Bakıda 22 yaşlı oğlan qayınatasını niyə öldürdü? - DƏHŞƏTLİ TƏFƏRRÜAT

Bakıda 22 yaşlı oğlan qayınatasını niyə öldürdü? - DƏHŞƏTLİ TƏFƏRRÜATBakı sakini, 1967-ci il təvəllüdlü Xalıq Bağırovun qətlə yetirilməsinin təfərrüatı məlum olub.

X.Bağırovun ailə üzvlərinin verdiyi məlumata görə, hadisədən 3 ay əvvəl 1998-ci il təvəllüdlü Ayxan Hüseynəliyev öz həyat yoldaşını Sumqayıt şəhərində yandıraraq öldürmək istəyib.

Bildirilib ki, həmin vaxt qadın hadisə yerindən qaçıb və itkin düşüb:

"Sonra qız tapılıb ata evinə gətirildi. Biz də Ayxan Hüseynəliyevin əməlindən polisə məlumat verdik. Ayxanın atası Asif isə polisə müraciət etdiyimiz üçün bizi təhdid etməyə başladı. Həmçinin də Ayxan bizi təhdid edirdi. Onların təhdidlərindən sonra Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə müraciət etdik, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsində isə mərhum Xalid Bağırov izahat verib. Ayxan Hüseynəliyevin təhdidləri barədə müraciət edən zaman DİN-dən təhlükəsizliyimizin təmin olunmasını istədik. Bir qədər sonra bizə təhlükəsizliyimizin təmin olunacağı barədə məktub gəldi. Lakin ailənin təhlükəsizliyi təmin olunmadı".

Qeyd edilib ki, avqustun 31-i saat 10 radələrində Ayxan Hüseynəliyev Xalıq Bağırovu qətlə yetirib:

"Ayxan həmişə zəng edib, bütün ailə üzvlərimizi öldürəcəyini bildirirdi. Hadisə günü də o, Binəqədi rayonu, Biləcəri qəsəbəsinə gəlib, evin yaxınlığında gözləyib. Ayxan Xalıq Bağırovun evdən çıxmasını gözləyib. Çünki onun məqsədi ailənin hamısını öldürmək olub. Xalıq Bağırovla Ayxan Hüseynəliyev qapının qarşısında üz-üzə gəlib. O, içəri girməyə çalışıb. Bu zaman Xalıq Bağırov onun qarşısını kəsib. Ayxan da onun bıçaqlamağa başlayıb. Ayxan əvvəl Xalıq Bağırovun boğazını kəsib, ümumilikdə isə 14 bıçaq zərbəsi vurub. Qonşunun hadisə yerinə gəldiyini görən Ayxan hadisə yerindən qaçıb".

Xatırladaq ki, rəsmi məlumata əsasən, hadisə avqustun 31-i saat 10 radələrində paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb. A.Hüseynəliyev qayınatası X.Bağırovu şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı çoxsaylı bıçaq xəsarətləri yetirərək öldürüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

A.Hüseynəliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.(Report)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2479   Tarix: 01 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İmişlidə mübahisə qanlı bitdi: 32 yaşlı kişi bıçaqlandı

İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib. -ın məlumatına görə, hadisə Şahverdili kəndində qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Hüseynov Səbuhi Sabir oğlu mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmi

5 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Qardaşını öldürüb transformatorun içinə atdı

Bərdədə qardaş qardaşı bıçaqlayaraq qətlə yetirib. "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Hacılı kəndində baş verib. Cinayətkar daha sonra meyiti transformatorun içinə atıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı rayon prokurorluğunda araşdırm

29 avqust 2021
.

Azərbaycanda yeniyetmə 53 yaşlı kişini öldürdü - YENİLƏNİB

Sentyabrın 10-u saat 06:00 radələrində 1968-ci il təvəllüdlü Əli Əliyevin bıçaqlanaraq xəsarət alması nəticəsində ağır vəziyyətdə Göyçay Rayon Mərkəzi Xəstəxanasına daxil olması və orada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Göyçay Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişi

10 sentyabr 2021
.

Kürdəmirdə qardaş bacısını qətlə yetirdi

Kürdəmirdə qətlə hadisəsi törədilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini, 1986-cı il təvəllüdlü Nəsirova Dilarə Təbriz qızı aralarında yaranan ailə münaqişəsi zəminində qardaşı Şıxəliyev Xəyal Təbriz oğlu tərəfindən bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib. Faktla bağl

15 sentyabr 2021
.

Sabirabadda qaynını bıçaqlayıb, qayınanasına xəsarət yetirən şəxs saxlanılıb - YENİLƏNİB

Sabirabadın Kürkəndi kəndində qaynını bıçaqlayan Ramil Tarverdiyev polis tərəfindən saxlanılıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğlu boğazından və döş qəfəsindən bıçaqlanıb. Yaralı çoxsaylı bıçaq xəsarətləri və qanitirmə diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilərə

7 sentyabr 2021
.

Qaxda baş verən yanğın məhdudlaşdırılıb

Qax rayonunun Güllük kəndi ərazisində hündür dağ zirvəsində dünən axşam saatlarından başlayan yanğın məhdudlaşdırılıb. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, əraziyə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası, 40 nəfər şəxsi heyəti, o cümlədən meşə təsərrüfat

25 avqust 2021
.

Göygöldə 83 yaşlı kişi intihar edib

Göygöl rayonunda intihar hadisəsi qeydə alınıb. xəbər verir ki, bu barədə -a hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilib ki, 1938-ci il təvəllüdlü Göygöl rayonu Xəqani kənd sakini Famil Musayev yaşadığı evdə özünü asaraq intihar edib. O, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirmi

25 avqust 2021
.

Azərbaycanda DƏHŞƏTLİ OLAY - Dostu ilə əlbir olub qardaşını öldürdü

Prokurorluq Bərdədə baş vermiş hadisə ilə bağlı məlumat yayıb. Rayon prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 28-i saat 20 radələrində Bərdə rayonu, Hacallı kəndində transformatorun içində kənd sakini, 1988-ci il təvəllüdlü Səxavət Nəzərovun meyitinin aşkar edilməsi barədə rayo

30 avqust 2021
.

Namus üstündə nişanlı qızı boğan dayıdan YENİ XƏBƏR

Göyçayda bacısı qızını boğub öldürən Vüqar Bədəlovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. -a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Nahid Mirzəyevin icraatına verilib. Qeyd edək ki, bu ilin may ayınd

9 sentyabr 2021