Nazirlik rəsmisindən Xəzər dənizi ilə bağlı həyəcanlı çağırış

Nazirlik rəsmisindən Xəzər dənizi ilə bağlı həyəcanlı çağırış"Bu gün Xəzər dənizi şimaldan cənuba onlarla axar vasitəsilə çirkləndirilir və çirkləndirici subyektlərə qarşı xəbərdarlıqlar, müraciətlər, cərimə və iddialar tətbiq olunur, toplanmış materiallar məhkəmələrə göndərilir. Sadəcə, soruşuruq: Sizin üçün hansı daha rahatdır, cərimə ödəmək, yoxsa işinizi düzgün qurmaq və rahat fəaliyyət göstərmək? Uşaqlarınızı, doğmalarınızı zəhərləmək, yoxsa onların səhhətini düşünmək?"

Sonxeber.az xəbər verir ki, bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Xəzər dənizinin çirkləndirilməsinə etiraz olaraq bildirib.

"Bu gün Xəzəri çirkləndirən kimdir? Biz özümüzük, vətəndaşlar, müəssisələr, fabrik, təşkilat, ictimai-iaşə obyektləridir. ETSN-nin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən dənizə çirkab su axıdan axarlar müəyyən edilib və bütün cavabdeh qurumlara, çirkləndiricilərə xəbərdarlıqlar olunub. Niyə biz bu gün öz təbii sərvətlərimizi çirkləndiririk? Bu, dənizə də, çaylara da, göllərə də aiddir. Nə vaxta qədər biz çirkləndirməyə davam edəcəyik? Nə qədər xəbərdarlıq, cərimə etmək, məcburi göstəriş vermək olar, nə qədər məhkəmə çəkişmələri olar, biz yorulmadıqmı bundan? Nəyə görə biz sərvətlərimizi qorumuruq? Yəni bu qədər özümüz özümüzə biganəyik? Xəzər kimi belə bir unikal dəyərə malik sərvəti niyə qiymətləndirə bilmirik? Yoxsa övladlarımızın sağlamlığını, təmiz ətraf mühitdə yaşamasınımı istəmirik? Bəlkə bu, sadəcə, etinasızlıqdır, doğmalarımıza, təbiətə və özümüzə olan etinasızlıq", - o qeyd edib.

Nazirliyin sözçüsü deyib ki, verilən bu qədər vaxt, müddət ərzində işlərində dönüş yaratmamağın səbəbi yəqin bunlardır: "Xəzəri çirkləndirən subyektlərin cavabdehlərini bu barədə yenidən düşünməyə və sağlam qərarları ilə Xəzərimizə öz töhfələrini verməyə çağırırıq. Bu işdə bizə sizin, hamının dəstəyi lazımdır. Bir daha müraciət edirik, tullantı sularının dənizə axıdılmasına yol verməyin! Bununla öz yaxınlarınızın səhhətinə təhlükə yaratmış olursuz. Bu bizim ümumi sərvətimizdir, xalqımızın, dövlətimizin sərvətidir. Təkcə Xəzərə yox, çaylara, göllərə də axıdılan çirkab suların qarşısı alınmalı, aidiyyəti təşkilatlar, qurumlar bu işlə daha ciddi məşğul olmalı, işlərinə daha planlı və məsuliyyətlə yanaşmalıdır. Təbiət pandemiya dövründə antropogen təsirlərdən nisbətən az zərər alır, özünü daha sağlam reabilitasiya etməyə çalışır. Gəlin hamımız təbiətə töhfəmizi verək, onu çirklənmədən qoruyaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2026   Tarix: 07 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ruhəngiz Musəvi: "Ailəmi Sevda dağıtmayıb"

"Birinci həyat yoldaşımla 10 il yaşadım. Onunla ayrılandan bir il sonra ikinci dəfə ailə qurdum. Bu ərəfədə də mənim birinci ərim, həmkarım Sevda Əliqizı ilə ailə qurdu. Birinci ərim gördü ki, mən başqa bir kişi ilə ailə qurmuşam, o da bu cür addım atdı. Birinci ərim çox gözlədi məni. Anası düşünd

6 may
.

"Peşəkar jurnalistikanın əsasları" adlı onlayn təlim kursu istifadəyə verilib

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin, Media Təhlil Mərkəzinin, "EDUAZ Co" MMC-nin və Türkiyənin Anadolu Agentliyinin birgə əməkdaşlığı çərçivəsində hazırlanmış "Peşəkar jurnalistikanın əsasları" adlı onlayn təlim kursu istifadəyə verilib. " platformasınd

7 may
.

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

Mayın 7-də Hərbi Prokurorluqda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib. Bu barədə AZƏRTAC-a Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, əvvəlcə Hərbi Prokurorluğu

7 may
.

Azərbaycan-Ermənistan şərti sərhədində zəlzələ olub

Azərbaycan-Ermənistan şərti sərhədində, Şoqakat kəndindən 19 kilometr şimalda zəlzələ qeydə alınıb. Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin Mətbuat Xidməti məlumat yayıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Episentrdə yeraltı təkanların gücü 2-3 bal olub

7 may
.

Nuranə Ələkbərova vəzifəsindən azad edildi

Orta ixtisas təhsil müəssisələrində kadr potensialı və tədris prosesinin təkmilləşdirilməsi istiqamətində işlər davam edir. xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən APA-ya verilən xəbərə görə, Tovuz Dövlət Sosial-İqtisadi Kollecində tədris prosesinin təşkili ilə bağlı yoxlamalar aparılıb

7 may
.

Bu tələbələrə güzəştlər ediləcək

"Qarabağ Universiteti vacib layihədir. Həm hər bir azərbaycanlı, həm də azərbaycanlı təhsil işçisi üçün qürur mənbəyi olan layihədir. Burada texniki və menecment baxımından təxminən 10 ay ərzində bir ali təhsil müəssisəsini qurmaqdan danışırıq". APA-ya istinadən bildirir ki, bunu REAL TV-y

7 may
.

"İlk dəfədir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü üçüncü tərəfin vasitəçiliyi olmadan keçiriləcək" - DEPUTAT

Xəbər verdiyimiz mayın 10-da Qazaxıstanın Almatı şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Bununla bağlı -a danışan deputat İqbal Məmmədov bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin təkbətək görüşü Almatı şəhərində keçiriləcək:. "Bu gü

7 may
.

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Azərbaycanda müəyyən saydan sonra qanunvericiliyin tələbinə uyğun olaraq taksi sayına məhdudiyyət qoyula bilər. xəbər verir ki, bu barədə "APA"ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. "Avtomobil nəqliyyatı haqqınd

7 may
.

Elşad Həsənov geyim satan şirkətlə Yasamalın yollarını təmir etmək istəyir – 387 minlik tenderin izi ilə

Yasamal Rayon İcra Hakimiyyəti Başçısının Mənzil-Kommunal Təsərrüfat Birliyi (MKTB) məhəllədaxili yolların təmiri ilə "Koneks Construiction" şirkəti ilə satınalma müqaviləsi imzalayacaq. xəbər verir ki, şirkət qurumu bununla bağlı keçirdiyi tenderin qalibi seçilib. "Koneks Construction"

7 may