"Postpandemiya dövründə Gəncə -Qazax iqtisadi zonasında iqtisadi inkişaf daha da sürətlənəcək"- DEPUTAT

"Postpandemiya dövründə Gəncə -Qazax iqtisadi zonasında iqtisadi inkişaf daha da sürətlənəcək"- DEPUTATKoronavirus pandemiyasının ölkənin bütün böyük şəhər və rayonlarının işinə təsir göstərməsinə baxmayaraq, Azərbaycanın bəzi regionları koronavirusun yaratdığı mənfi iqtisadi təsirlərə qarşı çox uğurla mübarizə aparır və uğurlu inkişaf nümayiş etdirir.

Tovuz rayonunun, habelə Gəncə-Qazax iqtisadi zonasının (Tovuz, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir rayonları, Gəncə və Naftalan şəhərləri) 2009-2013, 2014-2018 və 2019-2023-cü illər üçün regionların inkişafına dair dövlət proqramları çərçivəsində görülən genişmiqyaslı işlər bu gün həmin rayonlara koronavirusun iqtisadiyyata təsirinə uğurla müqavimət göstərməyə imkan verir.

Bununla bağlı Sonxeber.az- a deputat Azər Badamov danışıb:

"Bütün dünyanın iqtisadiyyatına mənfi təsir göstərmiş qlobal pandemiyadan Azərbaycan iqtisadiyyatı da itkilərsiz ötüşmür. 6 ayın sosial - iqtisadi göstəricilərində ÜDM 2,7 % azalmışdır. Amma kənd təsərrüfatında 2,2%, qeyri-neft sənayesində 14% artım əldə olunmuşdur.

Kənd təsərrüfatının və sənayenin artımında Gəncə-Qazax iqtisadi zonasının xüsusi rolu var. Gəncə -Qazax iqtisadi zona və sosial-mədəni potensialına görə Abşeron iqtisadi zonasından sonra respublikada ikinci yeri tutur.

Bu iqtisadi zonasının sənaye potenisialı inkişaf etmişdir . Eyni zamanda bu iqtisadi zonanın yeraltı faydalı qazıntılarla zəngin olması sənayenin inkişafına imkan vermişdir. Gəncə -Qazax iqtisadi zonasının sənayə potensialı ümum respublika sənayesinin 12-13%-ni təşkil edir.

Burada ilkin emal müəsisələri, ağır sənaye, maşınqayırma sənayesi, kimya sənayesi, energetika, tikinti malların istehsalı və digər sahələri əhatə etməklə Gəncə-Qazax iqtisadi zonasının sənayesinin çeşidliliyi çox müxtəlifdir. Bu iqtisadi zonanın kənd təsərrüfatı ümumi respublika kənd təsərrüfatının 13-14%-ni təşkil edir.

2004-cü ildən həyata keçirilməyə başlanmış regionların soial –iqtisadi inkişafı Dövlət Proqramları çərçivəsində Gəncə-Qazax iqtisadi zonasında böyük infrastruktur layihələrin həyata keçirilmişdir. Müasirləşmiş infrastruktur sənayenin, kənd təsərrüfatının, turizmin və digər qeyri-neft sahələrinin inkişafını sürətləndirmişdir. Cənab prezidentin sərəncamı ilə tikilmiş Şəmkirçay su anbarı kənd təsərrüfatında yeni əkin sahələrin dövrüyyəyə buraxılmasına imkan vermişdir.

Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri ilə əlaqədar ölkəmizdə bir çox sahələrin fəaliyyətinə məhdudiyətlər qoyulmuşdur. Bu da ölkədə iqtisadi fəallığın aşağı düşməsinə gətirib çıxarmışdır. Dövlət ölkənin qeyri-neft sektorunun iqtisadi fəallığının bərpasına dövlət dəstəyi tədbirləri həyata keçirilir. Məsələn, sanatoriyalar və kurortlarala zəngin Gəncə-Qazax iqtisadi zonasının da turizm fəaliyyəti dayanmışdır. Bu sahələrdə iş yerlərinin qorunub saxlanılmasına və post pandemiya dövründə fəaliyyətlərinin bərpa olunması üçün dövlət dəstəyi ilə əhatə olunmuşdur.

