Baş Prokurorluq dəhşətli qətllə bağlı məlumat yaydı
İyulun 19-da paytaxtın Xətai rayon sakini 1981-ci il tarixli Əkbər Nuriyevin itkin düşməsi barədə ailə üzvlərinin müraciəti Xətai rayon polis idarəsinə daxil olub.
Sonxeber.az Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, həmin müraciət əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının yüksək peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində törədilmiş gizli cinayətin "isti izlər"lə açılması təmin edilərək itkin düşmüş Əkbər Nuriyevin Lerik rayonu ərazisində qəsdən öldürülməsi müəyyən edilib.
Araşdırmalarla 1960-cı il təvəllüdlü Akif Rzayevin kürəkəni Əkbər Nuriyevi iyulun 19-da Lerik rayonuna aparmasına, orada ailə daxilində baş verən narazılıqlar səbəbindən aralarında yaranmış mübahisə zamanı küt əlatlə baş nahiyyəsinə zərbələr endirməklə qəsdən öldürməsinə, törətdiyi cinayətin izlərini itirmək məqsədi ilə meyiti yandıraraq basdırmasına əsaslı şübhələr müəyyən edilib.
Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, meyit gizlədilmək məqsədi ilə basdırılmış yerdə yanmış vəziyyətdə aşkar edilərək məhkəmə-tibb ekspertizasının keçirilməsindən ötrü aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Akif Rzayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri və intensiv istintaq tədbirləri davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 2001 Tarix: 24 iyul 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda DƏHŞƏTLİ OLAY - Dostu ilə əlbir olub qardaşını öldürdü
Prokurorluq Bərdədə baş vermiş hadisə ilə bağlı məlumat yayıb. Rayon prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 28-i saat 20 radələrində Bərdə rayonu, Hacallı kəndində transformatorun içində kənd sakini, 1988-ci il təvəllüdlü Səxavət Nəzərovun meyitinin aşkar edilməsi barədə rayo
30 avqust 2021Rusiyada azərbaycanlı qadın keçmiş əri tərəfindən bıçaqlandı - VİDEO
Rusiyanın Orenburq şəhərində 40 yaşlı qadın keçmiş əri tərəfindən bıçaqlı hücuma məruz qalıb. portalı məlumat verir ki, hadisə yaşayış binasının təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb. Videoda orta yaşlarında olan kişinin qadını saçlarından tutaraq yerlə sürüdüyü daha sonra isə əlind
2 sentyabr 2021DİN ötən gün törədilən cinayətlərlə bağlı MƏLUMAT YAYDI
Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə
11 sentyabr 2021Qaxda meşəlik ərazidə yanğın BAŞLADI
Bu gün səhər saat 07 radələrində Qax rayonu Güllük kənd inzibati ərazisində, yüksək dağlıq-meşəlik ərazidə yanğın qeydə alınıb. xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax və Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin texnikaları və şəxsi heyətləri
25 avqust 2021Göygöldə 83 yaşlı kişi intihar edib
Göygöl rayonunda intihar hadisəsi qeydə alınıb. xəbər verir ki, bu barədə -a hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilib ki, 1938-ci il təvəllüdlü Göygöl rayonu Xəqani kənd sakini Famil Musayev yaşadığı evdə özünü asaraq intihar edib. O, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirmi
25 avqust 2021Abşeronda ər arvadını QƏTLƏ YETİRDİ
Avqustun 24-də Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Sultanova Kəmalə Gülmirzə qızının qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Abşeron rayon prokurorluğundan -a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertini
25 avqust 2021Daşkəsəndə 72 yaşlı kişi güllələnib
Daşkəsən rayonunda yaşlı kişi tüfəngdən açılan atəş nəticəsində xəsarət alıb. "Report" xəbər verir ki, hadisə rayonun Zivlən kəndində qeydə alınıb. Kənd sakini, 1949-cu il təvəllüdlü İsmayılov Zahid Əmir oğlu sol ayağından güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib. Özünün dediyinə görə
31 avqust 2021