Həmidə Xanım Cavanşir - Qarabağın xeyirxah "Dəmir ledi"si

Həmidə Xanım Cavanşir - Qarabağın xeyirxah "Dəmir ledi"siTarixin bütün dövrlərində, hətta ən keşməkeşli hesab edilən anlarında belə Azərbaycanın istər tarixində, istərsə də mədəniyyətində igidliyi, mərdliyi, cəsarəti, xeyirxahlığı, elmi ilə heç də kişilərdən geri qalmayan qadınların adları həkk olunub. Belə tarixi simalardan biri də dövrünün görkəmli ictimai xadimi, xeyriyyəçi və maarifçi Həmidə xanım Cavanşir olub.

1873-cü ildə Kəhrizli kəndində dünyaya gələn və Azərbaycanın ilk maarifçi qadınlarından biri hesab edilən Həmidə Xanım tarixçi Əhməd bəy Cavanşirin qızı, Cəlil Məmmədquluzadənin isə həyat yoldaşı olmuşdur. Əhməd bəy Cavanşir kimi ziyalının ailəsində dünyaya gələn bu xanım Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, mətbuatına atası qədər can yandırmış, böyük töfhələr vermişdir.

Nəzərinizə çatdırım ki, zəmanəsinin görkəmli maarifçisi, daim yeniliyi, mədəniyyətin təmsilçisi olan Əhməd bəy Cavanşir eyni zamanda məşhur "Qarabağ xanlığının siyasi vəziyyətinə dair" əsərinin müəllifidir. Belə bir alicənab şəxsin evində doğulan övlad kimi Həmidə xanım öz təhsili, rus dili biliyi, intellekti və dünyagörüşü ilə təbii ki, digər xanımlardan xeyli dərəcədə fərqlənirdi.
Həmidə Xanım Cavanşir - Qarabağın xeyirxah "Dəmir ledi"siHəmidə xanımın ilk evliliyi həyat yoldaşı podpolkovnik İbrahim bəy Davatdarovun cəbhədə həlak olmas ilə nakam sonlanır. Bu hadisədən sonra Həmidə xanım Kəhrizliyə - ata mülkünə geri dönür. Bir müddət sonra o Tiflisdə olarkən Cəlil Məmmədquluzadə ilə tanış olur və bu tanışlıq qəlbi Azərbaycan ilə döyünən iki fədəkar insanın, ziyalının, maarifpərvərin izdivacı ilə nəticələnir. Hansı ki, bu izdivac sözün əsl mənasında XX əsr Azərbaycan mədəniyyəti, xüsusilə ədəbiyyatı və mətbuatı üçün bir işıq oldu. Onların ailə qurmasına böyük narazılıqlar olsa da, Həmidə xanım bunun öhdəsindən gələrək Mirzə Cəlilə həm sadiq həyat yoldaşı olur, həm də ən yaxın maarifçi silahdaşı, ziyalı həmdəmi olur. Bu iki işıqlı insan birlikdə dövrünün ən çətin zamanında nadanlıqla mübarizə aparmış, öz amallarından dönməmiş, bir-birinə dayaq olmuşlar. Ən əsası isə bizə "Molla Nəsrəddin" boyda mədəni irs yadigar qoymuşlar. Hətta Həmidə Xanım özünün 70-dən çox 12 vərəqli dəftərə yazdığı və çapı qadağan edilən "Xatirələrim" adlı əsərində Qarabağın o dövrkü vəziyyəti, atası- Böyük marifçi Əhməd bəy Cavanşirin misilsiz həyatı və yaradıcılığı, ömür yoldaşı Mirzə Cəlilin və özünün həyat mübarzəsinə çevrilmiş, "Molla Nəsrəddin"in Təbriz həyatı, ətrafındakı böyük insanların hekayətlərini gəlcək nəsillərə ötürmək istəmişdi. Bu əsərin çapının qadağan edilməsinə səbəb Həmidə xanımın Mir Cəfər Bağırovun istəyi ilə həmin əsərdə Qarabağdakı bolşevik fəaliyyətindən yazmaması olub. Onun bu istəyə cavabı isə belə olur: "Mən görmədiklərmi yaza bilmərəm".

