Elşad Həsənov geyim satan şirkətlə Yasamalın yollarını təmir etmək istəyir – 387 minlik tenderin izi ilə
Yasamal Rayon İcra Hakimiyyəti Başçısının Mənzil-Kommunal Təsərrüfat Birliyi (MKTB) məhəllədaxili yolların təmiri ilə "Koneks Construiction" şirkəti ilə satınalma müqaviləsi imzalayacaq.
Reportyor.info xəbər verir ki, şirkət qurumu bununla bağlı keçirdiyi tenderin qalibi seçilib.
"Koneks Construction" MMC-nin təklifi 387 165,87 manat olub.
Satınalma müsabiqəsinin nəticəsi ötən ilin dekabrında dövlət satınalmalrının vahid elektron portalında açıqlanıb.
Lakin tərəflər arasında hələ ki, müqavilə bağlanmayıb.
"Koneks Construcition" şirkəti "tender kralı" kimi tanınır.
Şirkət vaxtaşırı satınalma müsabiqələrinin qalibi seçilir. Xüsusilə təmir-tikinti, abadlıq işləri ilə bağlı tenderlər "Konkes Construction"a verilir.
Baxmayaraq ki, şirkətlə bağlı şübhəli məqamlar var.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında "Koneks Construction" MMC-nin 27 noyabr 2019-cu ildə qeydiyyata alındığı göstərilir. Şirkətin nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 202-də yerləşən MMC-nin qanuni təmsilçisi Fərzəliyev Mehdi Məhəmmədəli oğludur.
Reyestr məlumatlarında şirkətin 2019-cu ildə qeydiyyata alındığı göstərilsə də, bir çox mənbələrdə "Koneks Construction" MMC-nin 2016-cı ildən fəaliyyətdə olduğu qeyd edilir.
Belə məlum olur ki, şirkət 3 il vergidən kənar fəaliyyət göstərib.
"Koneks Construction"la bağlı başqa bir şübhəli məqam onun geyim, dəftərxana ləvazimatları ilə bağlı keçirilən tenderlərdə də qalib seçiməsidir.
Deməli, geyim və ofis ləvazimatları satan şirkət həm də tikinti sektorunda fəaliyyət göstərir. O zaman ortaya sual çıxır: Çoxprofilli, tenderlərin vaxtaşırı qalibi seçilən, iriməbləğli sifarişlər alan bu şirkət haqqında açıq mənbələrdə nədən heç bir məlumat yoxdur?
Şirkətin adicə internet səhifəsi və əlaqə telefonlarına belə, rast gəlinmir.
Bu isə "Koneks Construction" MMC-nin tenderlərdə istfadə etmək üçün yaradılan və fəaliyyəti kağız üzərində olan şirkətlərdən biri olmasına şübhələri artırır.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovdur. O, 2019-cu ildən rayona rəhbərlik edir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Temperatur 10° enəcək - Xəbərdarlıq
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Keçmiş nazirin oğluna vəzifə verildi
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Sabah hava necə olacaq?