Hikmət Hacıyev: "Ermənistan silah-sursatı hədiyyə alır"
"Ermənistan tərəfindən açıq şəkildə, hər hansısa hərbi zərurət olmadan, alçaqcasına Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə hücum həyata keçirilib. Onlar bilərəkdən mülki insanların sıx şəraitdə yaşadığı yerə "Toçka-U" raketi ilə zərbə endiriblər. Bu hücum Ermənistan ərazisindən gerçəkləşib. Bizim qarşımızda alçaq, şərəfsiz, bütün mənəvi dəyərlərdən kənar olan bir düşmən var".
Sonxeber.az "Report"a istinadən xəbər verir ki, bunları Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev söyləyib.
"Demək olar ki, Ermənistan bununla ilk növbədə ATƏT-in Minsk qrupunun həmsədrləri və Rusiyanın fəaliyyətinə öz hörmətsizliyini göstərib. Biz gözləyirik ki, həmin vasitəçilik missiyasını gerçəkləşdirən tərəflər özlərinə bu hadisələrə qiymət versinlər. Ermənistanın sülh haqqında danışıqlarının yalnız riyakarlıqdan başqa bir şey olmadığını açıq şəkildə nümayiş etdirdilər ki, bunu da beynəlxalq ictimaiyyət görməlidir", - o qeyd edib.
Hikmət Hacıyevin sözlərinə görə, Minsk qrupu həmsədrlərindən Gəncədəki hadisələrə bir reaksiya gəlməyib:
"Onlar üçün, yəqin bu gün bazar günüdür. Amma bu bazar günündə Azərbaycan xalqına qarşı növbəti bir cinayət, növbəti bir genosid aktı törədilib".
Hikmət Hacıyev bildirib ki, Ermənistan Qarabağ bölgəsinə xeyli silah-sursat cəmləşdirib:
"Konkret fakt bundan ibarətdir ki, Azərbaycan Silahlı Qüvvələri ərazilərimizin bir hissəsini azad edib. Çox çətin bir şəraitdə, qarışbaqarış, addımbaaddım getmişik. Əməliyyat şəraitini də nəzərə almaq lazımdır. Ora o qədər silah-sursat yerləşdirilib, özümüz də çox yaxşı bilirik ki, Ermənistan bunları hədiyyə olaraq alır. Coğrafi baxımdan kiçik olan ərazidə Ermənistan tərəfindən böyük sayda silah-sursat cəmlənib".
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Müharibə Baxılıb: 2792 Tarix: 11 oktyabr 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşErmənistana qarşı sanksiya tətbiqi ilə bağlı petisiya açıldı
Ağ Evin rəsmi saytında ABŞ-ın Ermənistana sanksiya tətbiqi ilə bağlı petisiya açılıb. "Report"a istinadən xəbər verir ki, petisiyada Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə təcavüz etdiyi, Dağlıq Qarabağ və ətraf ərazilərin işğal olunması qeyd edilib. Vurğulanır ki, Ermənistan BMT Təhlükəsizli
11 oktyabr 2020Azərbaycanlı körpələr üzərində təcrübə aparan erməni "həkim" - FOTO
Qarabağ müharibəsi zamanı əsir və girovluqda olan azərbaycanlılar həm mənəvi, həm də psixoloji cəhətdən iflic vəziyyətinə salınıblar. Müharibə zamanı həkim və tibb bacısı adı altında fəaliyyət göstərən erməni kişi və qadın döyüşçülər ələ keçirilən azərbaycanlı girovlar üzərində necə deyərlər, "sına
11 oktyabr 2020ETSN: Gəncəyə hücum insanlığa qarşı ən böyük cinayətdir
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Ermənistan silahlı qüvvələrinin təkcə Azərbaycanın deyil, bütün regionun təhlükəsizliyinə zərbə vuran əməllərini qətiyyətlə pisləyib. ETSN-in Mətbuat xidmətindən -a daxil olan məlumatda bildirilir:. "İşğalçı Ermənistan Respublikasını
11 oktyabr 2020Rusiyadakı səfirliyimiz: Vəziyyətə görə məsuliyyət Ermənistanın üzərinə düşür
Ermənistan tərəfindən Azərbaycanın mülki obyektlərinin qəsdən atəşə tutulması bir daha göstərir ki, bu ölkə beynəlxalq hüququn əsas normalarına, habelə öz üzərinə götürdüyü öhdəliklərə riayət etmək istəmir. -ın məlumatına görə, bu fikirlər Ermənistanın Moskvada əldə edilmiş atəşkəs barədə razılaşmanı
11 oktyabr 2020MN: Havadan endirilən zərbələr nəticəsində düşmən ağır itkilər verib
Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 41-ci əlahiddə artilleriya alayı bölmələrinə havadan endirilən zərbələr nəticəsində düşmən ağır itkilər verib. Müdafiə Nazirliyindən -a verilən məlumata görə, xeyli sayda canlı qüvvə və hərbi texnika itirən düşmən döyüş meydanın
11 oktyabr 2020