Demək olar ki, bütün Qarabağ əhalisinə çoxsaylı yardımlar edən, əl uzadan, arxa duran Həmidə xanım buna görə bəlkə də bütün həyatı boyu çətinliklərlə mübarizə aparmalı olmuşdur.

Qarabağın xeyirxahlıq işığı...

Kəndə iki kəhriz çəkdirən Həmidə xanım ona müraciət edən heç kəsi naümid qoymurdu. O Novruz bayramında böyük el şənliyi qurar, hər kəsə bayram sovqatı paylayardı. Qurban bayramında da hər bir ailənin payı hökmən verilirdi. Hər zaman əhalinin ümid yeri olan Həmidə xanım Cavanşir çəkinmədən öz varidatını el-obasının əhalisi yolunda xərcləyib. Bölgədə xəstəliklər kütləvi yayılanda isə özü şəxsən kəndin körpələrini faytonu ilə mərkəzə aparıb, onlara peyvənd vurduraraq sağalmalarını təmin edib.

Həmidə xanım 1912-ci ildən Kəhrizlidə öz vəsaiti hesabına məktəb açıb və özü də burada dərs deyib. O, xatrələrində yazırdı ki, "kənddə oğlanlarl qızların bir yerdə oxduğu məktəb açmaq atamın mənə vəsiyyəti idi". Həmidə xanım qadınların problemlərinin həllinə, onların savadlanmasına xüsusi səy göstərib, hətta gəlin köçən qızlara da xüsusi cehizlik hədiyyələr ayırıb. Bu xeyriyyəçi xanımın yardımlarına dövrünün məşhur milyonçusu Hacı Zeynalabdin Tağıyev və ictimai xadim, siyasətçi Əhməd bəy Ağaoğlu da dəstək olublar.

1905-ci ildə Qarabağda qıtlıq zamanı Həmidə xanım müsəlman kəndləri ilə yanaşı, ac erməni kəndlərinə də yardım edirdi. Axı bu xeyirxah insan nə bilərdi ki, ermənilər Qarabağa belə dönük çıxa, bu torpaqlarda gözləri ola. Vəhşiliklərindən geri qalmayan ermənilər bu yaxşılığın əvəzində onlara ac vaxtı yardım aparan kəndləri yandırb məhv etdilər.

Bu böyük qəlbli xanım həm də o dövrün yardım ehtiyacı olan ziyalılarının da problemlərini həll edib. Belə ki, ciddi xəstəliyi olan Mirzə Ələkbər Sabir məhz Həmidə xanımın məsləhəti ilə Mirzə Cəlil tərəfindən Tiflisə müalicə üçün dəvət alıb. Həmidə xanımın Sabirə göstərdiyi qayğı haqqında dahi Üzeyir bəy Hacıbəyli xüsusi məqalə yazıb. Məqalənin son sözlərini oxuduqca acı həqiqət insanın qəlbini eyni anda həm təəssüf, həm də təqdir hissləri ilə dolub-daşırır: "Qoy ədəbiyyat tarixinə yazılsın ki, Sabir kimi şairi diriliyində təqdir edən bir kişi olmadısa da, bir nəfər qadın oldu ki, şairin iadei-səhhəti üçün, milyonçu kişilərə rəğmən, öz varından keçəcək qədər böyük bir hamiyyət göstərdi".
Həmidə Xanım Cavanşir - Qarabağın xeyirxah "Dəmir ledi"siBu böyük qəlbli xanım həm də o dövrün yardım ehtiyacı olan ziyalılarının da problemlərini həll edib. Belə ki, ciddi xəstəliyi olan Mirzə Ələkbər Sabir məhz Həmidə xanımın məsləhəti ilə Mirzə Cəlil tərəfindən Tiflisə müalicə üçün dəvət alıb. Həmidə xanımın Sabirə göstərdiyi qayğı haqqında dahi Üzeyir bəy Hacıbəyli xüsusi məqalə yazıb. Məqalənin son sözlərini oxuduqca acı həqiqət insanın qəlbini eyni anda həm təəssüf, həm də təqdir hissləri ilə dolub-daşırır: "Qoy ədəbiyyat tarixinə yazılsın ki, Sabir kimi şairi diriliyində təqdir edən bir kişi olmadısa da, bir nəfər qadın oldu ki, şairin iadei-səhhəti üçün, milyonçu kişilərə rəğmən, öz varından keçəcək qədər böyük bir hamiyyət göstərdi".

