Gəncə şəhəri terrorizimlə üz-üzədir - VİDEO
"Ermənistanın mülki əhaliyə qarşı vandalizm siyasəti davam edir. İşğalçı ölkə humanitar əsaslarla müəyyən olunan atəşkəs rejiminə məhəl qoymayaraq dinc insanların olduğu yaşayış məntəqələrini atəşə tutur. Erməni vandalizminə son qoyulmalıdır".
Xezerxeber.az-ın məlumatına görə, bu fikirləri Gəncə şəhərindən olan millət vəkili Müşfiq Cəfərov səsləndirib.
Azərbaycan və Ermənistan arasında humanitar atəşkəslə bağlı qəbul edilən sənəddən sonra da ermənilərin Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə və mülki vətəndaşlara qarşı həyata keçirdiyi hücumlar onu göstərir ki, təcavüzkar ölkə riyakar siyasət həyata keçirməkdədir. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar Gəncə terroruna biganə qalmamalıdır.
Millət vəkili Pərvin Kərimzadə isə deyib ki, Gəncə hadisələri Xocalı qətliamından sonra ermənilərin həyata keçirdiyi daha bir soyqırımı aktıdır. Dinc əhalinin yatdığı yerdə raket atəşinə tutulması Ermənistan tərəfindən törədilən hərbi və siyasi təxribat kimi qiymətləndirilməlidir.
Millət vəkilinin sözlərinə görə, bütün dünya dövlətləri terrorçuya, qadın və uşaq qatili olan Ermənistana "dur" deməlidir.
Bu gün Azərbaycanın ikinci böyük şəhərləri olan Gəncə terrorizimlə üz-üzədir: "Ümid edirik ki, dünya bu terrora biganə qalmayacaq".
Sonxeber.az
Telegramda izləyin
Müharibə Baxılıb: 5243 Tarix: 11 oktyabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İsrail ordusu: Livandan ölkəyə raketlər və zərbə PUA-ları buraxılıb
İsrailin Müdafiə Ordusu Livandan "Hizbullah" tərəfindən ölkə ərazisinə üç raket və iki hücum pilotsuz uçuş aparatı atışını qeydə alıb. "Report"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb. "Livandan İsrailə uçan 3 raketin yaşayış olmayan əraziyə düşdüyü qey
14 aprel 2024İsrail Ordusu təsdiqlədi: İran PUA-lar buraxıb, hamısını izləyirik
İsrail rəsmiləri İranın İsrailə doğru onlarla yürüş təşkil edərək, hücuma başladığını təsdiq ediblər. Bu barədə "Al Jazeera" məlumat yayıb. Daha əvvəl İordaniya hakimiyyət orqanları hava məkanının bağlandığını bəyan etmişdi. İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidmətinin məlumatına görə
14 aprel 2024İLK DƏFƏ: İran hücum anının GÖRÜNTÜLƏRİNİ YAYDI - ŞOK VİDEO
SEPAH İranın "Nəbi Əkrəm" bazasından İsrail ərazilərinə ballistik raketlərin buraxılması anlarını yayıb. xəbər verir ki, bu barədə İranın "Tasnim" xəbər agentliyi məlumat yayıb. Qeyd edək ki, İran İsrailə PUA-larla hücum edib. İsrail ordusunun sözçüsü Daniel Haqari bildirib ki, ord
14 aprel 2024Tehranın hava məkanı qapadıldı: Müharibə başladı!
İran Tehran üzərində hava məkanını bağladığını açıqlayıb. "Report" xəbər verir ki, bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalı məlumat yayıb. Məlumata görə, İran hakimiyyəti paytaxt regionu üzərindəki hava məkanının bağlanmasına göstəriş verib. Tehran və onun ətrafı üzərində uçuşlar
14 aprel 2024ABŞ HHQ-nin qırıcıları İraq və İordaniya səmasındadır
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İranın pilotsuz təyyarələrini ələ keçirmək üçün İraq və İordaniya səmasındadır. "Report" bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalına istinadən xəbər verir
14 aprel 2024