"Anasına danışanda oğluna şər atdığımı dedi" - 10 il həbs verilən 26 yaşlı Nərmin

"Anasına danışanda oğluna şər atdığımı dedi" - 10 il həbs verilən 26 yaşlı NərminÖtən il Bərdədə həmcinsini güllələməkdə ittiham olunan 26 yaşlı Nərmin Mehrəliyeva 10 il müddətinə azadlıqdan məhrum edilib. Qətldə özünü təqsirli bilməyən N.Mehrəliyeva şəxsi istəyi olmadan cinsi əlaqəyə məcbur edildiyini bildirib. O, məhz həmin şəxsin anası Sevda Hacıyevanı ov tüfəngi ilə qətlə yetirməkdə təqsirli bilinir.

"Qafqazinfo" xəbər verir ki, rəsmi ittihama görə, Nərmin Mehrəliyeva ötən il noyabrın 7-də saat 11 radələrində rayonun Məmmədli kəndində birgə yaşadıqları evdə ona təcavüz edən qohumu Xanoğlan Hacıyevin anası Sevda Hacıyevanı ov tüfəngi ilə qətlə yetirib.

Belə ki, N.Mehrəliyeva 2012-ci ildə xalası oğlu V. Rüstəmovla ailə qurub və həmin nikahdan bir övladı dünyaya gəlib. O, Rüstəmovla öz razılığı əsasında qaçıb, sonradan onunla rəsmi şəkildə nikaha daxil olub. Təxminən iki-üç il əvvəl əri V. içkiyə qurşandığından və tez-tez qumar oynadığından onunla münasibətləri pisləşib. Bu səbəbdən N.Mehrəliyeva ərindən boşanıb və azyaşlı oğlu ilə valideynlərinin yaşadığı Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşən evə gəlib.

Hadisədən doqquz ay əvvəl atası Güloğlan onu öz razılığı olmadan zorla tanımadığı, avtomobil təmiri ilə məşğul olan şəxslə evləndirmək istəyib.

Məhkəmədə ifadə verən N.Mehrəliyeva bu evliliyə razı olmadığı üçün valideynlərinə xəbər vermədən Bərdəyə getdiyini deyib: "Atam məni tanımadığım bir insanla məcburi evləndirmək istəyirdi. Mən razı deyildim, bunun üçün rayonumuzun Qaratəpə kəndində yaşayan əmimoğlu Elməddinlə əlaqə saxladım. Ona Bərdəyə gəlmək istədiyini dedim. Elməddin mənim Bərdəyə getməyimə kömək etdi, oğlum isə Bakıda anamgilin yanında qaldı. Mən əmim Asifgilə gəldikdən sonra o, atama zəng edərək onlarda olduğumu, narahat olmamasını dedi.

Təxminən bir aydan az müddətdə əmim Asif və əmimin ailəsi ilə birlikdə yaşadım. Əmimgildə qaldığım günlərin birində atam kirvə kimi qohum olduğu Bərdə rayonu Məmmədli kəndində yaşayan Namiq Hacıyevə zəng edərək gəlib məni əmimgildən aparmağı xahiş elədi. Ancaq həmin vaxt mən Namiqgilin yaşadığı evdə qalmaq istəmədiyimi dedim. Amma yenə də mən atamın sözünə əməl edərək Namiqgilə köçdüm və hadisə baş verən günədək həmin evdə yaşadım".

N.Mehrəliyeva qeyd edib ki, orada tanışları Namiq, arvadı Sevda, oğlanları Ümid və Xanoğlanla birgə yaşayıb: "Orada qaldığım müddətdə onlarla heç bir düşmənçilik və ədavətim olmayıb. Ancaq təxminən beş ay əvvəl Namiq və Sevda evdə olmayan vaxt Xanoğlan mənimlə istəmədiyim halda yaxın münasibətdə oldu, sonradan bu hal 2-3 dəfə təkrarən baş verdi. Mən bu barədə Xanoğlanın valideynlərinə danışmaq istəsəm də, o, mənə mane olurdu, özünün bu məsələ ilə bağlı valideynləri ilə danışacağını deyirdi. Buna baxmayaraq, keçən müddət ərzində o, mənə verdiyi vədə əməl etməyərək cinsi əlaqədə olmağımızla bağlı valideynlərinə heç bir söz demədi. Xanoğlan müharibə ilə bağlı səfərbərliyə yollandıqdan sonra Xanoğlanla yaxın münasibətdə olmağımız barədə həm öz valideynlərim, həm də Xanoğlanın valideynləri ilə danışmaq qərarına gəldim.

Hadisədən 3-4 gün əvvəl bu barədə Xanoğlanın anası Sevdaya dedim. O isə belə bir şeyin mümkün olmadığını, mənim Xanoğlana şər atdığımı dedi. Sevda oğluna zəng edib mənimlə cinsi əlaqədə olub-olmadığını soruşanda Xanoğlan yalandan and içdi ki, elə bir şey olmayıb, Nərmin yalan deyir. Həmin gün Namiq evə gələndə Sevda məsələni açıb ərinə danışdı. Namiq isə mənim sözlərimə inanaraq Xanoğlanın böyük səhv etdiyini, bu məsələni atam Güloğlandan heç cür gizlədə bilməyəcəyini dedi. Onların balaca oğlu Ümid bizim danışdıqlarımızı eşitdi. Böyük otağa gedərək ov tüfəngini götürüb üstümə gəldi, tüfəngi mənə tərəf tuşlayaraq öldürməklə hədələdi. Mən də tüfəngi Ümiddən alanda təsadüfən atəş açıldı və Sevdanın başından dəydi".