Təbii ki, Həmidə xanımın el-obası üçün etdiyi yaxşılıqları yüksək qiymətləndirir və qürurla sadalayırıq. Ancaq bu xeyriyyəçi qadın həm də təhsilli olduğu üçün anlayırdı ki, bütöv bir xalqın yüksəlişi elmlə, savadla, təhsillə, ədəbiyyat və mədəniyyətlə mümkündür. O həm də nadanlığa, cahilliyə, savadsızlığa qarşı mübarizədə qabaqcıl maarifçilik flaqmanı olan "Molla Nəsrəddin"in xeyirxah himayədarı olmuşdur. O, bütün varidatını, sərvətini jurnalın və həyat yoldaşının yaradıcılığına böyük ürəklə sərf etmişdir. Bu jurnal xalqın mədəni və ictimai intibahında mühüm amil olub. Bu nailiyyətlərin müəllifi olan Mirzə Cəlil daim vurğulayıb ki, onun uğurlarında Həmidə xanım Cavanşirin böyük payı var.

Həmidə xanım haqqında daha bir həqiqət onun Azərbaycan tarixində ilk məruzəçi qadın olmasıdır. Belə ki, 1912-ci ildə Tiflisdə Zaqafqaziya Seymində Həmidə xanım iri mülkədar kimi Qarabağı təmsil edirdi. Həmin Seym üçün onun çıxışını həyat yoldaşı Cəlil Məmmədquluzadə redaktə edir. Hətta zarafat üçün Mirzə Cəlil xanımına deyir: "Arvad da doklad edər?".

Həmidə xanımın xatirələrində Nuru Paşa...

Türkəm deyənin, türkün dostuyam söyləyənin dili boğazından çıxarılan bir vaxta Həmidə xanım xatirələrində belə yazırdı: "Təqribən mayın ortalarında Mirzə Cəlil adəti üzrə Ağdama getdi. Axşamçağı isə evə tanımadağımız bir gənclə qayıtdı. Sən demə, bu, Nuru paşa imiş. Cəlil onunla Ağdamda tanış olmuşdu. Sözarası paşa ona demişdi ki, iki aydır istirahət görmür, çox yorğundur. Paşa çox istəyirmiş ki, hardasa bir az dincəlsin. Belə də Mirzə Cəlil paşanı kəndə dincəlməyə dəvət edir və onlar birlikdə gəlirlər.

Nəhayət, söz-söhbət dolaşdı ki, türklər gəlirlər. Türklər ölkədə nizam-intizam yaratmaq və Şuşa yolunu açmaq üçün gəlirdilər. Hər kəs türklərin gəlişini gözləyir və Şuşada böyük bişavaz tədbirləri görülürdü. Şəhər bəzədilmiş, qala qapılarının girəcəyində bir neçə zəfər tağı bəzədilmişdi. Bu zəfər tağlarından birini Şuşa qadınları adından mən ucaltmışdım. Ağ kəlağayımın üzərinə tikmə naxışla hilal və ulduz salmış və türkcə belə bir şuar yazmışdım: "Gün gələcək, həqiqət günəşi doğacaq, əsarətdə qalan Ana - Şərq istiqlal qazanacaq!".

82 illik ömrün böyük hissəsini xalqına, el-obasına, inandığı həqiqətə, mübarizəyə sərf edən bu dəyərli Azərbaycan qadını 1955-ci il 6 fevral tarixində gözlərini əbədiyyən yumdu. Lakin geriyə xatirələrdə yaşayan və hər zaman haqqında danışılacaq ibrətamiz həyat hekayəsi qaldı. Bir də öz sərvətindən keçərək himayədar olduğu və bizlərə miras qoyduğu "Molla Nəsrəddin". Rahat uyu, ey amalı Vətənin işıqlı istiqbalı olan Həmidə xanım Cavanşir! Min illər keçsə də bu xalqın övladları hər zaman xalqın üçün döyünən ürəyinin səsini duyacaq və sənin yolunla gedəcək!

