Əli Əsədovdan sərt karantinlə bağlı əlavə tədbirlər barədə - Qərar

Əli Əsədovdan sərt karantinlə bağlı əlavə tədbirlər barədə - QərarBaş Nazir Əli Əsədov Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərar qəbul edib.

Sonxeber.az xəbər verir ki, qərarda deyilir:

1. "Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Siyəzən, Şəki, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında və 6.1-ci bəndində "Siyəzən, Şəki," sözləri "Salyan," sözü ilə əvəz edilsin;

1.2. 1-ci hissədə "Siyəzən, Şəki," sözləri "Salyan," sözü ilə və "5 avqust" sözləri "31 avqust" sözləri ilə əvəz edilsin;

1.3. 1.2-ci bənd aşağıdakı redaksiyada verilsin: "1.2. Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisinə xidməti zərurətlə əlaqədar giriş-çıxış aşağıdakı qaydada həyata keçirilir:

2 1.2.1. aşağıdakı şəxslər xidməti vəsiqələri əsasında:

1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin, Azərbaycan Respublikası Xüsusi Tibb Xidmətinin, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin əməkdaşları ezamiyyə vərəqələri olduğu halda;

2. Azərbaycan Respublikası Milli Məclisinin deputatları və ezamiyyə vərəqələri olduğu halda Milli Məclisin Aparatının əməkdaşları;

3. mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və ezamiyyə vərəqələri olduğu halda onların müavinləri;

4. dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və ezamiyyə vərəqələri olduğu halda onların müavinləri; 5. hüquq mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər ezamiyyə vərəqələri olduğu halda;

6. Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti (Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında);

1.2.2. aşağıdakı şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə "icaze.e-gov.az" portalına daxil edilən ezamiyyə vərəqələri əsasında:

1. bu Qərarın 1.2.1-ci yarımbəndində qeyd olunanlar istisna olmaqla, digər dövlət orqanlarının (qurumlarının) əməkdaşları; 2. "ASAN Könüllüləri" İctimai Birliyinin, "Aqrar İnkişaf Könüllüləri" Hərəkatının, "Regional İnkişaf" İctimai Birliyinin, "Bir" tələbə-könüllülərinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllüləri;

3. bu Qərarın əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin işçiləri və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və onların işçiləri;

4. fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşları;

1.2.3. kənd təsərrüfatı məhsullarının toplanılması, habelə növbəli suvarma, təxirəsalınmaz baytarlıq və bitki mühafizə xidməti sahələrində fəaliyyət göstərən hüquqi şəxslərin əməkdaşları barədə 3 məlumatlar (o cümlədən ezamiyyə barədə məlumatlar) işəgötürən tərəfindən, həmin sahələrdə fəaliyyət göstərən fiziki şəxslər barəsində məlumatlar isə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və ya olduğu yer üzrə yerli icra hakimiyyəti orqanlarının ərazi nümayəndəlikləri tərəfindən gücləndirilmiş elektron imzadan istifadə olunmaqla "icaze.e-gov.az" portalına daxil edilməklə.";

1.4. 1.3-1.12-ci bəndlər ləğv edilsin;

1.5. həmin Qərara əlavə - "Fəaliyyətinə icazə verilən sahələr"in 6.7-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 6.8-ci bənd əlavə edilsin: "6.8. çimərliklərin fəaliyyəti (hovuzlar, su attraksionları, idman oyunu yerləri və onların ərazisində olan ictimai iaşə obyektlərində yerində xidmət istisna olmaqla).".

2. "Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli 160 nömrəli Qərarının 1.6-cı bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.7-ci bənd əlavə edilsin:"1.7. çimərliklərin fəaliyyəti.".

3. "Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 3 iyul tarixli 236 nömrəli Qərarının 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. mətnində "Siyəzən, Şəki," sözləri "Salyan," sözü ilə əvəz edilsin;

3.2. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin;

"2.1. 2020-ci il 8 avqust saat 00:00-dan 2020-ci il 10 avqust saat 06:00-dək, 2020-ci il 15 avqust saat 00:00-dan 2020-ci il 17 avqust saat 06:00-dək, 2020-ci il 22 avqust saat 00:00-dan 2020-ci il 24 avqust saat 06:00-dək, 2020-ci il 29 avqust saat 00:00-dan 2020- ci il 31 avqust saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır;";

3.3. 2.2-ci bənddə "5 avqust" sözləri "31 avqust" sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikasının baş dövlət sanitariya həkimi "Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə uyğun olaraq "Koronavirus (COVID-19) pandemiyası dövründə çimərliklərdə fəaliyyətin təşkilinə dair Tələblər"i təsdiq etsin.

