"İnformasiya müharibəsinin hədəfi depressiya və ümidsizlik yaratmaqdır" – Çağırış

"İnformasiya müharibəsinin hədəfi depressiya və ümidsizlik yaratmaqdır" – Çağırış"Bildiyiniz kimi, bu gün gecə saatlarından başlayaraq, düşmən yeni təxribatlara əl atıb və vəziyyəti gərginləşdirib. Şəhidimiz var! Heç şübhəsiz ki, Vətənimizin keşiyində duran Ordumuz düşmənə layiqli cavab verib. Və bundan sonra da verəcək! Lakin dəfələrlə qeyd etdiyim kimi, müharibə yalnız düşmənlə təmas xəttində deyil, informasiya sahəsində də aparılır".
Sfera.az xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, Əməkdar jurnalist Vüqar Zifəroğlu "Facebook" sosial şəbəkəsindəki hesabında yazıb.
O bildirib ki, düşmənlərimiz (və yalnız ermənilər deyil) müxtəlif forma və üsullardan istifadə edərək informasiya məkanımıza dezinformasiyalar daxil etməklə yanaşı, ölkəmizdə, vətəndaşlarımız arasındakı ab-havanı da öyrənməyə çalışır, müəyyən manipulyativ xarakterli xəbərlər ötürməklə ictimai rəyi yoxlamağa çalışırlar:
"Onlar test etməyə səy göstərir, bilgi almaq istəyirlər. Bu baxımdan edilən hər paylaşıma diqqət etməliyik. Dəfələrlə qeyd etmişik: İnformasiya müharibəsi yalnız saytların dağıdılması və kiber-hücumlar deyil, həm də təhlükəsizliyimizin xüsusi komponentini təşkil edən informasiya məkanımıza müxtəlif yollarla müdaxiləni də nəzərdə tutur. İnformasiya müharibəsi beyinlərə yönəlik həmlədir. Hədəfi çaşqınlıq, inamsızlıq, depressiya və ümidsizlik yaratmaqdır. Azərbaycanlı adı ilə qeydiyyatdan keçmiş və dilimizdə fikirlərini sərbəst şəkildə ifadə etməklə özünü bizdən biri kimi təqdim etməyə, hətta qəbul etdirməyə müvəffəq olmuş kifayət qədər erməni səhifələri, profilləri var. Bu səbəbdən, hər birimiz diqqətli olmalıyıq. Şübhəli görünən profillərdən gələn mesaj və rəylərə həssas yanaşmalı, onları şikayət etməliyik".
V. Zifəroğlu yaşından, ixtisasından, dünya görüşü və bilik səviyyəsindən asılı olmayaraq, hər kəsə çağırış edib:
"Bizim hər birimiz dövlətimiz və millətimiz qarşısında məsuliyyət daşıyırıq. Bu məsuliyyəti unutmamalı, bir vətəndaş olaraq, məhz bu prinsiplərdən çıxış etməliyik".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1679   Tarix: 21 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Keçmiş baş nazir vəzifəsindən azad edildi

Sabiq baş nazir, professor Novruz Məmmədov Azərbaycan Dillər Universitetinin (ADU) Elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsindən azad edilib. "Report"un əldə etdiyi məlumata görə, N.Məmmədov ötən ay işdən azad olunmaq üçün öz ərizəsi ilə universitetin rektoru Kamal Abdullaya müraciə

7 may
.

Ümummilli lider Heydər Əliyevin doğum günüdür

Bu gün bütün türk dünyasının iftixarı, dünyaşöhrətli müdrik siyasi şəxsiyyət və görkəmli dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin anadan olmasından 101 il ötür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıva

10 may
.

İlham Əliyevin Slovakiyanın baş naziri ilə təkbətək görüşü başlayıb

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikasının Baş naziri Robert Fitso ilə təkbətək görüşü başlayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb

7 may
.

Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hartı qəbul edib. Bu barədə AZƏRTAC məlumat yayıb

2 may
.

Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi nahar verilib

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin və birinci xanım Desislava Radevanın şərəfinə rəsmi nahar verilib. Bu barədə AZƏRTAC məlumat yayıb

8 may
.

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb

2 may
.

Bakıda beynəlxalq forum işə başlayıb: Prezident tədbirdə iştirak edir - YENİLƏNİR + CANLI YAYIM

Mayın 1-də Bakı Konqres Mərkəzində "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilir. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev tədbirdə iştirak edir. Qeyd edək ki, Forum Azərbaycan hökumətinin təşkilatçılığı

1 may
.

"Almatı görüşündə sülh müqaviləsinin şərtləri də müzakirə olunacaq" - Politoloq

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Qazaxıstanın Almatı şəhərində gözlənilən görüşünün tarixi açıqlanıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə məlumat yayıb. Onun sözlərinə görə, görüş mayın 10-da Almatıda baş tutacaq. Amma, hələlik, görüşün dəqi

6 may
.

O videodakı hərbçi Azərbaycanın xüsusi təyinatlısı deyil

Sosial şəbəkələrin erməni seqmentində və teleqram kanallarındaTavuş vilayətinin Kirants (Xeyrımlı) kəndi ərazisində azərbaycanlı hərbçinin olduğu haqda iddialar yayılıb. "Qafqazinfo" xəbər verir ki, yayılan videoda kənd ərazisində hərbi geyimdə olan bir şəxs görünür. Həmin hərbçinin Azərbayca

7 may