Ermənilər hansı ŞƏRTLƏ Qarabağda yaşaya bilər? - AÇIQLAMA

Ermənilər hansı ŞƏRTLƏ Qarabağda yaşaya bilər? - AÇIQLAMA"Cəbhədə, diplomatiyada və mətbuat sahəsində konkret istiqamətdə apardığımız fəaliyyət nəticəsində əks-hücum əməliyyatımız uğurla nəticələnib".

Bu sözləri Sonxeber.az-a danışan deputat Ramil Həsən deyib.

Deputat vurğulayıb ki, bu, Azərbaycan üçün böyük qələbədir:

"30 illik həsrətdən sonra Azərbaycan dövləti doğma torpaqlarına qovuşdu. Cəbhədə, diplomatiyada və mətbuat sahəsində konkret istiqamətdə apardığımız fəaliyyət nəticəsində əks-hücum əməliyyatımız uğurla nəticələnmdi. Buna görə də başda Ali Baş Komandan olmaqla, müzəffər əsgərlərimiz, diplomatlarımız və jurnalistlərimiz Vətən torpağı üçün nə qədər əziyyət çəkibsə, Allah onlardan razı olsun. Fəxr etmək lazımdır ki, artıq uduzan, itirmiş torpaq sahibi olan azərbaycanlı deyil, uğur qazanmış, döyüş meydanında şücaətlə vuruşan, ərazi bütövlüyümüz üçün canlarını fəda edən və zəfər yürüşü ilə bu müharibədən çıxan dövlətin vətəndaşlarıyıq. Yerləşdirmə və məskunlaşma məsələsinə gəldikdə isə, açıq və əminliklə deyə bilərəm ki, Azərbaycan xalqı humanist və böyük ürəyə sahib olan millətdir. Nə qədər çətinlik yaşasaq da, öz böyüklüyümüzü qoruyaraq, erməni kimi millətin səviyyəsinə enməmişik. Bu baxımdan da dövlətimizin həyata keçirdiyi və keçirəcəyi məskunlaşma siyasəti çərçivəsində və qanunlara hörmətlə yanaşma istiqamətində müvafiq qurumlar lazımi addımlar atacaq".

Deputat vurğulayıb ki, məskunlaşma formatında ermənilərlə azərbaycanlıların hansı formada yaşayacağı ilə bağlı konkret fikir səsləndirmək çətindir:

"Zamanla məsələ öz həllini tapacaq. Amma rəsmi məlumatlarda qeyd olunur ki, yalnız Azərbaycan vətəndaşlığını, qanunlarını qəbul edən ermənilər burada yaşayacaqlar. Buna görə də yaddan çıxarmamalıyıq ki, dünya irəliyə doğru addımlayır. Biz bu gün uğur qazanaraq torpaqlarımızı işğaldan azad etmişik. Xocavənd və digər rayonlarda polis idarələri yaradılır. Bundan sonra məskunlaşma qanunlarla və BMT-nin Ali Komissiyasının tərtib etdiyi siyahı çərçivəsində, Azərbaycan dövlətinin idarətçiliyi əsasında həyata keçiriləcək.

Azərbaycan 30 il öncəki dövlət deyil. Azərbaycanlılarla ermənilərin məskunlaşması məsələsi yüksək səviyyədə öz həllini tapacaq. Əgər orada milli azlıq kimi yaşayacaq ermənilər Azərbaycan qanunlarından kənar addımlar atacaqlarsa, məsuliyyətə cəlb olunacaqlar. Əhalimiz buna görə narahat olmasın. Azərbaycan artıq 90-cı illərin əvvəlləridəki kimi zəyif deyil. Sovet İttifaqı artıq yoxdur".

