Azər Süleymanov: "Gürcüstan azərbaycanlıları hər bir çağırışa hazırdır"

Azər Süleymanov: "Gürcüstan azərbaycanlıları hər bir çağırışa hazırdır""Bu gün Azərbaycan növbəti dəfə Ermənistan silahlı birləşmələrinin hücumuna cavab olaraq öz haqq savaşına, ərazi bütövlüyünün təmin olunmasına ciddi qərar verib".

Bu barədə Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanovun Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı müraciətində bildirilib.

Müraciətdə deyilir:

"Son 30 ildə Azərbaycanın ərazi bütövlüyü daima mənfur qonşumuz Ermənistanın və erməni terror silahlı birləşmələrinin işğalçı hücumlarına məruz qalmış və bu işğalçılıq siyasəti və onların havadarlarının dəstəyi sayəsində Azərbaycan 20 faiz ərazisini itirmişdir. Cənubi Qafqazda mehriban qonşuluq münasibətlərinə böyük zərbə vuran ermənilər, Azərbaycanla birgə, doğma Gürcüstanımızın da ərazisinə və əhalisinə qarşı ağılasığmaz vəhşiliklər törətmişdir. Bu gün hər iki dost, qardaş ölkənin ərazi bütövlüyünün bərpa edilməsinə qarşı üçüncü qonşu dövlət-Ermənistan tərəfindən daima təhdidlər yağdırılır. 1988-ci ildən bəri Azərbaycanın sağalmaz yarasına çevirilən Qarabağ itkisi və savaşı bu gün bütövlüklə Azərbaycan-Ermənistan sərhəddi boyunca daha da alovlanmaqdadır.

Hörmətli Prezident İlham Heydər oğlu!

Sizin dəqiqliklə yürütdüyünüz daxili və xarici siyasətin sayəsində biz bir daha əmin olduq ki, uzaqgörənliyinizin və Ali Baş Komandan olaraq ən həssas nöqtəsinə qədər hesablanmış hərbi taktikanızın bu gün geniş miqyasda icrası, zamanın tələbi kimi qarşınızda müqəddəs vəzifəyə çevirilmişdir. Azərbaycan əsgərinin hərbi gücünün ifadəsi olaraq bir neçə il öncə baş vermiş "Lələtəpə əməliyyatı" artıq qüdrətli və döyüşkən ruhlu bir ordumuzun olduğunu göstərdi. Mənfur düşmən bundan dərs çıxartmayaraq bir neçə ay öncə, yenidən cəbhə xəttini dəyişməklə Qarabağdan yüzlərlə kilometr aralı Tovuz rayonu istiqamətində Azərbaycanın ərazilərinə işğalçı niyyətlə soxulmağa cəhd etdi. Ancaq Azərbaycan ordusunun cavab atəşiylə düşmənin hərbi qüvvələri bir daha darmadağın edildi. Bu döyüşdə general Polad Həşimov və polkovnik həmyerlimiz İlqar Mirzəyev kimi dəyərli zabitlərimizin şəhid olması bizləri üzsə də, o vaxtdan bu yana böyük savaşın olacağı günü səbrsizliklə gözləmişik. Bu gün 27 sentyabr o tarixin başlanğıcı ola bilər. Əmin ola bilərsiniz ki, Gürcüstandakı soydaşlarımız 1990-cı illərdə Qarabağ və Abxaziya savaşına könüllü qatıldığı kimi, indi də Azərbaycan adlı Milli Dövlətimizin, Gürcüstan adlı Böyük Vətənimizin ərazi bütövlüyü uğurunda hər bir çağırışa hazırdır.

İnanırıq ki, Sizin qətiyyətli addımlarınız sayəsində tezliklə torpaqlarımız azad ediləcək. Qafqaza böyük və əbədi sülhün gəlməsi üçün hər yerdə və hər iki qardaş ölkədə başlayacaq anti-terror əməliyyatına əgər bizim də əsgərlərimizlə birgə iştirakımız vacib olarsa, biz bir nəfər kimi buna hazır olduğumuzu bəyan edirik.