5. Müəyyən edilsin ki, çimərliklərin fəaliyyəti bu Qərarın 4-cü hissəsi ilə təsdiq edilən Tələblərə və "Çimərlik və su istirahət mərkəzlərində koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodik göstərişlər"in tələblərinə uyğun təşkil olunur.

6. Bu Qərar 2020-ci il 5 avqust saat 06:00 tarixindən qüvvəyə minir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 11399   Tarix: 04 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qış Azərbaycana bu tarixdə daxil olacaq

Qış fəsli Azərbaycana dekabrın 21-i saat 19:03:01-də daxil olacaq, bununla da Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində isə yay fəsli başlayacaq. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsi məlumat yayıb. Bildirilib ki, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti il

15 dekabr
.

Gizir Xanıya şəhidlik statusu verildi

Ağdamda minaya düşərək həlak olan Gizir Xanıya şəhidlik statusu verilib. Teleqraf-ın xəbərinə görə, 23 sentyabr tarixində rayonun Mirəşelli kənd ərazisində minaya düşərək həlak olan Gizir Xanı kimi tanınan Səyyaf Əhmədova mülki şəhid statusu verilib. Bu barədə məlumatı S.Əhmədovun yaxınları təsdiqləyib

15 dekabr
.

Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı şərtlər dəyişdi

Əmək müqaviləsinə xitam verilməsi üçün əlavə şərtlər müəyyənləşir. xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna əsasən, tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq qanunvericilikl

16 dekabr
.

Bakıda əhalini SEVİNDİRƏCƏK XƏBƏR - Bu ərazidə...

Bakı şəhərində keçmiş sənaye fəaliyyəti nəticəsində çirklənmiş göllərin mərhələli şəkildə təmizlənməsi nəzərdə tutulur. -in əldə etdiyi məlumata görə, yaxın 20 il ərzində ekoloji bərpaya ehtiyacı olan əsas su hövzələri müəyyən edilib. Plana əsasən Böyükşor, Xocahəsən, Qu və Bülbülə göllərinin təmizlənməs

15 dekabr
.

"Şərurlu İsfəndiyar": "Ramiz Mehdiyevlə bir əlaqəm varsa, dövlət cəzamı verəcək"

Böhtan və təhqir maddələri ilə xüsusi ittiham qaydasında məhkəməyə verilən "Şərur MTK"nın sahibi İsfəndiyar Axundovun ("Şərurlu İsfəndiyar") növbəti məhkəmə prosesi keçirilib. -a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesd

15 dekabr
.

Rüşvət verib "sertifikatlar" alan plastik cərrahlar - Üzərində "ölüm işi" olan da var

Xəbər verdiyimiz kimi, rüşvət müqabilində plastik cərrahiyəyə icazə verilməsi işi üzrə məhkəmə istintaqına start verilib. Qanunsuz tibbi fəaliyyətə şərait yaratmaqda ittiham olunan Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin keçmiş müdiri Səidə Rüstəmova, həmin şöbənin baş mütəxəssis-böyü

16 dekabr
.

Azərbaycan Universitetində bədbəxt hadisə

Azərbaycan Universitetində birinci kurs tələbəsi təhsil müəssisəsinin zirzəmisində yüngül konstruksiya ilə örtülmüş döşəmənin üzərinə çıxaraq mənfi ikinci mərtəbəyə (zirzəmi) yıxılıb. Universitetdən -ın sorğusuna cavab olaraq bildirilib ki, tələbə dərhal Travmatologiya və Ortopediya İnstitutuna aparılı

15 dekabr
.

"Nə? Harada? Nə zaman?" oyunu üzrə VIII Azərbaycan Çempionatı keçirilib

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondunun dəstəyi, Xəzər İntellektual Gənclər Klubu, Atəşgah İntellektual Oyunlar Klubu və Gənc Könüllülər İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə VII Azərbaycan Çempionat

15 dekabr
.

Baş həkimin ölkədən çıxışına qadağa qoyulub, keçmiş mühasib barəsində cinayət işi açılıb

Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Mərkəzi Xəstəxanasının direktoru və baş həkimi Mehriban Abdullayevanın ölkədən çıxışına müvəqqəti məhdudiyyət tətbiq edilib. Məlum olub ki, xəstəxanın keçmiş mühasibi barəsində də cinayət işi açılıb. Teleqraf xəbər verir ki, Abdullayeva Mehriban Kamal qızını

15 dekabr