Azərbaycanda bir neçə vəzifəli şəxs cərimələndi
Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) müvafiq qurumları ilə birgə respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında, çimərliklərdə məişət tullantılarının tutumundan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə tədbirlərini davam etdirir.
DİN-in Mətbuat Xidmətindən Sonxeber.az-a verilən məlumata görə, təkcə cari ilin iyun ayında birgə keçirilən tədbirlər zamanı Bakı şəhərində və Abşeron rayonu ərazisində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi), 264-cü (su obyeklərinin mühafizə qaydalarının pozulması) və 233.1-ci (ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması) maddələrinin tələblərini pozan 6 vəzifəli, 4 fiziki şəxs müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunub.
Onlara tətbiq olunan cərimələr 24 400 manat təşkil edib.
Ümumilikdə, cari ilin 6 ayı ərzində bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin 264-cü (su obyeklərinin mühafizə qaydalarının pozulması), 266.3-cü (məişət tullantılarının tutumlardan (urnalardan) kənara atılması), 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) və 233.1-ci (ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması) maddələrinin tələblərini pozmuş 508 nəfər inzibati məsuliyyətə cəlb olunub. Onlara tədbiq olunan cərimələr 54 080 manat təşkil edib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 2143 Tarix: 24 iyul 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İcra başçısının müavini ilə dalaşan şəxs - Həbs edildi
Qəbələ İcra Hakimiyyətində keçirilən qəbul zamanı icra başçısının müavini ilə dalaşan şəxs inzibati məsuliyyətə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə ötən həftə Qəbələ Rayon İcra Hakimiyyətinin inzibati binasında baş verib. İşsiz olduğu üçün qəbula yazılan rayonun Soltannux
12 dekabrQadın işlədiyi mağazada bıçaqlanıbmış - Qaçsa da, əri ona çatıb...
Dünən paytaxtın Səbail rayonunda qadının bıçaqlandığı hadisənin təfərrüatı məlum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə noyabrın 2-si saat 16 radələrində Üzeyir Hacıbəyli küçəsində yerləşən mağazalardan birində baş verib. Bakı şəhər sakini 1992-ci il təvəllüdlü Faxrəddin Sədrəddi
3 dekabrDəhşətli qəzada ölən 22 yaşlı Ələsgərin - Fotosu
Noyabrın 29-na keçən gecə paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsində baş vermiş ağır qəzaya yüksək sürətin səbəb olması müəyyənləşib. "Qafqazinfo" xəbər verir ki, hadisə şahidləri qəzanı törədən "VAZ 2107" markalı avtomobilin saatda 150-160 kilometr sürətlə hərəkət etdiyini bildiriblər
1 dekabrGənc qadın silahlı hücum nəticəsində həyatından oldu
Diyarbakırın Yenişehir rayonuna bağlı Şəhidlik məhəlləsinin 50-ci küçəsində dəhşətli hadisə baş verib. türk mediasına istinadən xəbər verir ki, İlayda Alkaş (22) bir dostunun ad günü mərasimindən sonra ailəsi ilə birlikdə evinə gedərkən, dini nikahla birlikdə yaşadığı və bir müddət əvvəl ayrıldığı Cema
16 dekabr"Qapını qırıb görüblər ki, ikisi də rəhmətə gedib" - Fotolar+Video
Xəbər verdiyimiz kimi, Samuxda ər və arvad dəm qazından boğularaq ölüb. Vəfat edən şəxsin qardaşı İman Musayev "Qafqazinfo"ya hadisənin ilkin təfərrüatlarını danışıb. Onun sözlərinə görə, ər-arvadın ölümünü ilk oğlanları bilib:. "Hadisə günorta saatlarında olub. Evdə uşaq gec bilib. Məcbu
1 dekabr4-cü sinif şagirdinin gözünə qayçı ilə xəsarət yetirdi
Gəncədə məktəbli qayçı ilə şagird yoldaşına xəsarət yetirib. "Qafqazinfo" xəbər verir ki, hadisə İsmət Qayıbov adına 1 nömrəli orta məktəbdə qeydə alınıb. Belə ki, 4-cü sinif şagirdi S.Hüseynli göz nahiyəsindən xəsarət alıb. Bu səbəbdən məktəbə təcili tibbi yardım briqadası çağırılıb. Xəstəxanay
17 dekabrNaxçıvanda uşaq oğrusu peyda olub? - RƏSMİ AÇIQLAMA
Ötən gün sosial şəbəkələrdə Naxçıvanda "uşaq oğrusunun peyda olması" ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb. -a Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, araşdırmalarla görüntünü sosial şəbəkələrdə yaya
8 dekabr