Azərbaycanın xristian dini icmalarından ABŞ konqresinə ETİRAZ

Azərbaycanın xristian dini icmalarından ABŞ konqresinə ETİRAZAzərbaycanda fəaliyyət göstərən xristian dini icmalarının rəhbərləri ABŞ Konqresinin üzvü Ceki Speyer (Jackie Speier) tərəfindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1 oktyabr 2020-ci ildə ABŞ Konqresinə təqdim olunmuş reallıqdan uzaq və yanlış səciyyəli 1165 saylı qətnamə layihəsinə qəti etiraz edərək, bununla bağlı ABŞ-ın ona yaxın dövlət və qeyri-dövlət qurumlarına (ABŞ Dövlət katibinə, ABŞ Senatının prezidentinə, ABŞ Dövlət Departamentinin Xüsusi Tapşırıqlar – Beynəlxalq Dini Azadlıq üzrə səfirinə, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikerinə, Nümayəndələr Palatasının Demokratlar üzrə rəhbərinə, Palatanın Respublikaçılar üzrə rəhbərinə, Nümayəndələr Palatasının üzvlərinə, ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasına və "Xristianların müdafiəsi" təşkilatına - "In Defense of Christians" ) etiraz müraciəti ünvanlayıblar.

Sonxeber.az xəbər verir ki, müraciətdə konfessiya rəhbərləri Xristian dini mənsublarının ölkəmizdə əsrlərdən bəri öz dini ibadət və tələbatlarını heç bir maneə olmadan həyata keçirdiyini, öz mənəvi dəyər və mədəni ənənələrini yüksək səviyyədə maneəsiz yaşadıqlarını, icmaların və ibadət evlərinin Azərbaycan dövləti tərəfindən həmişə diqqət və qayğı ilə əhatə olunduğunu ifadə ediblər.

Müraciətdə əsas diqqət Ermənistanın Azərbaycana qarşı təcavüzünə yönəldilərək, erməni hərbi birləşmələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonunu işğal etdiyi, bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlının - xristian və digər dinlərin nümayəndələri də daxil olmaqla - qaçqın və məcburi köçkün taleyi yaşadığı nəzərə çatdırılıb. Qeyd edilib ki, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasının tələb edilməsinə baxmayaraq, Ermənistan 30 ilə yaxındır ki, buna əməl etmir, danışıqları məqsədyönlü şəkildə pozur, dövlətimiz isə sülhpərvər siyasət aparır, danışıqlarda konstruktiv mövqe nümayiş etdirir.

İcma rəhbərləri ermənilərin sentyabrın 27-də başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın münaqişə zonasına aid olmayan yaşayış məntəqələrinin – Gəncə, Mingəçevir, Naftalan, Xızı, Abşeron, Goranboy, Daşkəsən, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Yevlax, Füzuli və Beyləqan kimi şəhər və rayonların, eləcə də tarixi-dini abidələrin mütəmadi ağır artilleriya və raket atəşlərinə məruz qaldığına diqqət çəkiblər. Oktyabrın 11-də Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə atılmış balistik raket zərbəsi nəticəsində dördü qadın olmaqla 10 nəfər mülki şəxsin həlak olduğunu, 30-dan çoxunun yaralandığını, onlarla mülki obyekt və yaşayış binasının dağıldığını qeyd ediblər. İşğalçı Ermənistanın bu hərəkətlərini beynəlxalq hüquq normalarına və humanitar prinsiplərə, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarına əməl etməməsinin, regionda sülh və sabitliyə ciddi təhdid olaraq qalmasının bariz nümunəsi kimi qiymətləndiriblər.

Eyni zamanda işğal altında olan ərazilərdə digər dini məbədlərlə yanaşı, xristian abidələrinin də dağıdıldığı və ya erməniləşdirildiyi halda, Azərbaycanda 30 mindən çox erməni millətinin nümayəndəsinin sərbəst yaşadığını, paytaxt Bakının mərkəzində erməni kilsəsinin dövlət tərəfindən qorunduğunu diqqətə çatdırıblar.

Müraciətin sonunda icma rəhbərləri 1165 saylı qətnamə layihəsinin qəbul edilməyəcəyinə inam ifadə edərək, onunla bağlı rədd qərarının dünyada sülhün və ədalətin bərqərar olması işinə böyük töhfə verəcəyini vurğulayıblar.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri - Arxiyepiskop Aleksandr İşein;

Alban-Udi Xristian dini icmasının sədri - Robert Mobili;

Bakı şəhəri "Azərbaycan Bibliya Cəmiyyəti" xristian dini icmasının sədri - Rasim Xəlilov;

"Yeni Həyat" Xristian dini icmasının sədri - Lyudmila İbrahimova;

Xristian Yevangelik Lüteranların Bakı dini icmasının sədri - Vera Nesterova;

Bakı şəhəri "Alov" xristian dini icmasının sədri - İdris Məmmədov;

Bakı şəhəri "Şərqdə Ulduz" Xristian dini icmasının sədri - Roman Jmurov;

Bakı şəhəri Nəsimi rayonu "Həyatverici Lütf" xristian dini icmasının sədri - Elşən Hüseynzadə.

