Mehriban Əliyeva Ermənistanın Gəncə terrorundan yazdı

Mehriban Əliyeva Ermənistanın Gəncə terrorundan yazdıAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ermənistanın Gəncə terroru ilə bağlı instaqram hesabında paylaşım edib.

Sonxeber.az-ın xəbərinə görə, paylaşımda deyilir:

"Nə dərəcədə insanlıqdan uzaq, yırtıcı olmalısan ki, şəhərin heç bir hərbi infrastrukturun olmadığı yaşayış məhəllələrinə gecə vaxtı, sakinlər yatarkən raket zərbələri endirilməsi barədə növbəti dəfə əmr verəsən?
Bu gecə Gəncəyə xaincəsinə edilən hücum təkcə Ermənistan hakimiyyətinin faşist mahiyyətinə və onun prinsipsizliyinə dəlalət etmir, həm də təcavüzkarın Azərbaycan Ordusu qarşısında total acizliyinin təzahürüdür.
Dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı cinayətdir. Bu cinayətə laqeyd qalmaq isə onun iştirakçısına çevrilmək deməkdir!

Bu faciə nəticəsində həlak olanların ailələrinə və doğmalarına dərin hüznlə başsağlığı verirəm və bütün yaralıların tezliklə sağalmasını arzulayıram.

Ulu Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!"


Sonxeber.az Telegramda izləyin
Siyasət   Baxılıb: 1250   Tarix: 17 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Azərbaycan Rusiyaya nota verdi

Azərbaycanın Rusiyadakı səfirliyi Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının deputatı Vitali Milonovun Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozaraq işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz səfəri ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib..

17 oktyabr

Hikmət Mirzəyevə general-leytenant ali hərbi rütbəsi verildi

General-mayor Hikmət İzzət oğlu Mirzəyevə general-leytenant ali hərbi rütbəsi verilib.. . Sonxeber.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.. . Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin komandanı Hikmət Mirzəyev Azərbaycan torpaqlarının Ermənistanın işğalından aza

17 oktyabr

Amerikanın Erməni Milli Komitəsinin terror təşkilatı kimi tanınması üçün petisiya açıldı

Ağ Evin rəsmi saytında ABŞ-da fəaliyyət göstərən Amerikanın Erməni Milli Komitəsinin (ANCA) terrorçu təşkilat kimi tanınması üçün petisiya açılıb.. . Sonxeber.az "Report"a istinadən xəbər verir ki, petisiyada ANCA-nın əməliyyatlarına, fəaliyyətinə məhduddiyyət qoyulması ilə bağlı çağırış edilib.

17 oktyabr

Müdafiə Nazirliyi Gəncənin atəşə tutulması barədə məlumat yaydı

Ermənistanın silahlı qüvvələri Gəncə şəhərini növbəti dəfə atəşə tutub.. . Bu barədə Sonxeber.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.

17 oktyabr

Moldova mətbuatı Ermənistanın müharibə cinayətlərinə geniş yer ayırır

Moldova mətbuatı Ermənistanın müharibə cinayətləri, Prezident İlham Əliyevin xarici KİV-lərə müsahibəsi və işğaldan azad edilən ərazilərimizə dair açıqlamasına geniş yer ayırıb.. . AZƏRTAC xəbər verir ki, Moldovanın "Timpul.md", "NOİ.md", "AVA.md", 1news.md və digər informasiy

17 oktyabr

Türkiyə Milli Müdafiə Nazirliyi: Ermənistanın cinayət əməllərinə son qoyulmalıdır

Türkiyə Milli Müdafiə Nazirliyi "Twitter" hesabında paylaşım edib.. . AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, paylaşımda deyilir: "Ermənistanın apardığı müharibəni və insanlığa qarşı törətdiyi cinayətləri bütün dünyaya çatdırmaqdan geri çəkilməyəcəyik. Yaşayış obyektlərin

16 oktyabr

Bu Avropa ölkəsində çeklərin üzərinə "Qarabağ Azərbaycandır!" yazılır - FOTO

Soydaşlarımız Almaniyanın Münhen şəhərində Azərbaycana dəstəklərini kreativ formada bildiriblər.. . BiG.AZ xəbər verir ki, Bakı yəhudiləri restoranda verilən çeklərin üzərinə almanca "Qarabağ Azərbaycandır" yazaraq ermənilərlə savaşda səsimizi dünyaya bu yolla çatdırmağa çalışırlar.. . Sosia

16 oktyabr

Prezidentin xarici KİV-lərə müsahibələri Gürcüstan mətbuatının diqqət mərkəzindədir

Azərbaycan Prezidenti İlham Əliyevin xarici ölkələrin KİV-lərinə müsahibələri Gürcüstan mətbuatının diqqət mərkəzindədir.. . AZƏRTAC xəbər verir ki, report.ge, 24news.ge, pia.ge, news.ge, aktual.ge və daha bir neçə sayt Azərbaycan Prezidentinin Ermənistanın işğalçılıq siyasəti, region ölkələri üçün yaratdığ

16 oktyabr

Türk dünyası yazarları: Azərbaycana qarşı terrora Yox deyirik!

Türk dünyası yazarları Ermənistanın Azərbaycana qarşı apardığı terror siyasətinin dayandırılmasına dair bəyanat yayıb.. . Bu barədə məlumatı AZƏRTAC-a Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri şair-publisist İntiqam Yaşar verib.. . Bəyanatda deyilir: "Bu ilin iyul ayının 13-dən başlayaraq, Ermənista

16 oktyabr