Albalının bilmədiyimiz faydaları

Albalının bilmədiyimiz faydalarıYayın ən çox istifadə olunan meyvələrindən biri də albalıdır. Xoş, turşməzə dadı ilə yadda qalan albalıdan daha çox mürəbbə, kompot hazırlanır. Albalı mürəbbəsi soyuqdəymənin, qripin təbii dərmanlarından sayılır. Amma albalının faydaları həddən artıq çoxdur. Türkiyədən olan qidalanma və diet mütəxəssisi Elif Gizem albalının bilinməyən faydalarını açıqlayıb.

Sonxeber.az e-tibb.az-a istinadən bildirir ki, COVID-19 pandemiyası dövründə sağlamlığımızı qorumaq, immuniteti gücləndirmək üçün yeməli olduğumuz məhsullardan biri də antioksidantlarla zəngin olan albalıdır. Albalı kalium, lif, C vitamini, melatoninlə zəngin bir meyvədir. 100 qram, 20 ədər orta boy albalı 1 porsiya meyvəni əvəz edir, cəmi 60 kaloriisi var. Albalı turş bir meyvə olduğundan, boş mədəyə yedikdə yanmaya səbəb ola bilər. Bu səbəbdən yeməkdən sonra qəbul etmək daha yaxşıdır.

Şəkərli diabeti olanlar gündəlik qidalarına 20 albalı əlavə etdikdə çox böyük faydasını görəcəklər. Albalı mədəaltı vəzinin insulin istehsalını artıraraq qanda şəkərin azalmasına kömək edə bilər. Albalı sayəsində qanda şəkəri normal səviyyədə saxlamaq daha asan olur və diabetin mənfi təsiri aradan qalxır.

Yuxunu tənzimləyir. Yatmaq vaxtı gəldikdə beyinə siqnal göndərən bir hormon olan melatoninin səviyyəsi yaşla azalmağa başlayır. Buna görə də, yaşlandıqca yuxusuzluq riski artır. Covid-19 pandemiyası ilə əlaqədar yaşadığımız stres yuxusuzluğu da artırır. Tədqiqatlara görə, albalı melatonin hormonu ifraz edir və albalı yeməklə yuxunu tənzimləmək mümkündür. Yuxusuzluq problemi olanlar yatmazdan 2 saat əvvəl 20 ədəd albalı yeyə bilərlər.

İmmun sistemi üçün çox vacibdir. Mükəmməl bir immun sisitemi üçün yetərincə antioksidant qəbulu çöx önəmlidir. Albalının tərkibində aparıcı antioksidant maddələrdən biri olan C vitamini çoxdur. 200 qram albalı (2 porsiya meyvə) gündəlik C vitamini ehtiyacımızın 40 faizini ödəyə bilər.

Ürək sağlamlığını qorumağa kömək edir. Yaşlanmaqla bağlı orqanlarımızın oksigen istifadə etmək qabiliyyəti azalır. Bu, damar sağlamlığımızın pisləşməsinə səbəb olur. Polifenollarla ən zəngin meyvələrindən biri olan albalı, ürək-damar xəstəlikləri kimi yaşa bağlı sağlamlıq problemlərinin başlamasını gecikdirməyə və ya inkişafını ləngitməyə təsir edir.

Yaddaşı gücləndirir. Gündəlik 1 stəkan albalı suyunun müntəzəm qəbulu tərkibindəki antosiyaninlər sayəsində yüngül və orta dərəcədə yaddaşsızlığı olan yaşlılarda düşünmə, hiss etmə, öyrənmə, xatırlama, qərar qəbul etmə və problem həlli kimi yaddaş və zehni prosesləri gücləndirə bilir. Unutqanlığın həm profilaktikasında, həm də müalicəsində təsirli olmaq üçün günorta yeməyində evdə hazırlanan bir stəkan şəkərsiz albalı suyu içməyi vərdiş halına gətirmək faydalıdır.

Xərçəng düşməni sayılır. Araşdırmalara görə, alablıya gözəl, parlaq qırmızı rəng verən antosianin xərçəngə səbəb olan hüceyrələrin böyüməsini yavaşladır, xərçəng hüceyrələrinin daha sürətli ölməsinə səbəb olur. Albalı, tərkibində yüksək melatonin olması səbəbindən bədəndə estrogen hormonunu tənzimləyərək döş xərçəngi riskini azaltmağa kömək edə bilir. Amma bununla yanaşı "albalı xərçəngdən qoruyur", deyə bilmək üçün daha çox araşdırmanın aparılmasına ehtiyac var.

