Azərbaycanda kişilər və qadınlar üçün pensiya yaşı MÜƏYYƏNLƏŞDİ

Azərbaycanda kişilər və qadınlar üçün pensiya yaşı MÜƏYYƏNLƏŞDİ"Sığortaolunanların 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində qeydə alınır".

Sonxeber.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib. Onun sözlərinə görə, bu məbləğ (staja görə yaranan kapital) indeksləşdirilir. 2006-cı ildən sonrakı bütün illərin indeksləşmə əmsalına uyğun olaraq aparılır. 2006-cı ilədək 25 il və ya daha çox stajı varsa, qeyd olunan qaydada kapitala çevrilir və pensiyanın məbləği hesablanır. Hesablanmış pensiyanın məbləği minimum pensiyadan az olduqda minimuma çatdırılmaqla ödənilir.
Yaşa görə minimim kapital tələbi 01.07.2018-ci ilədək 1 qəpikdir. Belə ki, 2019-cu ilin yanvarın 1-dən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, 2006-cı ildən sonra 2018-ci ilin iyunun 1-dək fərdi hesabında bir qəpik belə olsun pensiya kapitalı olan şəxslərin hər birinə 25 il sığorta stajı hədiyyə edilməklə əmək pensiyası təyin olunur.

Yaşa görə ümumi əsaslarla pensiyanın sığorta hissəsi 01.01.2006-cı ilədək staja əsasən formalaşan kapitalla 01.01.2006-cı ildən sonra ödəmiş olduğu sığorta haqlarına əsasən formalaşan kapitalın cəminin 144-ə nisbəti şəklində hesablanır. Belə ki, əmək pensiyalarının məbləği 2006-cı ilin yanvarın 1-dək olan dövr üçün şəxslərin sığorta stajına əsasən formalaşan kapitala və 2006-cı ilin yanvarın 1-dən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində toplanan sığorta kapitalına uyğun olaraq müəyyənləşdirilir. Əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan və 2006-cı ildən sonrakı dövr ərzində sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizi fərdi hesabın sığorta hissəsində qeydə alınır.

Ümumi əsaslarla yaşa görə pensiya təyinatı üçün vətəndaş pensiya yaşına çatılmalıdır, fərdi hesabının sığorta hissəsində pensiya kapitalı pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Fərdi hesabın sığorta hissəsində pensiya kapitalı pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədikdə isə şəxsin azı 25 il sığorta stajı olmalıdır. 2020-ci il iyulun 1-dən pensiya təyin olunması üçün yaş həddi kişilərdə 65, qadınlarda isə 62 yaş müəyyən edilib.

Hazırda ölkəmizdə minimum pensiya məbləği 200 manat təşkil edir. Əmək pensiyasının məbləği vətəndaşın gəlirlərindən ödədiyi sığorta haqqından asılı olduğu üçün pensiyanın maksimum məbləğinə məhdudiyyət qoyulmayıb. Yəni vətəndaş nə qədər çox kapital toplayarsa, ödənişinin qarşılığında bir o qədər də çox pensiya ilə təmin olunur.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 16782   Tarix: 16 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

"Karvan İstehsalat Kommersiya Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib. Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində məhkəməyə Namiq Abdullayev Nurəddin oğlu müraciət edib. O, şirkət rəhbərliyi barəsində "Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ

26 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib:Rusiya növbəti müharibəyə BAŞLAYIR? - ŞƏRH

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Baş verənlər

25 aprel
.

"Qismət-M House" MMC-yə yazılan protokola baxılacaq tarix açıqlandı: Yüksək məbləğdə cərimə

"Qismət-M House" MMC barəsində tərtib olunan inzibati protokola baxılacaq tarix açıqlanıb. -ın xəbərinə görə, sənədə Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin sədrliyi ilə mayın 8-də baxılacaq. Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-c

26 aprel
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

25 aprel
.

Elmira Süleymanovanın dəfn olunacağı yer BİLİNDİ - YENİLƏNİR

Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanovanın dəfn olunacağı yer bilinib. xəbər verir ki, E.Süleymanova İkinci Fəxri xiyabanda dəfn olunacaq. 14:27. Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova ilə vida mərasimi keçirilir. xəbər verir ki, mərasim Təzəpir məscidind

25 aprel
.

Qalmaqala səbəb olan "23 aprel" şousu: Balaca uşaq Dilan Polat kimi hərəkətlər etdi - FOTO+VİDEO

Aprelin 23-də məktəb tədbirində balaca uşağa Dilan Polat təqlidini etdiriblər. türk mediasına istinadən xəbər verir ki, sözügedən tədbirdə azyaşlının çıxışı tənqidlərə səbəb olub. Belə ki, Uşaqların çıxış etdiyi şouda çəhrayı don geyinmiş, saçlarına saxta dollar taxmış balaca qız Dilan Polatın Enerc

25 aprel
.

Açıq havada satılan yeməklərdə DİQQƏTLİ OLAQ! Sağlamlığımıza hansı təsirləri var? - AÇIQLAMA

Açıq havada çoxlu mikroblar var və onlar tozla birləşərək asanlıqla yayılmağa başlayırlar. Xüsusilə havalar isindikcə epidemiyaya səbəb olan açıq qidalara nəqliyyat vasitələrinin çoxluğu və insanların sığlığı səbəbindən mikrob daha tez keçir. Xüsusilə çöldə satılan simit, peraşkı, dönər və qutab kim

25 aprel
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25 aprel
.

Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək

Şuşada vokalçıların Bülbül adına IX beynəlxalq müsabiqəsi keçiriləcək. xəbər verir ki, müsabiqə 3-9 iyun tarixində, Şuşa şəhərində baş tutacaq. Müsabiqədə iştirak üçün heç bir ödəniş tələb olunmur. Müsabiqənin mükafatları:. Qran-pri (10 00 dollar ). I mükafat (7 00 dollar). II mükafat (5 00 dollar)

25 aprel