Həmidə xanım Cavanşirin Ağcabədi şəhərindəki Ev muzeyində saxlanılan eksponatlardan bəzilərini təqdim edirik.
Həmidə Xanım Cavanşir - Qarabağın xeyirxah "Dəmir ledi"siHəmidə Xanım Cavanşir - Qarabağın xeyirxah "Dəmir ledi"siHəmidə Xanım Cavanşir - Qarabağın xeyirxah "Dəmir ledi"siHəmidə Xanım Cavanşir - Qarabağın xeyirxah "Dəmir ledi"siHəmidə Xanım Cavanşir - Qarabağın xeyirxah "Dəmir ledi"siHəmidə Xanım Cavanşir - Qarabağın xeyirxah "Dəmir ledi"siHəmidə Xanım Cavanşir - Qarabağın xeyirxah "Dəmir ledi"siHəmidə Xanım Cavanşir - Qarabağın xeyirxah "Dəmir ledi"siHəmidə Xanım Cavanşir - Qarabağın xeyirxah "Dəmir ledi"siHəmidə Xanım Cavanşir - Qarabağın xeyirxah "Dəmir ledi"siHəmidə Xanım Cavanşir - Qarabağın xeyirxah "Dəmir ledi"siHəmidə Xanım Cavanşir - Qarabağın xeyirxah "Dəmir ledi"siAydın Tağıyev


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1217   Tarix: 15 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Maşını kapotu açıq şəkildə sürüb təhlükə yaratdı - Video

Sosial şəbəkələrdə "Chevrolet Cruze" markalı avtomobilin magistral yolda kapot hissəsi açıq şəkildə idarə edilməsini əks etdirən görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, minik avtomobilinin ön hissəsində görüntünün məhdudlaşdırılmış formada idarə edilməsi yolda təhlükəli vəziyyə

25 aprel
.

"Bu bəyanat anti-Azərbaycan qüvvələrinin ölkəmizə olan hikkəsidir" - ŞƏRH

Məlumdur ki, Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib. Qətnamədə qeyd olunur ki, Avropa Komissiyasının Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlığın dayandırılması məsələsinə baxması istənilir. O cümlədən qətnamadə Azərbaycana qarşı bir sıra sanksiyaların tətbiq edilməsi təkli

26 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur (VİDEO)

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

26 aprel
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

25 aprel
.

"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xamını ölkəni tərk etdi, özünə "stop" qoyulur

Landmark" Biznes Mərkəzinin qanuni təmsilçisi Eran Muduroğlunun həyat yoldaşı Nərgiz Nəsrullayevanın Azərbaycandan getdiyi xəbərinin ardınca iş adamının çıxışına "stop" qoyulması gündəmə gəlib. Qaynarinfo xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlə

26 aprel
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

26 aprel
.

Açıq havada satılan yeməklərdə DİQQƏTLİ OLAQ! Sağlamlığımıza hansı təsirləri var? - AÇIQLAMA

Açıq havada çoxlu mikroblar var və onlar tozla birləşərək asanlıqla yayılmağa başlayırlar. Xüsusilə havalar isindikcə epidemiyaya səbəb olan açıq qidalara nəqliyyat vasitələrinin çoxluğu və insanların sığlığı səbəbindən mikrob daha tez keçir. Xüsusilə çöldə satılan simit, peraşkı, dönər və qutab kim

25 aprel
.

Bulaqlarda erməni saxtakarlığı: Naxış və nişan vuraraq... - VİDEO

Laçın şəhərində daha bir erməni saxtakarlığı üzə çıxıb. Belə ki, ermənilər işğal dövründə Laçın və ətrafında yerləşən bulaqlara naxış və nişan vuraraq özününküləşdirməyə çalışıblar. "Bu bulaqlara üzüm kimi şəkillər çəkərək özlərinin olduğunu göstərmək istəyiblər. Mənim 78 yaşım var, həmişə bu bulağ

25 aprel
.

Elmira Süleymanovanın dəfn olunacağı yer BİLİNDİ - YENİLƏNİR

Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanovanın dəfn olunacağı yer bilinib. xəbər verir ki, E.Süleymanova İkinci Fəxri xiyabanda dəfn olunacaq. 14:27. Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova ilə vida mərasimi keçirilir. xəbər verir ki, mərasim Təzəpir məscidind

25 aprel