Oynaqlarda yaranan ağrıları aradan qaldırır. Məsələn, oynaqlarda ağrı, şişkinliklə müşahidə olunan podaqra xəstəliyi zamanı faydalı sayılır. Podoqra xəstəliyi orqanizmdə sidik turşusunun yüksəlməsi ilə xarakterizə olunur. Albalının tərkibində olan antioksidantlar bədəndə sidik turşusu səviyyəsini aşağı salmaqla iltihabı azaltmağa kömək edir və ağrıları aradan qalıdırır. Gündə 1 ovuc albalı yemək və ya gündə 1 stəkan albalı suyu içmək ağrıları aradan qaldırmağa kömək edə bilər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1914   Tarix: 23 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Evdə elə bir yer var ki... bir neçə dəqiqəyə stressi azaldır

Evdə bir neçə dəqiqə ərzində sakitləşdirən və rahatladan bir məkan mövcuddur. Bu barədə məlumat verir:. Evdə sakitlik guşəsi nədir?. Sakitlik guşəsi evdə istirahət və bərpa üçün xüsusi ayrılmış məkandır. Bu zona stress səviyyəsini azaltmağa, diqqəti toplamağa və daxili tarazlığı bərpa etməyə kömək edir

19 dekabr
.

Müxtəlif geyimlər üçün hansı yuma rejimini seçmək daha yaxşıdır?

Müasir paltaryuyan maşınlar əvvəlki kimi deyil. Xüsusilə yeni modellərin bəzilərində ondan artıq yuma rejimi mövcuddur. Bundan əlavə, yuma zamanı suyun temperaturu, sıxma sürəti, yuma müddəti və qarışdırma intensivliyi kimi bir çox amillər də nəzərə alınmalıdır. bu yuma rejimlərini təqdim edir:. Niy

21 dekabr
.

Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ: Bazarda aşağı qiymətə yeni növ peyda olub

Qızıl bazarında bahalaşma günü-gündən artır. Bu səbəbdən yüksək qiymət nəticəsində daha yuxarı əyarlı qızıla tələbat azalır. Nəticədə, bazara daha aşağı əyarlı qızılın daxil olmasına zəmin yaranır. Xəzər TV-yə istinadən xəbər verir ki, satıcıların sözlərinə görə, əvvəllər 750 əyarlı qızılı alan dah

21 dekabr
.

Almaniya sakinindən maraqlı rekord: 11 min qar kürəsi toplayıb

Almaniya sakini Yozef Kardinal rekord sayda qar kürəsi toplayıb. xəbər verir ki, bu barədə UPI məlumat yayıb. Son günlərdə Ginnesin Rekordlar Kitabının nümayəndəsi kolleksiyaçının Nürnberqdəki evinə baş çəkib və dünyanın ən böyük qar kürəsi kolleksiyası üçün yeni rekordu rəsmi olaraq təsdiqləyib. Kardina

18 dekabr
.

Türkiyədə məşhurları tutduran narkotacir özü sərbəst buraxıldı

Türkiyədə bir sıra məşhurlara narkotik satmaqda ittiham olunan sosial media fenomeni Sercan Yaşar azadlığa buraxılıb. yerli mediaya istinadla bildirir ki, Sercan Yaşar İstanbul prokurorluğunun apardığı istintaq çərçivəsində narkotik satmaq və saxlamaq ittihamları ilə saxlanılıb. O, prokurorluqda ifad

18 dekabr
.

Niyə ön şüşələrdə qara nöqtələr olur? - Az adamın bildiyi gizli XÜSUSİYYƏT

Bir çox sürücü yalnız son vaxtlar avtomobillərin, ilk baxışda xırda görünən bir detalına - ön şüşənin kənarları boyunca yerləşən qara nöqtələrə diqqət yetirib. Demək olar ki, hər avtomobildə mövcud olmasına baxmayaraq, onların əsl təyinatı uzun müddət diqqətdən kənarda qalıb. xəbər verir ki, söhbət ö

21 dekabr
.

Dövlət universitetinin açıq bufetinə baxın! Menyusu qədər qiymətləri də təəccübləndirir! - VIDEO

Dövlət universiteti olan İstanbul Medeniyet Universitetində təqdim olunan açıq bufet yemək xidməti diqqət çəkib. türk mediasına istinadən xəbər verir ki, menyuda yeməklərin çeşidinin çoxluğu ilə yanaşı, qiymətinin cəmi 50 TL olması maraq doğurub. İstanbul Medeniyet Universitetinin tələbələrinə göstərdiy

19 dekabr
.

Binaların dağılmadan qorunması ilə bağlı yeni qayda mənzillərin qiymətinə necə təsir edəcək?

Çoxmərtəbəli yaşayış binaları bundan sonra yeni qaydalarla tikiləcək. Söhbət hündürlüyü 200 metrdən çox olan binalardan gedir. Xəzər TV-yə istinadən xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bina və qurğuların getdikcə artan dağılmadan mühafizəsi ilə bağlı qaydaları təsdiqləyib. Bu normala

21 dekabr
.

Tez-tez ayaqyalın gəzdikdə orqanizminizdə nələr baş verəcək?

Ayaqyalın gəzmək sağlamlığı möhkəmləndirməyin sadə, lakin effektiv üsullarından biridir. xarici KİV-ə istinadla bildirir ki, bu vərdiş qan dövranını yaxşılaşdırır, ayaqaltındakı sinir uclarını stimullaşdırır, stressi azaldır və bədənin təbii duruşunun bərpasına kömək edir. Ayaqyalın gəzməyin faydaları

19 dekabr