Özünü "fərqli" "ağıllı", "insanpərvər" göstərmək istəyənlərin əlinə imkan düşüb - Mehriban Zeynalova

Özünü "fərqli" "ağıllı", "insanpərvər" göstərmək istəyənlərin əlinə imkan düşüb - Mehriban Zeynalova"Arada qarşıma müharibə əleyhinə çıxış edənlərin yazısı gəlir və sual edirəm bu humanizmidir, ya fərqli görünmək istəyi?
İkincidə daha çox dayanıram"

Bu sözləri "Təmiz Dünya" ictimai birliyinin rəhbəri, hüquq müdafiəçisi Mehriban Zeynalova sosial hesabında müharibə istəməyən, hamını sülhə səsləyən azərbaycanlılar barədə yazıb. O bildirib ki, elə mövqe ortaya qoyan insanlar humanist deyil:

"Onlar humanist olsaydılar birinci Qarabağ müharibəsində qadın və uşaqlarımıza qarşı edilən qeyri insani vəhşiliklərin hər saniyəsini elə özləri kimi "humanist" olan xaricdəki dostlarına bildirərdilər. Amma etməyiblər, heç yadlarına da düşməyib. Çünki, qanı qanından, canı canından olmayanlar idi o cür vəhşliklərlə üzləşmiş soydaşlarımız...

Mən humanizmi o vaxt dəstəkləyərəm ki, qarşımdaki qan tökülməmək üçün əlindən gələni etsin. Edibmi? mənə bir erməni göstərin ki, qana yox desin?

Niyə erməni atəşkəs dövründə Zəhraya və 43 uşağa güllə atdı? İnsənpərvər idimi o erməni sürüsü... Mən kiminsə torpağına girmirəm, kiminsə evini əlindən alıb içində rahat oturmuram, qarşı tərəf kimi uşaqlarıma doğulandan "öldür" öyrətmirəm. "Düşmən" sözlərini əzbərlətmirəm. Çünki mən körpələrimin ruhunun, təmizliyini qoruyub saxlayıb, onu çirkələndirmirəm...Mən sevginin ən ali hiss olduğunu aşılayıram. İndi kimsə, özünü "fərqli" "ağıllı","insanpərvər" göstərmək istəyirsə, əlinə imkan düşübsə özü bilər. Onsuz da hər dövrün öz bazarlıqlarını edənlər olub, olacaq.

Mən Gəncəni, Naxçıvanı, Tovuzu, Qazağı, Tərtəri, Bərdəni gözaltılayıb özünə yeni yerlər zəbt etməyi planlaşdıran erməninin ölümünə "uf" demirəm.

Mən, bunu şəhid gedən balaların ruhuna hörmətsizlik kimi qəbul edirəm. Çünki, onlar bu döyüşə sevə- sevə gedənlərdi. Torpaq həsrəti ilə, yurd həsrəti ilə".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3306   Tarix: 15 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Maşını kapotu açıq şəkildə sürüb təhlükə yaratdı - Video

Sosial şəbəkələrdə "Chevrolet Cruze" markalı avtomobilin magistral yolda kapot hissəsi açıq şəkildə idarə edilməsini əks etdirən görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, minik avtomobilinin ön hissəsində görüntünün məhdudlaşdırılmış formada idarə edilməsi yolda təhlükəli vəziyyə

25 aprel
.

Azərbaycanda vəkillərin sayı açıqlanıb

"2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib". Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağıro

25 aprel
.

11 gün əvvəl zəhərlənmişdi - Xəstəxanada öldü

Dünən gecə saatlarında Kliniki Tibbi Mərkəzdə ölüm hadisəsi qeydə alınıb. "Qafqazinfo"nun məlumatına görə, Zaqatala rayon Yuxarı Tala kənd sakini 62 yaşlı Murad Ramazanov sözügedən vəfat edib. M. Ramazanov təxminən 11 gün əvvəl pomidor turşusundan zəhərlənmişdi

26 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib:Rusiya növbəti müharibəyə BAŞLAYIR? - ŞƏRH

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Baş verənlər

25 aprel
.

Sabah 32 dərəcə isti olacaq

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-1

26 aprel
.

Bulaqlarda erməni saxtakarlığı: Naxış və nişan vuraraq... - VİDEO

Laçın şəhərində daha bir erməni saxtakarlığı üzə çıxıb. Belə ki, ermənilər işğal dövründə Laçın və ətrafında yerləşən bulaqlara naxış və nişan vuraraq özününküləşdirməyə çalışıblar. "Bu bulaqlara üzüm kimi şəkillər çəkərək özlərinin olduğunu göstərmək istəyiblər. Mənim 78 yaşım var, həmişə bu bulağ

25 aprel
.

Açıq havada satılan yeməklərdə DİQQƏTLİ OLAQ! Sağlamlığımıza hansı təsirləri var? - AÇIQLAMA

Açıq havada çoxlu mikroblar var və onlar tozla birləşərək asanlıqla yayılmağa başlayırlar. Xüsusilə havalar isindikcə epidemiyaya səbəb olan açıq qidalara nəqliyyat vasitələrinin çoxluğu və insanların sığlığı səbəbindən mikrob daha tez keçir. Xüsusilə çöldə satılan simit, peraşkı, dönər və qutab kim

25 aprel
.

Keçmiş başçının hospitalından şikayət - Pasientlə "Rela Hospital" arasında nə baş verib?

Sumqayıtda fəaliyyət göstərən "Real Hospital"dan maddi ziyan tələb edilir. Qaynarinfo xəbər verir ki, xəstəxanın pasienti olmuş Cəmilə Abbasova bu tələblə məhkəmə iddiası qaldırıb. O, paralel olaraq hospitalın həkimi Səkinə Xudiyevanı da məhkəməyə verib. Lakin birinci instansiya məhkəməsi onu

25 aprel
.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

25 aprel