"Bütün torpaqlarımızı işğaldan azad edəcəyik" - DEPUTAT

"Bütün torpaqlarımızı işğaldan azad edəcəyik" - DEPUTAT"Sentyabrın 27-si səhər saat 6-dan başlayaraq Ermənistanın növbəti təxribatı ilə qarşılaşdıq".

Bunu Sonxeber.az-a danışan deputat Kamilə Əliyeva bildirib.

Deputat qeyd edib ki, yenə də ermənilər dinc əhalini ağır artilleriyadan atəşə tutublar:

"Mülki əhali arasında həlak olan və yaralananlar var. Ermənilərin törətdiyi təxribat nəticəsində bir ailənin 5 üzvü həlak olub. Ermənilərin bu təxribatları davamlı şəkildə müşahidə olunur. Lakin ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə düşmən təxribatına qarşı əks hücuma keçib. Böyük nailiyyətlər əldə etdik. Bir gün ərzində, sutka tamam olmamış, 7 kəndimiz, Murov və bir sıra strateji yüksəkliklərimiz azad edildi. Azərbaycan ordusu bu kimi uğurlara imza atır. Döyüşlər bu gün də davam edir".

Deputat vurğulayıb ki, 30 il davam edən danışıqlar heç bir nəticə vermirdi:

"Məhz buna görə də Ali Baş Komandan tərəfindən əks hücuma keçmək barəsində qərar qəbul edildi. Bu gün də müxtəlif beynəlxalq təşkilatlar, ATƏT-in Minsk Qrupu və digər dövlətlər Azərbaycanı münaqişənin danışıqlar yolu ilə həll olunmasına dəvət edirlər. Biz yaxşı bilirik ki, bu danışıqların heç bir əhəmiyyəti olmayacaq. Artıq bu son hədd idi. Güclü ordumuzun iradəsi sayəsində biz bu nailiyyətləri əldə etmiş olduq. Düzdür, şəhidlərimiz də var. Allah şəhidlərimizə rəhmət eləsin. Artıq müharibədir. Vətən uğrunda müharibədə şəhid də verilir. Amma bilirik ki, şəhidlərimizin qanı yerdə qalmayacaq! Biz torpaqlarımızı qorumaqla həm də işğalda olan rayonlarımızı azad edəcəyik".

Deputat əlavə edib ki, cənab Prezidentin söylədiyi kimi heç bir rayonumuz işğalda qalmayacaq:

"Bütün torpaqlarımızı işğaldan azad edəcəyik. Bu əzm Azərbaycan ordusunda var. Bu gün Ali Baş Komandan böyük iradə göstərir. Onun iradəsi nəticəsində ordumuz torpaqlarımızı işğaldan azad edəcək. Biz buna hamımız inanırıq. Ölkəmizdə qismən səfərbərlik elan edilməmişdən əvvəl, yaşından asılı olmayaraq, hər bir azərbaycanlı könüllü orduya yazılırdı. Hətta qadınlarımız belə, könüllü orduya getmək istəyirlər. İnsanlarımızda yüksək döyüş əhval-ruhiyyəsi var. Cəbhə bölgəsində yaşayan vətəndaşlarımızın biri də evini tərk etməyib. Düşmən tərəfinin atdığı atəşlər bizim vətəndaşlarımızı qorxutmur. Çünki insanlarımız ordumuza və Ali Baş Komandanımıza inanır. Bu gün hər birimiz cənab Prezidentin ətrafında sıx birləşərək dayaq olmalıyıq ki, başladığımız mübarizəni sona kimi davam etdirib, qələbə bayrağımızı Şuşada, Kəlbəcərdə və digər işğal olunmuş torpaqlarımızda dalğalandıraq".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4839   Tarix: 29 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Al lalələri ilə görənləri heyran edən Xocalıdan - Fotolar

Respublikamızın dilbər guşələrindən olan Xocalı gözəl təbiət mənzərələri ilə fərqlənir. Qarabağ silsiləsində yerləşən rayon yaz aylarında bir başqa gözəllikdə olur. Aprel ayında Qaraqar çayı ətrafındakı nisbətən düzən ərazini bəzəyən al lalələr yoldan keçənləri özünə heyran edir. Təbiətin yaratdığı b

26 aprel
.

Bulaqlarda erməni saxtakarlığı: Naxış və nişan vuraraq... - VİDEO

Laçın şəhərində daha bir erməni saxtakarlığı üzə çıxıb. Belə ki, ermənilər işğal dövründə Laçın və ətrafında yerləşən bulaqlara naxış və nişan vuraraq özününküləşdirməyə çalışıblar. "Bu bulaqlara üzüm kimi şəkillər çəkərək özlərinin olduğunu göstərmək istəyiblər. Mənim 78 yaşım var, həmişə bu bulağ

25 aprel
.

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

"Karvan İstehsalat Kommersiya Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib. Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində məhkəməyə Namiq Abdullayev Nurəddin oğlu müraciət edib. O, şirkət rəhbərliyi barəsində "Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ

26 aprel
.

"Kəpəz" hospitalında əməliyyat olunan yeniyetmə öldü

Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə ölüb. -a istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatda

26 aprel
.

"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur

Landmark" Biznes Mərkəzinin qanuni təmsilçisi Eran Muduroğlunun həyat yoldaşı Nərgiz Nəsrullayevanın Azərbaycandan getdiyi xəbərinin ardınca iş adamının çıxışına "stop" qoyulması gündəmə gəlib. Qaynarinfo xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlə

26 aprel
.

Bakıda velosiped yollarına quraşdırılan baryerlər kimlərin qəzəbinə tuş gəlib? - FOTO

Bakının bəzi küçələrində salınan velosiped yollarında quraşdırılan baryerlərə ziyan vurulur. xəbər verir ki, artıq bir neçə müddətdir ki, şəhərin müxtəlif küçələrində velosiped zolaqlarının kənarına düzülən bu baryerlərin yerindən çıxarıldığı və bəzi yerlərdə hətta kənara atıldığı müşahidə olunur. Bə

26 aprel
.

11 gün əvvəl zəhərlənmişdi - Xəstəxanada öldü

Dünən gecə saatlarında Kliniki Tibbi Mərkəzdə ölüm hadisəsi qeydə alınıb. "Qafqazinfo"nun məlumatına görə, Zaqatala rayon Yuxarı Tala kənd sakini 62 yaşlı Murad Ramazanov sözügedən vəfat edib. M. Ramazanov təxminən 11 gün əvvəl pomidor turşusundan zəhərlənmişdi

26 aprel
.

Övladlarını məktəbə göndərməyən valideynləri hansı cəza gözləyir?

Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər bir Azərbaycan vətəndaşının təhsil almaq hüququ var. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Ölkəmizdə I və IX siniflərdə təhsil almaq məcburi olsa da, bəzən təhsildən yayınan və ya yayındırılan şagirdlərə rast gəlinir. Bəzə

26 aprel
.

Azərbaycanda bu məşhur zavod bağlanır

"Qazax Konserv Zavodu" ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. İqtisadiyyat.az xəbər verir ki, yığıncağın iyunun 10-da keçirilməsi planlaşdırılıb. Səhmdarların ümumi yığıncağında aşağıdakı məsələlər müzakirə ediləcək:. 1) 31.12.2023-cü il tarixdə başa çatmış maliyyə ili üzr

26 aprel