Mərhumun oğlu Ümid Hacıyev isə Nərminin dediklərini təkzib edərək hadisə baş verən saatlarda evdə olmadığını deyib: "Nərmin anamı güllələyəndə mən evdə deyildim".

Nərmin Mehrəliyeva istintaqa ifadəsində isə hadisəni başqa cür təsvir edib. O deyib ki, Sevda Hacıyeva onu pozğun adlandıraraq biabır edəcəyini deyib: "Sevda və Namiqlə danışdığımız gecə Xanoğlanın mənə qarşı etdiklərini düşünüb gecəni yata bilmədim. Bilirdim ki, Sevda atama bu barədə desə, atam xəstə olduğu üçün ürəyi partlayıb öləcək. Sevdanın atamla danışmasının qarşısını almaq üçün onu öldürmək qərarına gəldim. Səhər saat 11 radələrində Namiq və Ümid evdə olmayan vaxt tüfəngi götürüb Sevdanın yaxınlığına getdim. Sevda evi süpürürdü, elə bildi ki, özümü vurmaq istəyirəm, ona görə mənə baxıb sonra fikir vermədi. Tüfəngi ona tuşlayıb "ya sən, ya mən, ya da Xanoğlan öləcək" dedim. Sevda isə mənə güllə ata bilməyəcəyimi dedi. Sonra əlimin tətikdə olduğunu görüb qaçmaq istədi, onu nişan alıb atəş açdım. Sevda yerə yıxıldı, başından qan axdı, üzü üstə yerə yıxılıb qaldı. Mən də tüfəngi yerə atıb, evin qapısını açarla bağlayıb qaçdım".

Məhkəmənin hökmü ilə Nərmin Mehrəliyeva qəsdən adam öldürməkdə ittiham edilərək 10 il müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 3327   Tarix: 02 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ata 14 yaşlı qızını oğlanla danışanda tutdu, özü təcavüz etdi - Dəhşətli cinayətin təfərrüatı

Füzuli rayonunda ata doğma qızına təcavüz edib. -a istinadən xəbər verir ki, rayon sakini, 1987-ci il təvəllüdlü Vasif Ağayev (ad və soyad şərtidir - red.) 2008-ci ildə ailə qurub və birgə nikahdan 3 övladı olub. Bir müddət əvvəl Vasifin anası yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb və xəstəxanay

5 oktyabr
.

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

Aparıcı Nigar Fərhadın təsisçisi olduğu "AİD Group" xaricdə təhsil şirkəti ilə bağlı şikayətlərin sayı artır. "Qafqazinfo"ya müraciət edən paytaxt sakini Rüfət Mikayılov da şirkətdən şikayətçi olan şəxslərdən biridir. Rüfət iki il əvvəl ABŞ-də təhsil almaq üçün "AİD Group"

18 sentyabr
.

"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu

Polisin 2024-cü ildə kibercinayətkarlığa qarşı keçirdiyi genişmiqyaslı əməliyyatla həbs edilən dəstə üzvlərinin məhkəməsi maraqlı hökmlə başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslərin hamısına qanunda nəzərdə tutulmuş ən aşağ

22 sentyabr
.

Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi

Ağdaşda yerləşən "Səma" şadlıq sarayında 1996-cı il təvəllüdlü İlkin İsgəndərlini qətlə yetirən Qadir Məmmədova verilən cəza narazılığa səbəb olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, dövlət ittihamçısı Şəki Ağır Cinayətlər Məhkəməsinin 1970-ci il təvəllüdlü Q.Məmmədovun 10 i

15 sentyabr
.

Qubada 21 yaşlı oğlan müəmmalı şəkildə öldü

Qubada gənc oğlan qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə sentyabrın 29-u saat 01 radələrində Birinci Nügədi kəndində baş verib. 2005-ci il təvəllüdlü Cəfərov Səbuhi Azər oğlu yaşadığı evdə naməlum səbəbdən ölüb. Onun ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə ekspertiza təyi

29 sentyabr
.

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, yetkinlik yaşına çatmayan şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə təqsirli bilinib. Məlum olub ki, F.Poladov bacıs

7 sentyabr
.

Bakıda 24 yaşlı qadın öldürüldü - Əri saxlanıldı

Bakıda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən mənzildə 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirilib. Ötən gecə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkd

7 oktyabr
.

DTX-nin saxladığı sabiq icra başçısının həbs müddəti uzadıldı

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan sabiq icra başçısı İslam Rzayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Oxu Az-ın məlumatına görə, Səbail rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb. İsla

31 avqust
.

Vüqar Qurbanovun vəzifəli qohumunun bıçaqlanmasının şok təfərrüatı

Abşeronda direktor müavininin bıçaqlanması ilə nəticələnən hadisənin detalları məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədən Elçin Balayevə nizam-intizam məsələlərinə görə bir neçə dəfə direktor müavini Orxan Ənvərli tərəfindən xəbərdarlıq edilib. Lakin xəbərdarlıqlara məhəl qoymayan E.Balaye

8 oktyabr