Azərbaycanlı körpələr üzərində təcrübə aparan erməni "həkim" - FOTO

Azərbaycanlı körpələr üzərində təcrübə aparan erməni "həkim" - FOTOQarabağ müharibəsi zamanı əsir və girovluqda olan azərbaycanlılar həm mənəvi, həm də psixoloji cəhətdən iflic vəziyyətinə salınıblar. Müharibə zamanı həkim və tibb bacısı adı altında fəaliyyət göstərən erməni kişi və qadın döyüşçülər ələ keçirilən azərbaycanlı girovlar üzərində necə deyərlər, "sınaq təcrübələri" aparıblar.

Atəşkəsdən sonra Qarabağda "amputasiya otaqları" yaradan işğalçılar Ermənistandan ora xüsusi təcrübələr aparmaq üçün "həkim qrup"ları gətirib. Bu qruplar terrorçu dəstələrin üzvləri olublar.

1993-cü il 31 mart tarixində Kəlbəcər rayonunun işğalı ərəfəsində girov götürülən Gülcamal Quliyeva girovluqda olduğu zaman oğlu Arzu Hacıyevi dünyaya gətirib. Qısa bir müddət ərzində bu uşaq erməni "həkimi" Aida Serobyana tapşırılıb. Serobyan tərəfindən naməlum tərkibli iynələrin vurulması nəticəsində Arzu Hacıyev ömürlük şikəst qalıb.

2003-cü ilin may ayına qədər "sınaq təcrübəsi"nə məruz qalan və erməni terrorunun əlamətlərini daşıyan Arzu Hacıyev o zaman vəfat edib.

Bəs Arzu Haciyev kimi girov azərbaycanlılar üzərində "sınaq təcrübələri" aparan Ermənistanın xüsusi xidmət orqanlarının terrorçu əməkdaşı Aida Serobyan kimdir?

Araşdırmalara görə, polkovnik Aida Sergeyevna Serobyan 15 dekabr 1952-ci ildə Gürcüstanın Maxaradze (Ozurgeti) şəhərində anadan olub. Qarabağ müharibəsində tibb bacısı adı altında döyüşçü kimi fəaliyyət göstərib. 1981-ci ildə İrəvan Tibb Kollecini, 1999-cu ildə isə İrəvan Məhkəmə Ekspertiza və Psixologiya İnstitutunu bitirib.

Qarabağ müharibəsi zamanı, 1992-1994-cü illərdə Serobyan Haterk "partizan" dəstəsinin "Artsax xilasetmə xidməti"ndə iştirak edib. Qırmızı Xaç Komitəsinin insan hüquqları ilə məşğul olan beynəlxalq təşkilatların üzünə bağlı olan "erməni xilasetmə xidmətləri" əslində azərbaycanlı əsir və girovların ələ keçirilərək, Ermənistan daxilində yerləşən "amputasiya otaqları"na göndərilməsi ilə məşğul olub.

Azərbaycanlı körpələr üzərində təcrübə aparan erməni "həkim" - FOTOAida Serobyan 1990-cı ildən etibarən Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin xüsusi hərbi bölməsinin "tibb bacısı" kimi fəaliyyətə başlayıb. 14 aprel 1992-ci ildə Qarabağa xüsusi "həkim qrup"ları daxilində göndərilən Serobyan bir müddət sonra həmin dəstə tərkibində kompleks strateji vəzifələri yerinə yetirmək üçün Xocavəndin Hadrut qəsəbəsi istiqamətinə gedib.

1992-1994-cü illərdə o, Ağdərə, Ağdam, Şuşa, Kəlbəcər, Füzuli, Qubadlı, Zəngilan rayonlarının işğal əməliyyatlarında iştirak edib, "Artsiv" terror dəstəsinin tərkibində vuruşub. 1992-ci ildən etibarən Xocavənd istiqamətində həm döyüşən, həm də "sınaq təcrübələri" aparan Aida Serobyan beynəlxalq ASALA terrorçusu Monte Melikonyanın dəstəsində də olub. Göstərdiyi "xidmət"lərə görə Melikonyan tərəfindən "Ağ xaç"la mükafatlandırıldığını bildirən Serobyan 1992-ci ilin avqust ayından etibarən Qarabağın Çıldıran, Ballıqaya, eləcə də Kəlbəcərin Qozlu kəndlərinin işğal və təxribat əməliyyatlarında iştirak edib.

30 iyun 1994-cü ildə Ermənistana geri dönən Aida Serobyanı azərbaycanlı körpələrin qətl və şikəst edilməsindəki əməyi müqabilində Ermənistanın və Qarabağdakı separatçı rejimin "Hərbi xidmətlərinə görə" medalları ilə, 2011-ci ildə isə "İgidliyə görə" medalı ilə təltif edilib.

