Dünyada ən çox neft alan və satan ölkələr - SİYAHI
Dünya üzrə ötən il ən çox neft istehsal edən ölkə Səudiyyə Ərəbistanı olub. Səudiyyə 568 milyon 500 min ton neft istehsal edib. Ən çox neft istehlakı isə ABŞ-ın payına düşüb. ABŞ 851 milyon 600 min ton neft istehlak edib.
Sonxeber.az publika.az-a istinadən xəbər verir ki, BP "Dünya Enerji Statistikası Hesabatı" hazırlayıb. Həmin hesabatda ötən il dünyada ümumilikdə 13 milyard 147 milyon 300 min ton neft ekvivalenti enerji istehlak edildiyi yazılıb. Bu enerji istehlakı tərkibində neft 32,9%-lik payla ilk yeri tutub.
Dünyada neft hasilatı keçən il 2014-cü illə müqayisədə 3,2 faiz artaraq 4 milyard 361 milyon 900 min ton olub. Dünyadakı ümumi neft hasilatının 13%-ni Səudiyyə Ərəbistanı təmin edib. Ən çox istehlak da 19,7 faiz ilə ABŞ tərəfindən reallaşdırılıb.
Neft istehsalında dünyada ilk yeri tutan Səudiyyə Ərəbistanı istehsal səviyyəsini keçən il 2014-cü illə müqayisədə 4,6% artıraraq 568 milyon 500 min tona çatdırıb. Səudiyyə Ərəbistanının ardınca 567 milyon 200 min tonla ABŞ və 540 milyon 700 min tonla Rusiya gəlir.
Keçən il 2014-cü illə müqayisədə neft hasilatını ən çox artıran ölkə isə 22,9% ilə İraq olub. Ölkədə istehsal, 160 milyon 300 min tondan 197 milyon tona qalxıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Manatın məzənnəsi ilə bağlı vacib AÇIQLAMA
"Azərbaycan manatın ABŞ dollarına qarşı məzənnəsini 1,7 səviyyəsində sabit saxlanmasını davam etdirəcək". "S&P Global Ratings" Azərbaycan üzrə yenilənmiş iqtisadi proqnozlarını açıqlayıb. Qeyd edilib ki, Mərkəzi Bankın mütəmadi valyuta intervensiyaları və güclü ehtiyat mövqey
6 dekabrNazirlik bələdiyyə sədrinin müavinindən 8 min manatlıq mebel alır
Ədliyyə Nazirliyi fərdi sahibkar Əsəd Əzizovla satınalma müqaviləsi bağlayıb. Qaynarinfo-nun məlumatına görə, müqavilədə mebel və digər inventarların satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 8 184,48 manatdır. Nazirlik bu məbləğə sənəd dolabı, metal stellaj, ISO stul, paltar dolabı
12 dekabrAzərbaycan Türkiyədən metal idxalına çəkdiyi xərci 5 %-ə yaxın azaldıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 124,06 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,9 % azdır. Təkcə noyabr ayında Türkiyə Azərbaycana 9,695 milyo
13 dekabrGələn il də maaş və pensiyalar artacaqmı?
Pərviz Heydərov yazır. 2026-cı il üçün dövlət büdcəsi gəlirləri 2025-ci ilin proqnozu ilə müqayisədə 253 milyon manat, başqa sözlə cəmi 0.6% çox olmaqla 38 609 00.0 min manat, xərcləri isə 296 milyon manat, yəni cəmi 0.7% çox olmaqla 41 703 600.0 min manat təşkil edəcək. Lakin cəmiyyəti maraqlandıra
22 noyabrBu il problemli kreditlərin həcmi 13,5 faiz artıb
2025-ci il noyabrın 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8.3 faiz artaraq 31 milyard 169.4 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, ümumi kredit portfelinin 25 milyard 701.7 milyon manatı v
13 dekabrDoğum sayı azalıb, ölüm halı dəyişməyib
2025-ci ilin on ayı ərzində ölkədə 80 802 doğulan körpə doğumu, 49 846 isə ölüm halı qeydə alınıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 100 nəfərinə doğum halı azalaraq 10,1-dən 9,5-ə düşüb. 2024-c
12 dekabr