Füzuli və Cəbrayıl rayonlarının işğalından 27 il ötür

Füzuli və Cəbrayıl rayonlarının işğalından 27 il ötürErmənistan silahlı qüvvələrinin Azərbaycanın Cəbrayıl və Füzuli rayonlarını işğal etməsindən 27 il ötür.

1993-cü il avqustun 23-də düşmən ölkənin silahlı birləşmələri Cəbrayılı işğal edib.

Ərazisi 1050 kv.km, əhalisi isə 60 minə yaxın olan Cəbrayılın ermənilər tərəfindən işğalı nəticəsində rayona 14 milyon dollardan çox ziyan dəyib.

Rayonda 90 kənd var və hazırda yalnız bir kənd - Cocuq Mərcanlı Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır. 2016-cı ilin aprel döyüşlərində Füzuli rayonunda geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələ Təpə yüksəkliyi Azərbaycan Silahlı qüvvələrinin nəzarətinə keçdi. Lələ Təpənin ələ keçirilməsi ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tam təhlükəsiz həyat şəraiti təmin edildi. Bu gün Cocuq Mərcanlıda geniş tikinti-quruculuq işləri davam edir.

Ərazisi 1050 kv.km olan Cəbrayıl rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb.

Cəbrayıldan olan məcburi köçkünlər hazırda ölkənin 58 rayonunda 2000-ə yaxın yaşayış məntəqəsində məskunlaşıb. Erməni silahlı birləşmələri tərəfindən işğal olunmazdan əvvəl rayonun kənd təsərrüfatı, əsasən, üzümçülük, heyvandarlıq, taxılçılıq, tərəvəzçilik, meyvəçilik, baramaçılıq sahələrindən ibarət olub. Cəbrayıl ərazisindən Bakı-Naxçıvan dəmir yolu (52 km), Şirvan-Zəngilan avtomobil yolu (60 km) keçir.

Rayon tarixi-memarlıq və dini abidələrlə zəngindir. Cəbrayıl rayonu erməni təcavüzkarlarına qarşı müharibədə 350-dən çox şəhid verib, 91 nəfər əsir və itkin düşüb, 177 nəfər əlil olub.

1993-cü il avqustun 23-də erməni hərbi birləşmələri tərəfindən işğal olunan Füzuli rayonunun ümumi sahəsi 139393 hektar olan rayonun qərb hissəsindən (50 kənd və rayon mərkəzi) 125368 hektar ərazi hələ də erməni silahlı birləşmələrinin işğalı altındadır. Füzulinin işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var.

Rayona məxsus qəsəbələrdən 12-si işğaldan azad olunub, ərazidə yeni qəsəbələr salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib. Hazırda ərazidə 51 min məcburi köçkün məskunlaşıb.

Ötən əsrin 80-ci illərinin sonlarından başlayan erməni təcavüzünə qarşı mübarizədə rayonun minlərlə sakini döyüşüb, yüzlərlə insan şəhid olub, yaralanıb, girov və itkin düşüb. Ümumilikdə Füzuli rayonu müharibədə 1100-dən artıq şəhid verib, 1450 rayon sakini əlil olub.

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz"i işğaldan sonrakı dövrlərdə Füzuli rayonu ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair bir sıra faktlar aşkarlayıb. Geniş meşə massivləri ilə örtülü olan Dövlətyarlı kəndində ağaclar bütünlüklə qırılıb, Qoçəhmədli kənd yolu boyunca ağaclar kütləvi şəkildə məhv edilib, Yağlıvənd kəndində kəndarası yolun sağ və sol tərəfindəki böyük yaşıllıqlar tamamilə qırılıb, 2006-2009-cu illər ərzində rayonun 35 000 hektardan artıq ərazisi ermənilər tərəfindən yandırılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1378   Tarix: 23 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Saxta sürücülük vəsiqəsi istifadə edən şəxs CƏZALANDIRILIB

Saxta sürücülük vəsiqəsindən istifadə etməkdə təqsirləndirilən Rusiya vətəndaşı barəsində hökm çıxarılıb. -a istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı - Emil Şərəfxan oğlu İsmayılov Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə (saxta sənəddən istifadə) ittiham olunub

20 dekabr
.

Toy mərasimlərində ənənə ilə israfçılıq arasında balans necə qurulmalıdır? - AÇIQLAMA

Toy mərasimləri Azərbaycan cəmiyyətində ailə dəyərlərinin, qohumluq bağlarının və ictimai münasibətlərin mühüm ifadə formasıdır. Lakin son illər toyların miqyası, xərclərin artması və sosial təzyiqin güclənməsi bu mərasimlərin mahiyyəti ətrafında müzakirələri də artırıb. Bəziləri üçün toy - milli kimliyi

19 dekabr
.

Bakıda onlayn qumar oynayan stamatoloq saxlanılıb

Bakıda onlayn qumar oynayan stamatoloq saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, 1996-cı ildə Bakı şəhərində anadan olmuş E.R. barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmədə məlum olub ki, E.R. 2025-ci ilin iyul ayının əvvəllərində

19 dekabr
.

Rusiya-Ukrayna cəbhəsində döyüşən Samirə Səmədova: "Qərbi Azərbaycan tarixi vətənimdir"

Kiyevdə azərbaycanlıların da təmsil olunduğu "Kozak Drive" Fondunda Ukrayna Silahlı Qüvvələrində xidmət edən yeganə azərbaycanlı qadın hərbi pilot Samirə Səmədova ilə görüş keçirilib. Fondun təmsilçisi Tatyana Peneva ilə Ukrayna Azərbaycanlıların Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev toplanmı

20 dekabr
.

Bayrama görə bu ailələrə BİRDƏFƏLİK YARDIM EDİLƏ BİLƏR

Bayram günləri yaxınlaşdıqca sosial vəziyyəti həssas olan ailələrin əlavə dəstək alıb-almayacağı mövzusu yenidən gündəmə gəlib. Xüsusilə bayram ərəfəsində aztəminatlı şəxslərə birdəfəlik yardım ayrılması ilə bağlı cəmiyyətdə gözləntilər olsa da, mövcud qaydaların buna imkan verib-vermədiyi sual doğurur

21 dekabr
.

Bakıda obyektin qarşısındakı özəl parkinq müzakirə yaratdı

Paytaxtın Xətai rayonu Mehdi Mehdizadə küçəsində yolun kənarında yaradılmış parkinq yeri müzakirələrə səbəb olub. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkədə ərazinin fotosunu paylaşan ictimai fəal Haldun Novruzzadə orada 3 maşınlıq pulsuz yerin ayrıldığını iddia edib. Onun sözlərinə görə

20 dekabr
.

Bir ildə 13 milyonluq sifariş - "Ultra Technologies" "tender kralı"na çevrilir

İnformasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən "Ultra Technologies" şirkəti cari ildə 16 tenderin qalibi seçilib. Qaynarinfo xəbər verir ki, həmin tenderlər Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, İnnovasiya və Təchiza

19 dekabr
.

Magistral yollarda görmə məhdudlaşacaq

Azərbaycanın avtomobil yollarında vəziyyət açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, dekabrın 21-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının görünüş məsafəsini

20 dekabr
.

Sabah hava necə olacaq?

Dekabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimal

19 dekabr