Bu gün Azərbaycan növbəti dəfə Ermənistan silahlı birləşmələrinin hücumuna cavab olaraq öz haqq savaşına, ərazi bütövlüyünün təmin olunmasına ciddi qərar vermişdir. Dövlətimizin ərazi bütövlüyünün təminatı bizim qürurumuz və müqəddəs borcumuzdur.

Bütün cəbhə boyunca qanı bahasına düşməni torpaqlarımızdan vurub çıxardan Azərbaycan əsgərini Allah qorusun, yolunu müzəffər eyləsin! Şuşaya şanlı bayrağı sancmaqda yoluna-qoluna güc-qüvvət versin. Amin!"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 5508   Tarix: 28 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimləri başladı

Bu gündən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən -a məlumat verilib. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələri

12 sentyabr 2021
.

Rusiya Azərbaycanın şərtlərini qəbul edib - Eskpertən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Lavrovla Mirzoyanın görüşündə əsas diqqətçəkən məqamlardan biri də birgə mətbuat konfransında Rusiya XİN başçısının erməni diversantlarla bağlı açıqlaması və Ermənistan XİN rəhbərinin dəfələrlə Qarabağın "status"u məsələsini qaldırmasına baxmayaraq, Lavrovu

2 sentyabr 2021
.

Zakir Həsənov Ərdoğanla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovu və Müdafiə nazirinin müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qəbulda Türkiyənin Milli Müdafiə naziri Hulus

14 sentyabr 2021
.

G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər

"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib. "Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlə

5 sentyabr 2021
.

Mehriban Əliyevadan Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı paylaşım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıqla bağlı paylaşım edib. xəbər verir ki, Birinci vitse-prezident bu barədə özünün instaqram səhifəsində fotolar paylaşıb. "Prezident İlha

29 avqust 2021
.

"Caliber": Ermənistan dövlətçiliyinin mövcudluğu Türkiyə və Azərbaycandan asılıdır - VİDEO

"Caliber" layihəsinin Türkiyənin Sütçü İman Universitetinin professoru, politoloq Toğrul İsmayılla geniş müsahibəsinin ikinci hissəsi təqdim olunub. Müsahibədə türkiyəli politoloq regional güc balansı, Ermənistan dövlətçiliyinin saxlanılmasında Azərbaycan və Türkiyənin oynadığı rol, 44 günlü

30 avqust 2021
.

"Üç Qardaş – 2021": Xüsusi təyinatlıların beynəlxalq hərbi təlimi başladı - VİDEO

Sentyabrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə "Üç qardaş - 2021" beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə Vətən Müharibəs

12 sentyabr 2021
.

Əfqanıstanda nələr baş verir? - Əmrullah Saleh şayiələri TƏKZİB ETDİ

Əfqanıstanın keçmiş vitse-prezidenti və Milli Müqavimət Cəbhəsinin liderlərindən olan Əmrullah Saleh, Pəncşir əyaləti və Əfqanıstanı tərk etdiyi barədə iddiaların yalan və düşmən təbliğatı olduğunu deyib. "Taliban" qüvvələrinin Pəncşir əyalətini ələ keçirdikləri barədə iddiaları ilə bağlı "Euronews"

4 sentyabr 2021
.

Yeni "Taliban" hökumətində kimlər olacaq? - ARAŞDIRMA

Avqustun 15-də "Taliban"ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra bütün gözlər yeni hökumətin necə qurulacağına yönəldi. Euronews-a istinadən xəbər verir ki, "Taliban" mənbələrindən əldə edilən məlumata görə, Şeyx əl-Hadis Məvləvi Abdulhakim Sahib Əmir əl-Muminun (Möminləri

4 sentyabr 2021