Amma bununla yanaşı bu iqtisadi zonasının qeyri-neft sənayesi və kənd təsərrüfatı öz iqtisadi fəallığını qorumaqla ölkə iqtisadiyyatının gəlirliyliyini artırır. Postpandemiya dövründə daha geniş iqtisadi potensiala malik Gəncə -Qazax iqtisadi zonasında iqtisadi inkişaf daha da sürətlənəcək. Düşünürəm ki, bu iqtisadi zona ölkə iqtisadiyyatında öndə olmaqla yeni-yeni sənaye müəsisələri istismara verilməklə ölkəmizin qeyri-neft sektorunda əsas iqtisadi güc statusunu qoruyub saxlayacaqdır".

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 4416   Tarix: 22 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Toylara icazənin verilməsi qızıl bazarına necə təsir edəcək? - AÇIQLAMA

Xəbər verdiyimiz ki, iyulun 1-dən ölkəmizdə toylara icazə verilib. Bu, təbii ki, qızıl satışının artımı deməkdir. Bəs qızıl satışında uzunmüddətli durğunluqdan sonra bahalaşma ola bilərmi?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı-ekspert Elmir Səfərli bildirib ki, qızıl satışında bahalaşma gözlənilmir:

6 iyul 2021
.

Xakerlərin istədiyi pul ödəndi, ABŞ-ın ən böyük yanacaq kəməri fəaliyyətini BƏRPA ETDİ

ABŞ-ın ən iri daxili yanacaq boru kəməri sistemi Colonial Pipeline həftənin çərşənbə günü fəaliyyətini qismən, dünən isə tam bərpa edə bilib. Lakin iddialara görə, bu, heç də operator şirkətə havayı başa gəlməyib. -a istinadən xəbər verir ki, bir sıra amerikan KİV-lərinə istinadla xəbər verir ki, ad

14 may 2021
.

Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə işlər görülür - İranlı rəsmi

Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə işlər görülür. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İran və Azərbaycan arasında bir çox sahələr üzrə əməkdaşlıq imkanı var. Hazırd

13 iyul 2021
.

Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft qiymətləri yüksəlib. Bu barədə RT məlumat yayıb. Belə ki, WTI markalı neftin avqust fyuçersləri 0,15 faiz bahalaşıb və bir barelinin qiyməti 66,52 ABŞ dolları təşkil edib. "Brent" markalı neftin sentyabr fyuçersləri 0,16 faiz bahalaşıb və dəyəri 68,73 ABŞ dolları olub

20 iyul 2021
.

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,43 ABŞ dolları, yaxud 0,6 % azalıb. xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 73,53 ABŞ dolları təşkil edib. Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağ

4 sentyabr 2021
.

Laçında ətrafında içki məclisi qurulduğu iddia edilən bulağı salan şəxsin övladı danışdı - VİDEO

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə çəkiliş üçün Laçına gedən bir qrup rəsmi şəxsin və deputatın Laçında Humay Hümbətov adlı şəxsin xatirəsinə salınmış bulaq başında kef məclisi qurması ilə bağlı iddialar yayılıb. Yayılan məlumatda bildirilir ki, qeyd edilən məclisdə Laçın rayonunun deputatı Mahi

19 may 2021
.

Bitkoinin qiyməti 42 min dollara yaxınlaşdı

Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 41 840 ABŞ dollarına çatıb. xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 7,94 %, son 7 gün ərzində isə 23,40 % bahalaşıb. Nəticədə onun kapitallaşması 783,73 milyard dollara çatıb. Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan "Ethereum"u

1 avqust 2021
.

İsraillə Azərbaycan arasında dəyirmi masa keçirildi

İsrailin Təl-Əviv şəhərində Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açılıb, İsrail biznes dairələrinin iştirakı ilə İşgüzar Dəyirmi Masa keçirilib. İqtisadiyyat Nazirliyindən -a bildirilib ki, işgüzar görüşdə çıxış edən Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birg

31 iyul 2021
.

20 qəpiyə alınıb 80 qəpiyə satılan pomidor - Niyə bu qədər fərq var? - VİDEO

Saatlıda pomidor yığımı davam edir. 2 həftədir sahədən məhsul yığılır və indiyədək 30 ton məhsul tədarük edilib. Xəzər TV-yə istinadən xəbər verir ki, məhsul bol olsa da, qiymətlər aşağıdır. Hazırda sahədə pomidorun kiloqramı 20 qəpiyə satılır. Bu isə təsərrüfat sahiblərini qane etmir. Çəkilən xərcl

26 iyul 2021