Rusiyadakı səfirliyimiz: Vəziyyətə görə məsuliyyət Ermənistanın üzərinə düşür

Rusiyadakı səfirliyimiz: Vəziyyətə görə məsuliyyət Ermənistanın üzərinə düşürErmənistan tərəfindən Azərbaycanın mülki obyektlərinin qəsdən atəşə tutulması bir daha göstərir ki, bu ölkə beynəlxalq hüququn əsas normalarına, habelə öz üzərinə götürdüyü öhdəliklərə riayət etmək istəmir.

Sonxeber.az-ın məlumatına görə, bu fikirlər Ermənistanın Moskvada əldə edilmiş atəşkəs barədə razılaşmanın şərtlərinin pozulması ilə əlaqədar Azərbaycanın Rusiyadakı səfirliyinin bəyanatında öz əksini tapıb.

Səfirlikdə xatırladıblar ki, Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Rusiya Federasiyasının Xarici İşlər nazirləri 2020-ci il oktyabrın 10-da saat 12:00-dan etibarən döyüş əməliyyatlarının gedişində həlak olanların cəsədlərinin və hərbi əsirlərin dəyişdirilməsi üçün atəşkəs barədə razılıq əldə ediblər.

Bəyanatda daha sonra deyilir: "Bu sazişin humanitar tərkib hissəsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri əldə edilmiş razılaşmanı kobud şəkildə pozaraq Azərbaycanın Ağdam və Tərtər rayonlarını artilleriya atəşinə tutub, habelə Hadrut və Cəbrayıl istiqamətində hücum cəhdi ediblər. Suqovuşanda erməni əsgərlərinin cəsədlərini yığan və üzərinə aydın şəkildə ağ bayraq sancılan sanitar maşının Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində bir tibbi xidmət işçisi ağır yaralanıb.

Oktyabrın 11-nə keçən gecə Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən ikinci böyük şəhəri Gəncə Ermənistan tərəfindən şiddətli raket atəşinə məruz qalıb, nəticədə çoxsaylı yaşayış evləri dağılıb, 9 nəfər dinc sakin həlak olub, uşaqlar da daxil olmaqla 34 nəfər müxtəlif dərəcəli ciddi xəsarətlər alıb.

Bununla əlaqədar, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi rəsmi bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, atəşkəs haqqında razılıqdan sonra dinc sakinlərin və şəhərlərin atəşə tutulması məsuliyyətsizliyin daha bir hiddətləndirici nümunəsidir, Ermənistan rəhbərliyinin atəşkəsə çağırışları isə riyakarlıqdan və vaxt qazanmaq cəhdindən başqa bir şey deyil.

Ermənistan tərəfindən Azərbaycanın mülki obyektlərinin qəsdən atəşə tutulması bir daha göstərir ki, Ermənistan beynəlxalq hüququn əsas normalarına, habelə öz üzərinə götürdüyü öhdəliklərə riayət etmək istəmir.

Azərbaycan tərəfi Ermənistanın növbəti təcavüzkar hərəkətlərini qətiyyətlə pisləyir və beynəlxalq birliyi işğalçı ölkə olan Ermənistanı beynəlxalq hüquqa və öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə riayət etməyə məcbur etmək üçün təsirli tədbirlər görməyə çağırır.

Regionda yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür".


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 3635   Tarix: 11 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Füzuli və Cəbrayılda 4 erməni hərbçisinin meyiti tapıldı

Azərbaycanın Füzuli və Cəbrayıl rayonları ərazisində daha 4 ermənin meyiti tapılıb. xəbər verir ki, məlumatı "Sputnik Armeniya" yayıb. Bildirilib ki, 2020-ci il noyabrın 10-dan sonra işğaldan təmizlənən Azərbaycan ərazisində aparılan axtarış nəticəsində Ermənistan 1595 ermənin meyiti və y

3 iyul 2021
.

Taras Kuzio: "Ermənistanın mina xəritələrini verməməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır"

Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır. Bunu Ukrayna Milli Universitetinin "Kiyev-Mogilyan akademiyası"nın britaniyalı professoru Trend-ə bildirib. Onun sözlərinə görə, bu məsələ təcili olaraq BMT, Avrop

6 iyun 2021
.

Tovuz döyüşlərindən 1 il ötür

Bu gün Tovuz döyüşlərinin ildönümüdür. xəbər verir ki, Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Tovuz döyüşlərindən bir il ötür. Belə ki, 2020-ci ilin iyulun 12-dən günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs

12 iyul 2021
.

Ağdam əməliyyatının DETALLARI: "Oradan bir nəfər də salamat çıxmayacaqdı"

"Erməni silahlı qüvvələri, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanın hücumunu Ağdam istiqamətindən gözləyirdi. Bütün güclərini Ağdam ətrafında müdafiənin təşkilinə sərf etmişdilər. Minalardan da başqa çox böyük əsgəri gücü orada saxlayırdılar. Bu da onların hərbi rəhbərliyinin səriştəsizliyin

26 iyun 2021
.

Azərbaycan yeni "Akıncı" PUA-larını alacaqmı? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün "Bayraktar TB2" PUA-larının yeni və daha təkmilləşdirilmiş versiyası olan "Akıncı"ların Türkiyə Silahlı Qüvvələrinə təhvil verilməsi münasibətilə mərasim təşkil olunub. Tədbirdə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Dövlət başçısı yen

30 avqust 2021
.

Ermənilər ağaclara da minalar quraşdırıb - FOTOLAR

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Xocavənd rayonu ərazisində meşə massivi istiqamətində Ermənistan tərəfindən ağaca quraşdırılmış piyada əleyhinə mina aşkar edilib. ANAMA-dan -a bildirilib ki, döyüş meydanında məğlubiyyətə uğradılan düşmən, əhali və orduya qarşı ço

26 iyun 2021
.

Azad olunan ərazilərdə aşkarlanan minaların SAYI

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib. ANAMA-dan -a verilən məlumata görə, iyulun 12-dən 17-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirlər

17 iyul 2021
.

Şəhid Elşən Yunisli dəfn olundu - YENİLƏNİB

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu Elşən Fazil oğlu Yunisli torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin yaxınları, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və rayon sakinləri iştirak edib. Şəhid Təzəkənd kənd qəbiristanlığında torpağa tapşırılıb. *. 11:20. Vətə

27 iyun 2021
.

Azərbaycan əsgərləri erməni hərbçilərini sərhəddən qovdu - VİDEO

Azərbaycan Ordusunun hərbçiləri Azərbaycan - Ermənistan sərhədində təxribat törətmək istəyən bir qrup düşmən əsgərini ərazimizdən qovub. xəbər verir ki, bununla bağlı növbəti görüntülər sosial şəbəkələrdə yayılıb. Videoda təxribat törətməyə cəhd edən erməni hərbçiləri Azərbaycan Ordusunun əsgərləri tərəfində

26 iyun 2021