1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür

1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdürAvqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.

Sovet dövründə yaranmış əngəllərə baxmayaraq, sarsılmaz təməlləri olan Azərbaycan dili mövcudluğunu qoruya bilib. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində müstəqil Dilçilik İnstitutunun yaranması dilçiliyimizin bir elm kimi inkişafına ciddi təkan verib. Sonrakı illərdə Azərbaycan dilinin mövcud təhlükələrdən qorunması və gələcək nəsillər üçün mühafizə edilməsi istiqamətində ulu öndər Heydər Əliyevin xidmətlərini xüsusi qeyd etmək lazımdır. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edilən zaman oraya dövlət dili haqqında maddənin salınmaması ilə heç cür barışmayan Ümummilli Lider bu məsələdə sonadək öz prinsipial mövqeyini göstərib. 1978-ci il aprelin 2-də doqquzuncu çağırış Ali Sovetin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən ulu öndər Heydər Əliyevin təkidi ilə 73-cü maddəni yeni dəyişikliklə vermək qərara alınır. Bu dəyişiklik Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olduğunu əks etdirir. Bütün çətinliklərə baxmayaraq, Ümummilli Liderin bu cür tarixi qərara nail olması mənəvi varlığımızın əsası sayılan dilimizin inkişafında böyük addım oldu.

Trend müasir müstəqil Azərbaycan Respublikasında dilimizin qorunması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərə nəzər salır. Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir. Ümummilli Liderin 2001-ci il iyulun 18-də imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında", həmin il avqustun 9-da imzaladığı "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir. 2003-cü il yanvarın 2-də isə ulu öndər Heydər Əliyevin Fərmanı ilə "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Qanunda dövlətin ana dilinə qayğısı istiqamətində əsas vəzifələr dəqiq göstərilib.

Bütün maneələrə və çətinliklərə baxmayaraq ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlətimizin başçısının 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Sərəncamı ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Bundan başqa, həmin il yanvarın 14-də "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", eləcə də 2007-ci il dekabrın 30-da "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında" sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Dövlət Proqramının məqsədi 2013-2020-ci illər ərzində Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır. Sənəd, eyni zamanda, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur. Dövlətimizin başçısının "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 2018-ci il 1 noyabr tarixli Fərmanı təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və ana dilimizin inkişafına yönəlmiş məqsədyönlü dil siyasətinin uğurlu davamıdır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1418   Tarix: 01 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Pensiya alanların NƏZƏRİNƏ

Cari ilin əvvəlindən reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində pensiyalarda da artımlar olacaq və artıq gələn ay bütün pensiyalar artırılmış məbləğdə veriləcək. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında bildirilib. Qey

1 fevral
.

Orxan Əsgərovun ailəsi edam tələbini rəsmiləşdirib: "Ərizə yazıb hökmün icrasını istəmişik"

"Oğlum Orxan Əsgərovun qatilinin edam olunması ilə bağlı mövqe və tələbimizdə heç bir dəyişiklik yoxdur. Artıq Azərbaycanın Baş Prokurorluğuna etibarnamə vermişik. Sənəddə qeyd etmişik ki, qatilin edam hökmü qisas qismində icra olunsun". xəbər verir ki, bunu -a açıqlamasında Azərbaycanın İrandak

4 fevral
.

Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA

İşdən çıxan, iflas olan, kreditini ödemeyen şəxslər banklara müraciət edib vəziyyətlərini düzəltmək üçün möhlət borcu almaq istəyirlər. Görəsən banklar vətəndaşa bu cür şərait yaradırmı?. Mövzu ilə bağlı bank eksperti Asif İbrahimov - a açıqlama verib:. "Bu məsələ ilə - müflisləşmə ilə bağlı Azərbayca

3 fevral
.

AZAL Bakı-Həştərxan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır

Son zamanlar, o cümlədən bu gün Rusiyanın Həştərxan şəhəri üzərində hava məkanının mütəmadi olaraq bağlanması səbəbindən Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Bakı-Həştərxan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır. B

3 fevral
.

Sabah güclü külək əsəcək

Fevralın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-qər

3 fevral
.

Hərbi hissələrdə Gənclər Günü ilə bağlı birgə tədbirlər keçirilib - FOTO

Hərbi hissələrdə 2 Fevral - Gənclər Günü ilə bağlı birgə tədbirlər keçirilib. Hərbi Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz və unudulmaz xatirələri yad edilib. Baş prokuror Kamran Əliyevin və Hərbi prokuror Xanlar Vəliyevi

2 fevral
.

Mehriban Əliyeva Azərbaycan gənclərini təbrik edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir:. "Qoy hər bir gəncimiz öz zəkası, biliyi, bacarığı, qələbə və nailiyyətləri ilə xalqımızı hər zaman qürurlandırsın. Qeyd edək ki, Ul

2 fevral
.

Bakıda müəllim faciəli şəkildə həlak oldu

Bakıda müəllim faciəli şəkildə həlak olub. -ın əldə etdiyi məlumata görə, 54 nömrəli tam orta məktəbin müəllimi Məryəm Fərmayıl qızı Novruzova yol-nəqliyyat hadisəsi zamanı ölüb. Mərhumun dəfn mərasimi sabah Masazır qəsəbəsindəki qəbiristanlıqda baş tutacaq. Qeyd edək ki, M.Novruzova ibtidai sinif müəllim

3 fevral
.

Aİ-nin "sülh" missiyasının gələcək planları binoklla Azərbaycana boylanmaqdan ibarət olmayacaq

Avropa İttifaqının "sülh" missiyası gələcəkdə regionda gərginlik katalizatoru rolunu oynaya bilər. Ermənistanın silahlandırılması prosesinə "Sülh fondu"nun da cəlb olunması göstərir ki, missiyanın qarşıdakı illər üçün planları yalnız binoklla Azərbaycan ərazilərinə boylanmaqdan ibarə

1 fevral