YAP erməni təxribatları ilə bağlı bəyanat yaydı

YAP erməni təxribatları ilə bağlı bəyanat yaydıYeni Azərbaycan Partiyası cəbhəboyu təmas xəttində erməni hərbi təxribatları ilə əlaqədar bəyanat yayıb.

"Report" xəbər verir ki, bəyanatda deyilir:

"Sentyabr ayının 27-də səhər saat 06.00-da düşmən bütün cəbhə boyu yeni və iyrənc hərbi təxribat törətmişdir. Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələri, mülki əhali atəşə tutulur. Ağır döyüşlər gedir. Qəhrəman Azərbaycan Ordusu, igid əsgərlərimiz düşmənin xain təxribatlarının qarşısını alır, erməni silahlı birləşmələrinin mövqelərinə ağır, sarsıdıcı zərbələr endirir.

Öz ölkəsinin daxilində bütün dayaqlarını itirən Ermənistanın diktatura rejimi cəbhədə təxribatlar törətmək, müharibə təhlükəsi yaratmaqla xalqın qəzəbindən yayınmağa çalışır. Bu, indiki Ermənistan rəhbərliyinin əsl faşist mahiyyətindən xəbər verir. Bütün dünyada sülhün carçısı kimi tanınan, yaradılmasının 75 illiyi qeyd edilən BMT Baş Assambleyasının xüsusi yubiley sessiyasının keçirildiyi bir zamanda Ermənistanın hərbi təxribatlar törətmək, müharibə təhlükəsi yaratmaq cəhdləri beynəlxalq icmaya meydan oxumaq, sülhə xəyanət etməkdir. Ermənistan rəhbərliyinin növbəti hərbi təxribatı onun sülh, əminamanlıq, təhlükəsizlik kimi dəyərlərə düşmən kəsildiyini bir daha əyani şəkildə sübuta yetirir. İşğal etdiyi Azərbaycan torpaqlarını azad etmək haqqında BMT Təhlükəsizlik Şurasının, müxtəlif beynəlxalq təşkilatların çoxsaylı qətnamələrinə və çağırışlarına məhəl qoymayan Ermənistan nəinki Cənubi Qafqazda, eləcə də bütün dünyada sülhə və təhlükəsizliyə ən böyük təhlükəyə çevrilmişdir.

Azərbaycanın öz torpaqlarının işğaldan azad edilməsi, məcburi köçkünlərin öz yurd – yuvalarına qayıtması naminə mübarizəsi ədalətin və sülhün bərqərar olması məqsədlərinə xidmət edir. Rəşadətli Azərbaycan Ordusu, qəhrəman əsgərlərimiz xalqımızın çoxdan gözlədiyi qələbəni təmin etməyə qadir və hazırdır. Heç bir təxribat və xəyanət Silahlı Qüvvələrimizi haqq işi yolunda müqəddəs savaşından çəkindirə bilməz. Bu gün bütün Azərbaycan xalqı qəhrəman Ordumuzla bir yerdədir, onun düşmənə qarşı mübarizəsini alqışlayır və dəstəkləyir. İgid əsgərlərimiz əmin ola bilər ki, hər bir Azərbaycan vətəndaşı, hər bir gənc onun yanındadır, onunla birdir.

Bütün xalqı yağı düşmənə layiqli cavab vermək, doğma Qarabağımızı düşmən tapdağından azad etmək naminə Ali Baş Komandanın ətrafında sıx birləşməyə, səfərbər olmağa, Qəhrəman Azərbaycan Ordusuna mənəvi güc və ruh mənbəyi olmağa çağırırıq. Xalqın və Ordunun bir yumruq kimi birləşərək düşmənə həlledici zərbənin endirməsi zamanıdır. İgidlik, şücaət və fədakarlıq zamanıdır. Həqiqət anıdır. Ədalətin və qəhrəmanlığın, Rəhbərin və Xalqın birliyinin qüdrətinin zəfər çaldığı həqiqət anı.

Yeni Azərbaycan Partiyası olaraq, Ordumuzla qürur duyduğumuzu, onunla birgə olduğumuzu bəyan edirik. Ali Baş Komandanımız cənab İlham Əliyev əmin ola bilər ki, rəhbəri olduğu Yeni Azərbaycan Partiyasının hər bir üzvü müsəlləh əsgər kimi onun əmri ilə Vətən yolunda fədakarlıq və qəhrəmanlıq göstərməyə hər an hazırdır. Ali Baş Komandanımızın müdrik rəhbərliyi altında Silahlı Qüvvələrimizin növbəti erməni təxribatına layiqli cavab verəcəyinə, düşmənə sarsıdıcı zərbələr endirəcəyinə və xalqımıza haqqı olan QƏLƏBƏNİ bəxş edəcəyinə dərindən inanırıq. O gün uzaqda deyil.

Qəhrəman Azərbaycan Ordusuna eşq olsun!"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2236   Tarix: 27 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev: "Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq"

"İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusund

23 aprel
.

Almaniyada iqlim dialoqunun ikinci günü başlayır: İlham Əliyev iştirak edəcək

XV Petersberq İqlim Dialoqunun ikinci günü başlayır. "Report" xəbər verir ki, Prezident İlham Əliyev Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə bu gün keçiriləcək XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edəcək. Prezident İlham Əliyevin Almaniya kansleri ilə həmi

26 aprel
.

İlham Əliyev: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

"Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib. "Üzləş

23 aprel
.

İlham Əliyev: "COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək"

"Ümidvaram, bu beynəlxalq platforma (COP29 – red.) bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək, eyni zamanda, Avropa ölkələri ilə də əlaqələri uğurla inkişaf etdirək". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-d

26 aprel
.

Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başlayıb - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb. Bu barədə "Report"un Berlinə ezam olunmuş əməkdaşı xəbər verir. *. Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliye

26 aprel
.

"Ermənistanın havadarına çevrilməkdə olan ABŞ açıq şəkildə Azərbaycan ordusunun gücündən narahatdır" - POLİTOLOQ

Xəbər verdiyimiz kimi, ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nd

23 aprel
.

Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsin

24 aprel
.

İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə görüşü olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb. 16:48. Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin xarici işlər naziri Annalen

26 aprel
.

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Qırğızıstan arasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" imzalanıb. xəbər verir ki, sənədləri Azərbaycanın iqtisadiyya

24 aprel