BERNAMA agentliyi ermənilərin Bərdədə törətdikləri terror aktından yazır
Malayziyanın BERNAMA Dövlət İnformasiya Agentliyi AZƏRTAC-a istinadla Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə rayonuna raket hücumu nəticəsində biri uşaq olmaqla, dörd nəfərin həlak olması və daha 13 nəfərin yaralanması barədə məlumat yayıb.
Məlumatda, həmçinin Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına da xüsusi yer verilib. Qeyd edilib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə iki ölkənin Xarici İşlər nazirlərinin İsveçrənin Cenevrə şəhərində gözlənilən görüşü ərəfəsində baş verən terror aktı Ermənistanın münaqişənin siyasi həllində maraqlı olmadığının əyani sübutudur və danışıqların bütün vasitələrlə pozulmasına xidmət edir.
Azərbaycan XİN-in bəyanatından gətirilmiş sitatda deyilir: "Biz beynəlxalq ictimaiyyəti günahkarların məsuliyyətə cəlb olunması üçün qətiyyətli mövqe nümayiş etdirməyə çağırırıq".
Məlumatda qeyd edilir ki, ABŞ-ın vasitəçiliyi ilə bazar günü elan edilən son humanitar atəşkəs oktyabrın 26-da səhər saat 8-də qüvvəyə minməli olduğu halda, rəsmi Bakı Ermənistan ordusunun Azərbaycanın yaşayış məntəqələrini və hərbi hissələrini atəşə tutduğunu bildirib.
Bununla yanaşı, buna qədər elan edilən daha iki humanitar atəşkəsin də məhz Ermənistan tərəfindən pozulduğu məlumatda əksini tapıb.
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Sosial Baxılıb: 2392 Tarix: 28 oktyabr 2020
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş
Unvan.az - elanlar sayti
Bərdəyə raket atılması nəticəsində 21 nəfər ölüb, 70 şəxs yaralanıb-YENİLƏNİB
Baş Prokurorluğun Mətbuat xidməti Ermənistanın Bərdəyə raket atması ilə bağlı yeni açıqlama yayıb.. . Sonxeber.az-a daxil olan açıqlamada deyilir:. . "2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğ
28 oktyabr 2020MN: Düşmən Tərtər ərazisini yenidən atəşə tutub
Oktyabrın 28-də saat 15:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən Tərtər rayonunun ərazisini atəşə tutub.. . Sonxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
28 oktyabr 2020Azərbaycan Ordusu Bərdənin qisasını belə aldı-VİDEO
Azərbaycan Ordusu bölmələrinin dəqiq zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinə məxsus xeyli sayda hərbi texnika və canlı qüvvə məhv edilib.. . Sonxeber.az görüntüləri təqdim edir.. .
28 oktyabr 2020Astarada koronavirus xəstəsinin evi tərk etdiyi müəyyən edilib
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVİD-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.. . DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sonxeber.az-a verilən məlumata görə, Astara rayonunun Artupa kənd sakini Azər Həmidov
28 oktyabr 2020Azərbaycan hökuməti "Facebook" şirkətinə müraciət edib
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Facebook" şirkətinin rəhbərliyinə informasiya müharibəsində narahatlıq yaradan məqamlar barədə məktub ünvanlayıb.. . Bu barədə Sonxeber.az-a naizlrikdən bildilrib.. . Müraciətdə son zamanlar "Facebook" və "Instagram"
28 oktyabr 2020