Dostların içki məclisində qanlı DAVA

Dostların içki məclisində qanlı DAVASalyan rayonunda dava salmaqda ittiham olunan 1955-ci il təvəllüdlü Qəhrəman Səfərov və 1985-ci il təvəllüdlü Təhmasib Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Qəhrəman Səfərov 2019-cu il martın 30-da, saat 21 radələrində Salyan rayonu, Çuxanlı kəndində yerləşən Şahmar Şıxəliyevə məxsus yeməkxananın 2-ci otağında həmkəndliləri Elşən Tağıyev, Aftandil İmanov, Ramil Rəhmanov və Təhmasib Quliyev ilə yemək yeyib, spirtli içki qəbul edib.

Daha sonra Qəhrəman Səfərov sərxoş halda Təhmasib Quliyevə heç bir əsaslı səbəb olmadan bir neçə dəfə "Məni vuracaqsansa, burada vur!" kimi ifadələr işlədib.

Nəticədə yaranmış gərgin şəraitdən əsəbləşən Ramil Rəhmanov masa üzərindəki araq qədəhini öz başına vurub, Qəhrəman Səfərova iradını bildirib, sonra əyləşdikləri otaqdan çıxıb.

Bu zaman Ramil Rəhmanovun ardınca Aftandil İmanov və Təhmasib Quliyev məkanı tərk edib.

Bundan sonra Qəhrəman Səfərov otaqdan çıxıb. Yeməkxanın içində 10-15 dəqiqə ərzində başqalarının narahatlığına səbəb olan hərəkətlər edib, uca səslə qışqıraraq Təhmasib Quliyevi axtarıb.

Bu zaman Qəhrəman Səfərov qarşısında Ramil Rəhmanovu görüb. Onun ünvanına ucadan nalayiq söyüşlər söyüb.

Bu vaxt Ramil Rəhmanov sındırdığı pivə butulkasının şüşə parçası ilə öz qollarını kəsib. Bunu görən Qəhrəman Səfərov yenidən ucadan "Hanı Təhmasib" deyə qışqırmaqla yeməkxanadakı masada olan bıçağını götürüb, sonra yeməkxananı tərk edib.

Qəhrəman Səfərov yaxınlıqdakı mədəniyyət evinin qarşısında əlindəki bıçaqla Təhmasib Quliyevə xəsarət yetirib.

İstintaq sənədlərinə görə, Təhmasib Quliyev yerdən götürdüyü taxta parçası ilə Qəhrəman Səfərovun başından zərbələr vurub və ona müxtəlif dərəcəli bədən xəsarəti yetirib.

İstintaq orqanı tərəfindən Qəhrəman Səfərovun barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə, Təhmasib Quliyevin barəsində isə Cinayət Məcəlləsinin 128-ci (sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Salyan rayon Məhkəməsinin hökmü ilə hər iki təqsirləndirilən şəxsin aylıq qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 6 ay müddətə islah işləri cəzasına məhkum ediliblər.

Hökmdən narazı qalan Qəhrəman Səfərovun vəkili apelyasiya şikayəti verib. O, iş üzrə həm zərərçəkmiş, həm də təqsirləndirilən şəxs qismində tanınan Təhmasib Quliyevin cəzasının ağırlaşdırılmasını, hüquqlarını müdafiə etdiyi Qəhərman Səfərovun barəsində isə bəraət hökmünün çıxarılmasını istəyib.

Qəhrəman Səfərovun vəkilinin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Rafiq Cəfərovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Qəhrəman Səfərovun vəkilinin şikayəti təmin edilməyib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 1876   Tarix: 10 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Narkotik yetişdirən Hacıqabul sakinləri SAXLANILDI

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunublar. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumata görə, daxi

12 sentyabr 2021
.

Qaxda meşəlik ərazidə yanğın BAŞLADI

Bu gün səhər saat 07 radələrində Qax rayonu Güllük kənd inzibati ərazisində, yüksək dağlıq-meşəlik ərazidə yanğın qeydə alınıb. xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax və Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin texnikaları və şəxsi heyətləri

25 avqust 2021
.

"Anasına danışanda oğluna şər atdığımı dedi" - 10 il həbs verilən 26 yaşlı Nərmin

Ötən il Bərdədə həmcinsini güllələməkdə ittiham olunan 26 yaşlı Nərmin Mehrəliyeva 10 il müddətinə azadlıqdan məhrum edilib. Qətldə özünü təqsirli bilməyən N.Mehrəliyeva şəxsi istəyi olmadan cinsi əlaqəyə məcbur edildiyini bildirib. O, məhz həmin şəxsin anası Sevda Hacıyevanı ov tüfəngi ilə qətlə yetirməkd

2 sentyabr 2021
.

Kürdəmirdə qardaş bacısını qətlə yetirdi

Kürdəmirdə qətlə hadisəsi törədilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini, 1986-cı il təvəllüdlü Nəsirova Dilarə Təbriz qızı aralarında yaranan ailə münaqişəsi zəminində qardaşı Şıxəliyev Xəyal Təbriz oğlu tərəfindən bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib. Faktla bağl

15 sentyabr 2021
.

Şirvanda narkoman avtomobili oğurlayaraq yandırdı – FOTO

Şirvan sakini oğurladığı avtomobili yandırıb, saxlanılan zaman onun üzərində narkotik vasitə olan heroin aşkar edilib. xəbər verir ki, avqustun 20-də əvvəllər məhkum olunan Şirvan sakini, 1997-ci il təvəllüdlü Qasımzadə Sakit Qasım oğlu saat 5.00 radələrində avtomobil təmiri sexindən Şirvan sakini, F.Namazov

22 avqust 2021
.

Türkiyə ordusunun iki hərbçisi şəhid oldu - FOTO

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib bölgəsində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı türkiyəli hərbçilərə hücuma məruz qalıb. xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb. Hadisə sentyabrın 11-də baş verib. Nəticədə 2 hərbçi şəhid olub, 3-ü yaralanıb. Yaral

11 sentyabr 2021
.

Gəlninin göz almalarını kəsib, qarın nahiyəsinin isə... - Dəhşətli qətlin ŞOK TƏFƏRRÜATI + FOTO

32 yaşlı gəlinini qətlə yetirən, daha sonra meyiti parçalara bölərək zibil qutusuna atan 75 yaşlı İdris Məhərrəmov hakim qarşısına çıxarılır. Onun cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Nəbiyevin sədrliyi ilə baş tutur. İdris Məhərrəmovun törətdiyi dəhşətl

11 sentyabr 2021
.

Övladını və gəlinini baltalayan 70 yaşlı kişi: "Oğlanı zorlamışdı..."

Bakıda oğlunu və gəlinini öldürməyə cəhddə təqsirləndirilən Mehdi İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 70 yaşlı Mehdi İsmayılovun oğlunu və gəlinini niyə baltalaması müəmma kimi qalıb. həmin cinayət işi üzrə materialları əldə edib. İttihama görə, hadisə ötən il dekabrın 5-də saa

30 avqust 2021
.

Zeytunluqda kişi həyat yoldaşını bıçaqladı

Sentyabrın 12-i saat 22 radələrində paytaxtın Binəqədi rayonu, Bağpark küçəsi, Zeytunluq massivində 1996-cı il təvəllüdlü Təhminə Hüseynovaya bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Binəqədi rayon prokurorluğundan -a verilən məlumata görə, aparılan araşdırmalarl

13 sentyabr 2021