Ermənistan vətəndaşı Azərbaycana keçib -FOTO - VİDEO

Ermənistan vətəndaşı Azərbaycana keçib -FOTO - VİDEOErmənistan vətəndaşı 30 yaşlı Narek Sardaryan işğalçı ölkənin mövqelərində yaranmış nəzarətsizlikdən istifadə edərək Naxçıvan Muxtar Respublikasının ərazisinə keçib.

Sonxeber.az xəbər verir ki, hərbçilərimiz tərəfindən saxlanılan Sardaryan Naxçıvanla sərhəddə heyvandarlıqla məşğul olduğunu, öz ölkəsində olan zorakılıq, məmur özbaşınalığı və ədalətsizliklərdən bezərək sərhədi keçmək üçün fürsət axtardığını və ölkəmizə sığındığını bildirib.

Sardaryanın etiraflarını təqdim edirik:

Sual: Özünüzü təqdim edin.

Cavab: Mən, Sardaryan Narek Suren oğlu 18 oktyabr 1990-cı ildə doğulmuşam, Syunik rayonunun Aşağı Xndzoresk kənd sakiniyəm, 2014-cü ildə ailə həyatı qurmuşam, 2 uşağım var, heyvandarlıq və əkinçiliklə məşğul oluram

Sual: Sərhədi nə üçün keçmişdiniz, məqsədiniz nə idi?

Cavab: Sərhədi əvvəllər də keçmək istəmişəm, amma imkanım olmayıb, Naxçıvanla sərhəddə heyvandarlıqla məğul olanda bu imkanı əldə etdim. Çünki Ermənistanda zorakılıq və ədalətsizliklər var, mən çox məmurlara, hakimiyyət nümayəndələrinə müraciət etmişəm, lakin kömək etməyiblər. Ona görə mən Azərbaycan sərhədini keçmişəm. Azərbaycan tərəfdən köməklik istəyirəm. Sərhəddə əsgərlər mənə yaxşı münasibətlər göstərdilər, atəş açmadılar.

Sual: Sərhəddi necə keçdiniz?

Cavab: Heyvanları otara-otara Azərbaycan postuna doğru yaxınlaşdım, hərbçilər məni vurmasın deyə ağ paltarımı çıxarıb göydə yellədim və hərbçilər məni saxladılar.

Sual: Sizə qarşı hansı haqsızlıqlar olub?

Cavab: Mənə qarşı çox haqsızlıqlar olub, kənd icra nümayəndəsi torpaq vergisi ilə yanaşı hər bir heyvan başına 20 000 dram pul istəyir. Əslində 2 000 dram verməliyik, bizdən zorla rüşvət olaraq artıq pul alırlar. Heyvan satmaq istədikdə sahə müvəkkili Andranik gələrək onun üçün haqq istəyir. Əks təqdirdə şər ataraq həbs edəcəyi ilə hədələyir.

Sual: Naxçıvanla sərhəddə yerləşən Qorayk kəndinin otlaq sahələrinə heyvanları nə üçün gətirmişdiz?

Cavab: Gorusda otlaq sahəsi yox idi, Qoraykda isə 2 000 hektar otlaq sahəsi üçün məndən 1 000 dollar rüşvət aldılar. Sisyan icra orqanına da otlaq sahələrindən istifadə üçün 1 000 dollar pul vermişəm.

Sual: Ermənistandakı vəziyyət barədə nə deyə bilərsiniz?

Cavab: Ermənistanda vəziyyət çox pisdir, demək olar ki, heç bir iş yoxdur, rüşvətxorluq və ədalətsizlik baş alıb gedir. Polisdə rüşvətxorluq çoxdur, əhalinin sosial-iqtisadi vəziyyəti çox ağırdır. Syunik vilayəti ərazisindəki otlaq sahələrində Gorusun yol polisinin rəisi Sevak və hərbi komissar Armen səlahiyyətlərindən istifadə edib bütün əlverişli torpaqları zəbt ediblər və bizlərə orada heyvandarlıqla məşğul olmağa imkan vermirlər, həmin əraziyə digər yerli sakinləri buraxmırlar.

Sual: Ermənistan ordusunda ümumi vəziyyət necədir?

Cavab: Ermənistan ordusunda vəziyyət çox pisdir, heç kim bir-birini qəbul etmir, intizamsızlıq var, bir-birlərinə tabe olmurlar, narkotikadan geniş istifadə edilir. Orduda hərbçilərin narkotika yetişdirib satılmasına göz yumulur. Ümumiyyətlə orada polis narkotikadan istifadə edənlərə qarşı heç bir tədbir görmür. Ayrı-ayrı ərazilərdə tiryək və narkotika yetişdirilir, polis zəifdir, mübarizə apara bilmir

Sual: Sizin xidmət keçdiyini hərbi hissələrdə hansı qanunsuzluqlar mövcud idi?

Cavab: Mən Sərhəd Qoşunlarının Vanadzirdakl 5060 saylı, Zəngilan rayonunun Kaşatağ bölgəsindəki 5070 saylı hərbi hissələrdə xidmət keçmişəm, 2019-cu ildə Qubadlı rayonunda səfərbərlik toplanstısında iştirak etmişəm. Ermənistan ordusunda hərc-mərclik, intizamsızlıq və rüşvətxorluq baş alıb gedir. Səfərbəri toplasında 700 nəfərin iştirakı nəzərdə tutulsa da, heç 200 nəfər iştirak etmirdi.

Sual: Siz həyatınızın bundan sonrakı hissəsini necə görürsünüz?

Cavab: Xahiş edirəm ki, burada mənə vətəndaşlıq verilsin, Ermənistana geri qaytarılmayım, orada bezmişəm, orada insanları çox incidirlər. Olmasa belə, xahişim budur ki, məni üçüncü bir dövlətə təhvil versinlər.
Ermənistan vətəndaşı Azərbaycana keçib -FOTO - VİDEO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 11853   Tarix: 15 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021