Bakı şəhəri Yevangelist Məsihi Baptistlərinin "Aqape" dini icmasının sədri - Samir Sadıqov;

"Vineyard Azərbaycan" xristian dini icmasının sədri - Emil Pənahov;

Bakı şəhəri Nərimanov rayonu "Yeddinci Günün Adventistləri" dini icmasının sədri - Elşən Cabbarov;

"Bakı şəhəri Yeni Apostol" xristian dini icmasının sədri - Svetlana Albertovna Stepanova;

"Həyat Sözü" Xristian dini icmasının sədri - Yusif Fərhadov;

"Həyat Sözü - 2" Sumqayıt xristian dini icmasının sədri - Elçin Paşayev;

Sumqayıt şəhəri, "Molokan ruhani-xristian" dini icmasının sədri - Matryona Ponomaryova;

"Gəncə şəhəri Yeddinci Günün Adventistləri" xristian dini icmasının sədri - Yusif Şərifov;

Qobustan r-nu Hilmilli kəndi "Molokan ruhani-xristian" dini icmasının sədri - Tsapliva Yekaterina Nikolayevna;

Qax rayonu Qaxingiloy kəndi "Müqəddəs Giorgi" kilsəsi gürcü pravoslav xristian dini icmasının sədri - Kasiaşvili İaqo Qriqoryeviç;

Qax rayonu Əlibəyli kəndi "Müqəddəs Nino" kilsəsi gürcü pravoslav xristian dini icmasının sədri - Timuri Barixaşvili;

İsmayıllı rayonu İvanovka kəndi "Molokan-ruhani-xristian" dini icmasının sədri - Sergey Vasilyeviç Kazakov.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1442   Tarix: 20 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

11 gün əvvəl zəhərlənmişdi - Xəstəxanada öldü

Dünən gecə saatlarında Kliniki Tibbi Mərkəzdə ölüm hadisəsi qeydə alınıb. "Qafqazinfo"nun məlumatına görə, Zaqatala rayon Yuxarı Tala kənd sakini 62 yaşlı Murad Ramazanov sözügedən vəfat edib. M. Ramazanov təxminən 11 gün əvvəl pomidor turşusundan zəhərlənmişdi

26 aprel
.

Övladlarını məktəbə göndərməyən valideynləri hansı cəza gözləyir?

Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər bir Azərbaycan vətəndaşının təhsil almaq hüququ var. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Ölkəmizdə I və IX siniflərdə təhsil almaq məcburi olsa da, bəzən təhsildən yayınan və ya yayındırılan şagirdlərə rast gəlinir. Bəzə

26 aprel
.

Polisin "saxla" əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO

Bakıda magistral yolda motosiklet sürücüsü Yol Patrul Xidmətinin "saxla" əmrinə tabe olmayıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Görüntülərdə YPX maşını motosiklet sürücüsünü saxlamağa cəhd etsə də sonuncunun hadisə yerindən qaçması öz əksini tapıb. Hadisə "Koroğlu" körpüsünü

26 aprel
.

Qalmaqala səbəb olan "23 aprel" şousu: Balaca uşaq Dilan Polat kimi hərəkətlər etdi - FOTO+VİDEO

Aprelin 23-də məktəb tədbirində balaca uşağa Dilan Polat təqlidini etdiriblər. türk mediasına istinadən xəbər verir ki, sözügedən tədbirdə azyaşlının çıxışı tənqidlərə səbəb olub. Belə ki, Uşaqların çıxış etdiyi şouda çəhrayı don geyinmiş, saçlarına saxta dollar taxmış balaca qız Dilan Polatın Enerc

25 aprel
.

Keçmiş başçının hospitalından şikayət - Pasientlə "Rela Hospital" arasında nə baş verib?

Sumqayıtda fəaliyyət göstərən "Real Hospital"dan maddi ziyan tələb edilir. Qaynarinfo xəbər verir ki, xəstəxanın pasienti olmuş Cəmilə Abbasova bu tələblə məhkəmə iddiası qaldırıb. O, paralel olaraq hospitalın həkimi Səkinə Xudiyevanı da məhkəməyə verib. Lakin birinci instansiya məhkəməsi onu

25 aprel
.

Sabah 31° isti olacaq

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirlib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şər

25 aprel
.

Nəsib Quliyev dəfn edildi - Fotolar

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

25 aprel
.

Qobu kəndində təpəciklər düzləşdirilib mülki şəxslərə satılır - İDDİA + VİDEO

Qaradağ rayonunun Qobu kəndində təpəciklərin düzləşdirildiyi iddia olunur. Bu barədə -a müraciət daxil olub. Bildirilib ki, təpəcikləri qazıb, düzləşdirir, mülki şəxslərə satır, yerində ev tikirlər. Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinə sorğu ünvanlamışıq. Həmin görüntüləri təqdim edirik

26 aprel
.

Bakıda özəl klinikada əməliyyat olunan uşaq öldü

Bakıda özəl klinikada əməliyyat olunan uşaq ölüb. xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatdan sonra vəfa

26 aprel