTəəssüf ki, ermənilər tək cəbhədə deyil həm də sosial şəbəkələr və ölkəmizin daxilində də təxribatlara əl atırlar. Ermənilər insanlarımızın orduya və dövlətə olan inamını zədələmək üçün müxtəlif yalanlar yayır, təxribatlar törədirlər. Bu yolda onlara daxilimizdəki sapı özümüzdən olan baltalar da yaxından kömək edirlər. 5-ci kalonun nümayəndələri erməni havadarlarının göstərişi ilə dünənki qəhrəmanlıq yürüşünü pozaraq müxtəlif təxribatlara əl atdılar. Onlar hətta Milli Məclisin binasına girərək daxıntılar törədiblər. Ermənilərin ölkəmizin daxilində təxribatlara əl atması, sosial şəbəkələr vasitəsi ilə yalan məlumatları yaymaqda məqsədi insanlarımızda olan ruh yüksəkliyini aradan qaldırmaq və dövlətimizə, ordumuza olan inamı zədələməkdir.

Onlar müxtəlif yollarla insanlarımızın fikrini cəbhədə gedən proseslərdən yayındırmaq istəyirlər. Çünki gənc vətənpərvər oğullarımızda olan döyüş və torpaqlarımızı işğaldan azad etmək arzusu erməniləri qorxuya salır. Hər zaman olduğu kimi Ermənistan və onların əlaltəları yenə də məqsədlərinə çata və iyrənc oyunlarını reallaşdıra bilmədi. Bu gün Azərbaycan xalqı Ali Baş Komandanına, ordusuna və dövlətinə inanır, dəstək olur. Nəyinki ermənilər heç bir kəsin bu gün insanlarımızda olan ruh yüksəkliyini və ordusuna olan etibarını zədələyə bilməz. Tezliklə Ali Baş komandanımızın rəhbərliyi ilə yüksək döyüş qabiliyyətinə malik olan Azərbaycan silahlı qüvvələri Ermənistan ordusunu biabırçı məğlubiyyətə uğradıb torpaqlarımızı işğaldan azad edəcək".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3321   Tarix: 15 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda vəzifəli şəxs vəfat edib

"Suraxanı" gəmi-muzeyinin ilk kapitanı vəfat edib. -a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Qasım Alacov bu gün vəfat edib. Qasım Alacov 18 iyul 1959-cu ildə Füzuli rayonunun Horadiz kəndində anadan olub. O, 1980-ci ildən üzən heyətin sıraların

3 may
.

Həmin həkim şəhid anasından üzr istədi - Video

Dünən sosial şəbəkələrdə Vətən müharibəsi şəhidi, "Mixaylo" ləqəbli gizir Mehti Şıxəliyevin anasına özəl klinikada həkim tərəfindən kobudluq edilməsi ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, qohumunu müayinəyə aparan ana Şəlalə Şıxəliyevaya nevroloq İbrahim Qulamo

3 may
.

Gəncədə əməliyyat keçirildi: 364 min manatlıq mənimsəmə üzə çıxdı

"Gəncə Şəhər Birləşmiş Xəstəxanası" publik hüquqi şəxsin vəzifəli şəxsləri Hüseynov Vidadi Qaçay oğlu, Abdullayev Məhəbbət Əliş oğlu və digərlərinin qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Ba

3 may
.

"Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb" - Əhməd İsmayılov

"Praktik əhəmiyyət daşıyan dövlət-media dialoqunun yaradılması eyni zamanda cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb". "Report" xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov "İctimai proseslər media müstəvisində" mövzusund

3 may
.

Bu halda qadınlar pensiyaya tez çıxa biləcək - PREZİDENT TƏSDİQLƏDİ

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslər erkən pensiyaya çıxacaq. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Əmə

3 may
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında mayın 5-i axşamdan 7-si səhərədək şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mayın 5-i axşam bəzi yerlərd

3 may
.

Elmar Məmmədyarov deputat olacaq? (AÇIQLAMA)

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun parlament seçkilərinin daha tez keçirilə biləcəyi ilə bağlı dünənki açıqlaması ölkə gündəmin əsas mövzusuna çevrilib. Milli Məclisin bir sıra deputatları da builki parlament seçkilərinin vaxtından əvvəl – avqust-sentyabr ayında keçiriləcəyini -a müsahibələrind

3 may
.

Gömrük idarəsində ƏMƏLİYYAT: Cinayət işi açıldı - RƏSMİ AÇIQLAMA + YENİLƏNİB

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsi ilə bağlı məlumatlara aydınlıq gətirib. -in komitəyə istinadən verdiyi məlumata görə, bir sıra kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin müvafiq strukturları tərəfindən Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməs

3 may
.

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - FOTOLAR

"Rabitəbank" ASC-nin İdarə Heyətinin sabiq sədr müavini, hazırda "Finoko" bank olmayan kredit təşkilatının (BOKT) baş direktoru vəzifəsini icra edən Turan İsmayılov Nyu-Yorkun Manhetten səmtində 735.00 dollar dəyərində mənzil alıb. xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşi

3 may