Məktəblilərin tətili ilə bağlı daha bir qərar
Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər barədə "Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları"na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar imzalayıb.
Sonxeber.az-ın məlumatına görə, qərarda deyilir:
1. Azərbaycan Respublikasının ərazisində 2020-ci il 19 oktyabr tarixindən 2 noyabr tarixinədək:
1.1. məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələri istisna olmaqla, bütün təhsil müəssisələrində əlavə tətil günləri (ümumi təhsil müəssisələrində payız tətili ilə əvəz olunmaqla) müəyyən edilsin;
1.2. məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələrinin fəaliyyəti dayandırılsın.
2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları və dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri bu Qərarın icrası ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etsinlər.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 2772 Tarix: 16 oktyabr 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş"Bu bəyanat anti-Azərbaycan qüvvələrinin ölkəmizə olan hikkəsidir" - ŞƏRH
Məlumdur ki, Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib. Qətnamədə qeyd olunur ki, Avropa Komissiyasının Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlığın dayandırılması məsələsinə baxması istənilir. O cümlədən qətnamadə Azərbaycana qarşı bir sıra sanksiyaların tətbiq edilməsi təkli
26 aprelAvtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl
25 aprelAzərbaycanda yüksək vəzifəyə TƏYİNAT
Sumqayıt Dövlət Universitetinə (SDU) rektor müşaviri təyin olunub. Bu barədə -a Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, "Mercedes-Benz Consulting" şirkətinin süni intellekt üzrə baş məsləhətçisi, Berlin Texniki Universitetinin süni zəka üzrə doktorantı, Dövlət Proqram
26 aprelBakının bu rayonunda qaz kəsiləcək
Bu gün saat 23:00-dan etibarən Bakının Nəsimi rayonunun Abbasqulu ağa Bakıxanov küçəsi ilə Ağadadaş Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə qaz təchizatı dayandırılacaq. -ın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz"
26 aprelAl lalələri ilə görənləri heyran edən Xocalıdan - Fotolar
Respublikamızın dilbər guşələrindən olan Xocalı gözəl təbiət mənzərələri ilə fərqlənir. Qarabağ silsiləsində yerləşən rayon yaz aylarında bir başqa gözəllikdə olur. Aprel ayında Qaraqar çayı ətrafındakı nisbətən düzən ərazini bəzəyən al lalələr yoldan keçənləri özünə heyran edir. Təbiətin yaratdığı b
26 aprelTibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü
Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb. APA-nın Şimal-qərb bürosunun əldə etdiyi məlumata görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəllüdlü Gülcöhrə Ziyad qızı Allahverdiyeva hüşsuz vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) gətirilib. Müayinə zamanı G.Allahverdiyavanı
26 aprel