Yolxucu xəstəlik TƏHLÜKƏSİ - DİQQƏT

Yolxucu xəstəlik TƏHLÜKƏSİ - DİQQƏTDövlət Baytarlıq Nəzarəti Xidməti İranla həmsərhəd olan rayonlarda heyvanlar arasında dabaq xəstəliyinin yayılma riski yüksək olduğundan, iri və xırdabuynuzlu heyvanların kütləvi vaksinasiyasının aparılmasına aydınlıq gətirib.

DBNX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli açıqlamasında ölkənin hər hansı bölgəsində heyvanlar arasında xəstəlik aşkarlanmadığını bildirib. Onun sözlərinə görə, sadəcə qonşu ölkələrdə dabaq xəstəliyinin yayılması ilə əlaqədar olaraq vaksinasiya işləri aparılır: "Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) iyun ayının əvvəlindən ölkə üzrə iribuynuzlu heyvanlarda dabaq xəstəliyinə qarşı kütləvi peyvəndləmə tədbirinə başlanıb. Heyvanlar arasında peyvəndləmə tədbirləri Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) tövsiyələrinə və ölkəmizin epizootik tədbirlər planına uyğun olaraq aparılır. Respublikamızda dabaq xəstəliyinə qarşı aparılan vaksinasiyanın məqsədi heyvanlar arasında xəstəliyin qarşısının alınmasıdır".

Onun sözlərinə görə, Dövlət Baytarlıq Nəzarəti Xidməti Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiqlənmiş epizootik tədbirlər planına uyğun olaraq təkcə cənub yox, eləcə də qərb-şərq bölgəsində, bir sözlə bütün ölkə üzrə vaksinasiya tədbirləri aparılır: "Son zamanlar dünyanın bir sıra ölkələrində, o cümlədən ölkəmizlə həmsərhəd olan dövlətlərdə dabaq virusunun yeni A (Genotype VII) serotipi yayılıb. Qonşu ölkələrdə (Ermənistan, İran və s.) bu xəstəliyin alovlanmasının mövcudluğu infeksiyanın Azərbaycan ərazisinə keçməsinə təhlükə yaradır. Dabaq xəstəliyinin yeni tipinin ölkəmizə keçməməsi üçün bütün zəruri tədbirlər görülüb. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi Türkiyənin ŞAP İnstitutu tərəfindən istehsal edilən yeni vaksinin alınması üçün Türkiyə Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə müraciət edib. Türkiyənin Kənd Təsərrüfatı Nazirliyi bu müraciəti dəyərləndirərək ölkəmizə qardaşlıq yardımı olaraq 500000 ( beş yüz min) doza miqdarında dördvalentli dabaq vaksini verib. Yardım kimi gətirilmiş vaksinlər ilkin olaraq İran, Ermənistan, Gürcüstan dövlətləri ilə həmsərhəd olan rayonların sərhəd yaşayış məntəqələrində saxlanılan heyvanlara tətbiq olunur və tam nəzarət həyata keçirilir. Ölkəmizin sərhəd zonalarından infeksiyanın respublikanın ərazisinə keçməməsi üçün müvafiq tədbirlər yerinə yetirilir, sistematik peyvəndləmələr, dezinfeksiyalar aparılmaqla, həmsərhəd ölkələrlə immun zona yaradılır və bir sıra başqa tədbirlər həyata keçirilir".

Y.Xanvəli bildirib ki, Dövlət Xidməti bu günlərdə iribuynuzlu heyvanlar arasında start verilmiş dabaq xəstəliyinə qarşı aparılan tədbirlərlə bağlı əməkdaşlarını bölgələrə ezam edib. Xidmətin əməkdaşları yerlərdə vaksinlərin heyvanlara vurulması üçün baytarlıq mütəxəssislərinə lazımi tövsiyələr veriblər. Rayon (şəhər) baytarlıq idarələri və sahə baytarlıq məntəqələri dabaq xəstəliyinin A-Nepal84,A,O,Asiya-1 tiplərinə qarşı istifadə edilən vaksinlər, biotəhlükəsizlik vasitələri və dezinfeksiya maddələri ilə təmin olunub. (publika.az)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1312   Tarix: 13 iyun 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

TƏBİB-ə yeni səlahiyyət verildi

Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri

17 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. -a istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub. Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəh

17 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021