Deputat dövlətimizə və cənab Prezidentimizə güvənməli olduğumuzu da qeyd edib:

"Əmin olaq ki, torpaqlarımızın bütün sərhədlərini Azərbaycan ordusu qoruyacaq. Başqa dövlətin ordusu qorumayacaq. Bunu Azərbaycan vətəndaşları anlamalıdırlar. İnsanlarımız əmin olsun ki, ermənilərin "at oynatdığı" məkan artıq yoxdur. O məkan və status cəhənnəmə gedib! Biz Vətən müharibəsi zamanı Ali Baş Komandana inananaraq birləşib, dəmir yumruq şəklində düşmənin başını necə əzmişiksə, bundan sonra da belə olmalıyıq. Ölkəmizin güclənməsi istiqamətində atılan addımlara kölgə salmaq istəyənlərə biz imkan verməməliyik. Dağlıq Qarabağ artıq düşmən tapdağından azad edilib. Yaxın zamanda insanlarımız oraya köçürüləcək və həmin ərazilərin çiçəklənməsi istiqamətində bütün addımlar atılacaq".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3145   Tarix: 12 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Saxta sürücülük vəsiqəsi istifadə edən şəxs CƏZALANDIRILIB

Saxta sürücülük vəsiqəsindən istifadə etməkdə təqsirləndirilən Rusiya vətəndaşı barəsində hökm çıxarılıb. -a istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı - Emil Şərəfxan oğlu İsmayılov Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə (saxta sənəddən istifadə) ittiham olunub

20 dekabr
.

Toy mərasimlərində ənənə ilə israfçılıq arasında balans necə qurulmalıdır? - AÇIQLAMA

Toy mərasimləri Azərbaycan cəmiyyətində ailə dəyərlərinin, qohumluq bağlarının və ictimai münasibətlərin mühüm ifadə formasıdır. Lakin son illər toyların miqyası, xərclərin artması və sosial təzyiqin güclənməsi bu mərasimlərin mahiyyəti ətrafında müzakirələri də artırıb. Bəziləri üçün toy - milli kimliyi

19 dekabr
.

Bakıda onlayn qumar oynayan stamatoloq saxlanılıb

Bakıda onlayn qumar oynayan stamatoloq saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, 1996-cı ildə Bakı şəhərində anadan olmuş E.R. barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmədə məlum olub ki, E.R. 2025-ci ilin iyul ayının əvvəllərində

19 dekabr
.

Rusiya-Ukrayna cəbhəsində döyüşən Samirə Səmədova: "Qərbi Azərbaycan tarixi vətənimdir"

Kiyevdə azərbaycanlıların da təmsil olunduğu "Kozak Drive" Fondunda Ukrayna Silahlı Qüvvələrində xidmət edən yeganə azərbaycanlı qadın hərbi pilot Samirə Səmədova ilə görüş keçirilib. Fondun təmsilçisi Tatyana Peneva ilə Ukrayna Azərbaycanlıların Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev toplanmı

20 dekabr
.

Bayrama görə bu ailələrə BİRDƏFƏLİK YARDIM EDİLƏ BİLƏR

Bayram günləri yaxınlaşdıqca sosial vəziyyəti həssas olan ailələrin əlavə dəstək alıb-almayacağı mövzusu yenidən gündəmə gəlib. Xüsusilə bayram ərəfəsində aztəminatlı şəxslərə birdəfəlik yardım ayrılması ilə bağlı cəmiyyətdə gözləntilər olsa da, mövcud qaydaların buna imkan verib-vermədiyi sual doğurur

21 dekabr
.

Bakıda obyektin qarşısındakı özəl parkinq müzakirə yaratdı

Paytaxtın Xətai rayonu Mehdi Mehdizadə küçəsində yolun kənarında yaradılmış parkinq yeri müzakirələrə səbəb olub. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkədə ərazinin fotosunu paylaşan ictimai fəal Haldun Novruzzadə orada 3 maşınlıq pulsuz yerin ayrıldığını iddia edib. Onun sözlərinə görə

20 dekabr
.

Bir ildə 13 milyonluq sifariş - "Ultra Technologies" "tender kralı"na çevrilir

İnformasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən "Ultra Technologies" şirkəti cari ildə 16 tenderin qalibi seçilib. Qaynarinfo xəbər verir ki, həmin tenderlər Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, İnnovasiya və Təchiza

19 dekabr
.

Magistral yollarda görmə məhdudlaşacaq

Azərbaycanın avtomobil yollarında vəziyyət açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, dekabrın 21-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının görünüş məsafəsini

20 dekabr
.

Sabah hava necə olacaq?

Dekabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimal

19 dekabr