Ermənistan Respublikası tərəfindən dəstəklənən və erməni dövlət strukturunda çalışan Aida Serobyan hazırda 1998-ci ildən yaratdığı "Qadın döyüşçüləri birliyi"nin sədri olaraq özünü erməni cəmiyyətinə vətənpərvər və ictimai şəxs kimi tanıtmağa çalışır. Yaratdığı "cəmiyyət" daxilində hərbi təcrübələrin öyrənilməsinin vacib olduğunu bildirən Aida Serobyan, əslində mövcud müharibə təhlükəsinə hazırlaşaraq, yeni-yeni erməni qadın döyüşçülər, "həkim"lər və qadın terrorçular hazırlamaqla məşğuldur.(oxu.az)


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 13957   Tarix: 11 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ermənilər Kəlbəcərdə mövqelərimizi atəşə tutdu

İyunun 26-da saat 14:50-dən başlayaraq iyunun 27-i saat 03:00 radələrinədək Ermənistan silahlı qüvvələrinin bölmələri Vardenis rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik və İmambinəsi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrl

27 iyun 2021
.

Azərbaycan yeni "Akıncı" PUA-larını alacaqmı? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün "Bayraktar TB2" PUA-larının yeni və daha təkmilləşdirilmiş versiyası olan "Akıncı"ların Türkiyə Silahlı Qüvvələrinə təhvil verilməsi münasibətilə mərasim təşkil olunub. Tədbirdə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Dövlət başçısı yen

30 avqust 2021
.

Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutuldu

Avqustun 15-i saat 04:33 və 07:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlarda

15 avqust 2021
.

MN: Azad edilmiş ərazilərdə döyüş növbətçiliyi yüksək səviyyədə aparılır - FOTO + VİDEO

Azad edilmiş ərazilərdə dislokasiya olunan Azərbaycan Ordusu bölmələrinin şəxsi heyətinin intensiv döyüş hazırlığı səviyyəsi artırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, həmin bölgələrdə, eləcə də yüksək dağlıq ərazilərdəki mövqelərdə yerləşən bölmələrdə günün nizam qaydaların

1 avqust 2021
.

Cəbrayılda daha bir erməni hərbçisinin meyitinin qalıqları tapıldı

44 günlük müharibə zamanı itkin düşmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb. erməni KİV-ə istinadən xəbər verir ki, hərbi qulluqçuların meyitinin qalıqları Cəbrayılda aşkarlanıb. Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib. Bununla d

11 sentyabr 2021
.

Yaşyarımlıq Zəhra Quliyeva faciəsindən dörd il ötür

Bu gün erməni vandalizminin qurbanı olan balaca Zəhra Quliyeva faciəsindən 4 il ötür. 2017-ci ilin bugünkü tarixində Füzuli rayonunun Alxanlı kənd sakinləri 2016-cı il təvəllüdlü Zəhra və 1967-ci il təvəllüdlü nənəsi Sahibə Quliyeva Ermənistan silahlı qüvvələrinin minaatan və qumbaraatanlardan atəş

4 iyul 2021
.

Azərbaycan əsgərləri erməni hərbçilərini sərhəddən qovdu - VİDEO

Azərbaycan Ordusunun hərbçiləri Azərbaycan - Ermənistan sərhədində təxribat törətmək istəyən bir qrup düşmən əsgərini ərazimizdən qovub. xəbər verir ki, bununla bağlı növbəti görüntülər sosial şəbəkələrdə yayılıb. Videoda təxribat törətməyə cəhd edən erməni hərbçiləri Azərbaycan Ordusunun əsgərləri tərəfində

26 iyun 2021
.

Taras Kuzio: "Ermənistanın mina xəritələrini verməməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır"

Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır. Bunu Ukrayna Milli Universitetinin "Kiyev-Mogilyan akademiyası"nın britaniyalı professoru Trend-ə bildirib. Onun sözlərinə görə, bu məsələ təcili olaraq BMT, Avrop

6 iyun 2021
.

Füzulidə erməni hərbçisinin meyiti tapıldı

Erməni axtarış qrupları bu gün Füzulidə daha 1 erməni hərbçisinin meyitini tapıblar. xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Bununla da 14 noyabr 2020-ci ildən indiyədək aparılan axtarışlar nəticəsində tapılan erməni əsgər meyitlərinin sayı 1580 olub. Axtarışlar Azərbaycan Ordusunu

19 iyun 2021